11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkmənistan
Türkmənistan

Türkmənistan Yaponiya ilə əməkdaşlığı genişləndirməyə hazırdır - Berdiməhəmmədov

6 Fevral 2025 10:53
Türkmənistan Yaponiya ilə əməkdaşlığı genişləndirməyə hazırdır -  Berdiməhəmmədov

Bakı,AzerVoice

Türkmənistan Yaponiya ilə əməkdaşlığı genişləndirməyə hazırdır.

AzerVoice xəbər verir ki, bu sözləri Türkmən xalqının ümummilli lideri, Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov, Yaponiya baş nazirinin xüsusi müşaviri Akihisa Naqaşima ilə görüşü zamanı deyib.

Görüşdə Türkmənistan-Yaponiya arasında olan siyasi, ticarət-iqtisadi, sosial, mədəni-humanitar və digər sahələrdə əlaqələri müzakirə edilib.

Berdiməhəmmədov qeyd edib ki, böyük təbii qaz ehtiyatlarına malik Türkmənistan mavi yanacağın ixrac marşrutlarının şaxələndirilməsinə və onu emal edən sənayenin inkişafına böyük önəm verir.

Türkmən xalqının Ümummilli Lideri hazırda ölkədə Yaponiya şirkətləri ilə birgə böyük layihələrin həyata keçirildiyini bildirərək, Türkmənistanın bu əməkdaşlığı genişləndirməyə hazır olduğunu bir daha təsdiqləyib.

Berdiməhəmmədov həmçinin təhsil sahəsində əməkdaşlığa diqqət çəkərək, Oğuz Xan adına Mühəndislik və Texnologiya Universitetində yapon dilinin tədris olunduğunu qeyd edib, bu sahədə səmərəli əməkdaşlığın davam etdirilməsinin, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsinin vacibliyini qeyd edib.

Məqalədə: #Türkmənistan #Yaponiya

Mövzu üzrə digər xəbərlər

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib
Türkmənistan

Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib

2 Sentyabr 16:08
MDB İqtisadi Şurasının növbəti iclası Aşqabadda keçiriləcək
Türkmənistan

MDB İqtisadi Şurasının növbəti iclası Aşqabadda keçiriləcək

29 Avqust 14:46
Türkmənistan vətəndaşları Türkiyədə daşınmaz əmlak alışlarını artırıb (ÖZƏL)
Türkiyə

Türkmənistan vətəndaşları Türkiyədə daşınmaz əmlak alışlarını artırıb (ÖZƏL)

28 İyul 13:00

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.