15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkmənistan
Türkmənistan

Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib

Türkmənistan və Azərbaycan arasında konsulluq məsələləri üzrə məsləhətləşmələr keçirilib.Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş sentyabrın 2-də Aşqabadda iki ölkənin xarici işlər nazirliklərinin konsulluq xidmətləri rəhbərləri səviyyəsində baş tutub.

2 Sentyabr 2026 16:08
Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib

BAKI,VOA

Türkmənistan və Azərbaycan arasında konsulluq məsələləri üzrə məsləhətləşmələr keçirilib.

Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş sentyabrın 2-də Aşqabadda iki ölkənin xarici işlər nazirliklərinin konsulluq xidmətləri rəhbərləri səviyyəsində baş tutub.

Tərəflər ikitərəfli konsulluq əməkdaşlığının aktual məsələlərini, iki ölkə vətəndaşlarının hüquq və qanuni maraqlarının müdafiəsini, həmçinin miqrasiya, hüquq və hüquq-mühafizə sahələrində əməkdaşlığı müzakirə ediblər.

Görüşdə ikili vətəndaşlıq hallarının qarşısının alınması, Azərbaycanda ali təhsil müəssisələrində təhsil alan Türkmənistan vətəndaşlarının vəziyyəti və iki ölkənin aidiyyəti qurumları arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Tərəflər həmçinin Türkmənistan və Azərbaycanın miqrasiya xidmətləri arasında əməkdaşlığın inkişafı və təcrübə mübadiləsinin perspektivlərini nəzərdən keçiriblər.

Görüşün yekununda konsulluq məsləhətləşmələrinin əsas nəticələrini və konsulluq əməkdaşlığının gələcək inkişafı üzrə əldə olunmuş razılaşmaları əks etdirən protokol imzalanıb.

Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib
Məqalədə: #Azərbaycan #Aşqabad #Türkmənistan #miqrasiya #konsulluq məsləhətləşmələri #Türkmənistan Xarici İşlər Nazirliyi #konsulluq əməkdaşlığı #ikili vətəndaşlıq

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Rəsmi Xronika

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib

14 Sentyabr 18:20
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
MDB İqtisadi Şurasının növbəti iclası Aşqabadda keçiriləcək
Türkmənistan

MDB İqtisadi Şurasının növbəti iclası Aşqabadda keçiriləcək

29 Avqust 14:46
Türkmənistan vətəndaşları Türkiyədə daşınmaz əmlak alışlarını artırıb (ÖZƏL)
Türkiyə

Türkmənistan vətəndaşları Türkiyədə daşınmaz əmlak alışlarını artırıb (ÖZƏL)

28 İyul 13:00

Son Xəbərlər

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
14 Sentyabr 21:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.