Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Böyük Britaniya və Fransanın sağçı populist partiyaları arasında sığınacaq axtaranların geri qaytarılmasını nəzərdə tutan saziş Fransada prezidentliyə namizədlərin sərt tənqidinə səbəb olub.
İspaniyada Seuta miqrasiya böhranına görə kütləvi etirazlar keçirilib
İspaniyanın müxtəlif şəhərlərində Seuta ətrafında yaranmış miqrasiya böhranına etiraz olaraq on minlərlə insan küçələrə çıxıb.Bu barədə VOA məlumat verir ki,etirazçılar İspaniya hökumətinin böhranın idarə olunmasından narazılıqlarını bildirərək Seuta ilə həmrəylik nümayiş etdiriblər.Aksiyalar Seutanın illik rəsmi bayramı ilə eyni vaxta təsadüf edib. Etirazlar Madrid, Barselona, Valensiya, Sevilya və digər şəhərlərdə keçirilib.
Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib
Türkmənistan və Azərbaycan arasında konsulluq məsələləri üzrə məsləhətləşmələr keçirilib.Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş sentyabrın 2-də Aşqabadda iki ölkənin xarici işlər nazirliklərinin konsulluq xidmətləri rəhbərləri səviyyəsində baş tutub.
Tramp administrasiyası Ali Məhkəmədən nə tələb edir?
ABŞ Prezidenti Donald Trampın administrasiyası miqrasiya siyasəti ilə bağlı mühüm hüquqi mübahisəni Ali Məhkəməyə daşıyıb. Administrasiya miqrasiya əməliyyatları zamanı saxlanılan şəxslərin zamin qarşılığında azadlığa buraxılması üçün müraciət etmək imkanının məhdudlaşdırılmasını istəyir. Bununla bağlı Ali Məhkəməyə təqdim olunan müraciətdə federal apellyasiya məhkəməsinin may ayında çıxardığı qərarın ləğvi tələb edilir. Həmin məhkəmə administrasiyanın köhnə miqrasiya qanununa verdiyi yeni hüquqi şərhi qəbul etməmişdi. Tramp administrasiyası isə bu hüquqi şərhin kütləvi saxlanılma siyasətinin əsasını təşkil etdiyini bildirir. İş ABŞ-da miqrasiya siyasəti ilə bağlı ən mühüm məhkəmə çəkişmələrindən biri hesab olunur. Ali Məhkəmənin verəcəyi qərarın ölkənin miqrasiya siyasətinə ciddi təsir göstərə biləcəyi gözlənilir. Məhkəmənin hələlik məsələ ilə bağlı yekun qərarı yoxdur.
Fransa Prezidenti miqrasiya siyasəti ilə bağlı mövqeyini açıqladı
Fransa Prezidenti Emmanuel Makron qanunsuz miqrantlar üçün üçüncü ölkələrdə geri qaytarma mərkəzlərinin yaradılmasına qarşı olduğunu açıqlayıb. O bildirib ki, bu yanaşma nə effektivdir, nə də Avropanın prinsiplərinə uyğundur. Makron qanunsuz miqrasiyaya qarşı daha təsirli tədbirlərin tərəfdarı olduğunu vurğulayıb. Fransa lideri eyni zamanda Rusiyanın neft və təbii qaz sektoruna qarşı sanksiyaların sərtləşdiriləcəyini bəyan edib. O, ABŞ ilə İran arasında əldə olunmuş anlaşma memorandumunu da mühüm addım kimi qiymətləndirib. Makronun sözlərinə görə, bu razılaşma bölgədə sabitliyin güclənməsinə kömək edə bilər. Fransa Prezidenti İsrail qoşunlarının Livandan çıxarılmasını dəstəklədiklərini bildirib. O, Qəzzadakı humanitar vəziyyətin qəbuledilməz olaraq qaldığını da vurğulayıb.
ABŞ müdafiə naziri Avropada hansı təhlükələrdən danışıb?
