11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə türk əməkdaşlığı təşkilatları çərçivəsində fəaliyyətini daha da dərinləşdirir - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə görkəmli maarifçi İsmayıl Qaspıralının "Dildə, fikirdə, işdə birlik" şüarından ilhamlanaraq türk əməkdaşlığı təşkilatları çərçivəsində fəaliyyətini gündən-günə daha da dərinləşdirir və genişləndirir.

29 İyun 2026 17:00
Türkiyə türk əməkdaşlığı təşkilatları çərçivəsində fəaliyyətini daha da dərinləşdirir - Ərdoğan

BAKI,VOA Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə görkəmli maarifçi İsmayıl Qaspıralının "Dildə, fikirdə, işdə birlik" şüarından ilhamlanaraq türk əməkdaşlığı təşkilatları çərçivəsində fəaliyyətini gündən-günə daha da dərinləşdirir və genişləndirir.

Bu barədə Prezident Ərdoğanın Bakıda Birinci Türkologiya Qurultayının 100 illiyi münasibətilə keçirilən Türk Dünyası Həftəsinin açılış mərasiminin iştirakçılarına ünvanladığı müraciətdə bildirilib. Prezidentin müraciətini Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazğı səsləndirib.

Rəcəb Tayyib Ərdoğan müraciətində tədbirin uğurla keçəcəyinə və bütün türk dünyası üçün faydalı nəticələr verəcəyinə ümid etdiyini ifadə edib.

O qeyd edib ki, yüz il əvvəl türk dünyasının müxtəlif bölgələrindən olan ziyalılar Bakıda bir araya gələrək müsbət elmlər əsasında ortaq tarixi və sivilizasiya şüurunun möhkəmləndirilməsi istiqamətində mühüm addım atıblar.

Prezident vurğulayıb ki, Birinci Türkologiya Qurultayının iştirakçıları apardıqları müzakirələr və qəbul etdikləri qərarlarla uzaqgörənlik və strateji baxış nümayiş etdirərək bu gün də aktuallığını qoruyan elmi araşdırmaların əsasını qoyublar.

Ərdoğan bildirib ki, Bakı Qurultayının türk dünyasına miras qoyduğu bu ideyanın qorunması, gücləndirilməsi və gələcək nəsillərə ötürülməsi ortaq mənəvi məkanın bütün guşələrində yaşayan hər kəsin ümumi məsuliyyətidir.

Onun sözlərinə görə, məhz bu səbəbdən Türkiyə İsmayıl Qaspıralının "Dildə, fikirdə, işdə birlik" şüarını rəhbər tutaraq türk əməkdaşlığı təşkilatları çərçivəsində fəaliyyətini hər keçən gün daha da genişləndirir və dərinləşdirir.

Türkiyə Prezidenti vurğulayıb ki, ölkəsi bu gün də Bakı Qurultayında formalaşmış baxışı öz yolunu işıqlandıran mayak kimi qəbul edir.

Ərdoğan qeyd edib ki, Türkiyənin ən səmimi arzusu türk dünyasının ortaq tarixini, dilini və mədəniyyətini qoruyub saxlaması, qədim irsinin gücünə söykənərək "Türk Əsri"ni birlikdə qurmasıdır.

Prezident bildirib ki, Türkiyə qarşıdan gələn payızda Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünün türk dünyasının inteqrasiyasının daha da möhkəmləndirilməsi baxımından mühüm mərhələyə çevrilməsi üçün bütün səylərini göstərir. Həmin zirvə çərçivəsində Türkiyə təşkilata sədrliyi Azərbaycandan təhvil alacaq.

Ərdoğan Birinci Türkologiya Qurultayı kimi bu tədbirin də məhz Bakıda keçirilməsinin təsadüfi olmadığını vurğulayıb.

Onun sözlərinə görə, türk dünyasında birlik və həmrəyliyin ən ardıcıl tərəfdarlarından biri olan Azərbaycan bu gün də türk dövlətlərinin ortaq məqsədlərinə nail olunmasına mühüm töhfələr verməyə davam edir.

Türkiyə Prezidenti çıxışının sonunda tədbirin təşkilində iştirak edən qardaş Azərbaycanın bütün dövlət qurumlarına və təşkilatlarına təşəkkürünü bildirib, Birinci Türkologiya Qurultayının iştirakçılarının xatirəsini ehtiramla yad edib, türk dünyasının birliyinin, həmrəyliyinin və qardaşlığının daim möhkəm qalmasını arzulayıb.

Məqalədə: #Dildə #Fikirdə #İsmayıl Qaspıralı #Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan #Birinci Türkologiya Qurultayının 100 illiyi #Türk Dünyası Həftəsi #işdə birlik şüarı

Mövzu üzrə digər xəbərlər

"300 ER" raketləri ilk dəfə "AKINCI"nın qanadı altında sınaqdan keçirildi
Türk Dövlətləri

"300 ER" raketləri ilk dəfə "AKINCI"nın qanadı altında sınaqdan keçirildi

10 Sentyabr 18:01
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyə

Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb

10 Sentyabr 15:12
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10 Sentyabr 10:37

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.