ABŞ Müdafiə Naziri Pit Heqset Avropanın miqrasiya və təhlükəsizlik məsələlərində üzləşdiyi çağırışlara diqqət çəkib. O bildirib ki, Avropanın dəniz yolu ilə gələn miqrant və ideologiyalarla üzləşməsi təhlükəli tendensiyadır. Heqset Qərb ölkələrini keçmişdəki laqeydliyi tərk etməyə və azadlığın, sülhün qorunmasının yalnız şərəf, məqsəd və güc hesabına mümkün olduğunu xatırlamağa çağırıb. ABŞ müdafiəsi və müttəfiqlərin birgə fəaliyyəti ilə bu çağırışlarla mübarizə aparılır.
Səudiyyə Ərəbistanı bir həftə ərzində 10 mindən çox insanı deportasiya edib
Səudiyyə Ərəbistanı rəsmiləri ötən bir həftə ərzində yaşayış, iş və sərhəd təhlükəsizliyi qaydalarını pozan 14 855 qanunsuz sakini ölkədən deportasiya ediblər. Bu tədbirlər Krallığın bütün bölgələrində qanunsuz miqrasiya ilə mübarizə məqsədilə həyata keçirilən təhlükəsizlik kampaniyalarının tərkib hissəsidir.
Türkiyədə miqrant qaçaqmalçılarına qarşı əməliyyat həyata keçirilib
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ölkənin bütün əyalətlərində qeyri-qanuni miqrasiya və insan alverinə qarşı keçirilən genişmiqyaslı yoxlamaların nəticələrini açıqlayıb. Miqrasiya İdarəsi, daxili qoşunlar və polis qüvvələrinin koordinasiyalı şəkildə həyata keçirdiyi əməliyyatlarda 19 miqrant qaçaqmalçılığı təşkilatçısı yaxalanıb. Nazir Yerlikaya sosial media hesabında bildrib ki, 27 mindən çox personalla 14 mindən çox müxtəlif məkanda aparılan yoxlamalar zamanı 372 min 409 nəfərin şəxsiyyəti yoxlanılıb. Əməliyyat nəticəsində ölkə ərazisində qanunsuz məskunlaşan 478 düzənsiz miqrant saxlanılaraq deportasiya mərkəzlərinə təhvil verilib.
İsraildə artım tempində kəskin geriləmə müşahidə olunur
İsraildə yayımlanan rəsmi məlumatlar ölkədə əhalinin artım tempinin tarixdə ilk dəfə ciddi şəkildə zəiflədiyini göstərir. Bildirilir ki, mənfi miqrasiya balansı və doğum göstəricilərinin azalması fonunda demoqrafik mənzərə 1948-ci ildən bəri görünməmiş səviyyəyə enib. İsrail Yayım Korporasiyasının məlumatına görə, siyasət araşdırmaları üzrə “Taub Siyasət Araşdırmaları Mərkəz”nin hazırladığı “Dövlətin vəziyyəti – 2025” adlı hesabatda 2025-ci ildə İsraildə əhali artımının cəmi 0,9 faiz təşkil etdiyi qeyd olunub.
Böyük Britaniyada xalis miqrasiya kəskin şəkildə azalıb
Böyük Britaniyada xalis miqrasiya kəskin şəkildə azalaraq 2024-cü ilin iyulundan 2025-ci ilin iyununa qədər olan dövrdə 204 min nəfərə düşüb. bu göstərici ötən ilin eyni dövründə qeydə alınan 649 min nəfərlə müqayisədə təxminən 70 faiz, 2023-cü ildəki ən yüksək səviyyə ilə müqayisədə isə 80 faizə yaxın azalma deməkdir.
Azərbaycan və Britaniya konsulluq məsələləri üzrə məsləhətləşmələr aparıb
31 oktyabr 2025-ci il tarixində London şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Ofisi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
Türkiyədə miqrant qaçaqmalçılarına qarşı əməliyyat həyata keçirilib
Türkiyənin 81 şəhərində miqrant qaçaqmalçıları və qanunsuz miqrasiyaya qarşı aparılan əməliyyatlar nəticəsində 52 nəfər qaçaqmalçılıq təşkilatçısı ilə yanaşı 666 qeyri-qanuni miqrant saxlanılıb. Bu barədə Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya X sosial media hesabından açıqlama verib.