Azərbaycan və Britaniya konsulluq məsələləri üzrə məsləhətləşmələr aparıb
31 oktyabr 2025-ci il tarixində London şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Ofisi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
Türkiyədə miqrant qaçaqmalçılarına qarşı əməliyyat həyata keçirilib
Türkiyənin 81 şəhərində miqrant qaçaqmalçıları və qanunsuz miqrasiyaya qarşı aparılan əməliyyatlar nəticəsində 52 nəfər qaçaqmalçılıq təşkilatçısı ilə yanaşı 666 qeyri-qanuni miqrant saxlanılıb. Bu barədə Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya X sosial media hesabından açıqlama verib.
Türkiyədə qanunsuz miqrasiyaya qarşı əməliyyat çərçivəsində 46 nəfər saxlanılıb
Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya 81 vilayətdə miqrant qaçaqmalçılığı ilə mübarizə çərçivəsində həyata keçirilən eyni vaxtlı əməliyyatlar zamanı 46 şübhəlinin saxlanıldığını açıqlayıb. nazir sosial media hesabında etdiyi paylaşımda bildirib ki, əməliyyatlar zamanı saxlanılan şəxslərdən 8-i əcnəbi vətəndaşdır. Saxlanılanların hamısının miqrant qaçaqmalçılığı şəbəkələrinin təşkilatçıları olduğu vurğulanıb. Ali Yerlikaya əməliyyatların icrasında iştirak edən Respublika Baş Prokurorluqlarını, Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsinin Miqrant Qaçaqmalçılığı ilə Mübarizə və Sərhəd Qapıları İdarəsini, vilayət polis idarələrini, əməliyyatlarda iştirak edən polis əməkdaşlarını və Göç İdarəsi rəsmilərini təbrik edib.
Türkiyə DİN italiyalı həmkarı ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İtaliyanın paytaxtı Romada həmkarı Matteo Piantedozi ilə görüşüb. Görüş zamanı terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq və miqrant qaçaqmalçılığı ilə mübarizə kimi mühüm təhlükəsizlik məsələlərində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.
Yəməndə miqrasiya problemi dərinləşir
Yəmənin cənubundakı Əbyən vilayətinin Zəncibar şəhəri sahillərində təhlükəsizlik qüvvələri qeyri-qanuni yollarla ölkəyə daxil olmağa çalışan bir qrup Efiopiya əsilli miqrantın cəsədlərini sudan çıxarıb.
ABŞ qeyri-qanuni immiqrantlara qarşı sərt tədbirlərə başlayır
ABŞ qeyri-qanuni immiqrantlara və onları işə götürən şirkətlərə qarşı genişmiqyaslı tədbirlərə başlayır.
ABŞ qeyri-qanuni miqrantlar üçün çadır düşərgələri inşa edəcək
ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE), qeyri-qanuni miqrantların saxlanması və deportasiyası imkanlarını genişləndirmək məqsədilə böyük çadır düşərgələri inşa edərək onları müvəqqəti saxlama mərkəzi kimi istifadə etməyi planlaşdırır.
Qanunsuz miqrasiyaya qarşı effektiv mübarizə aparılır - Yerlikaya
Türkiyədə mobil miqrasiya nəzarəti ilə qeyri-qanuni miqrantların aşkarlanma faizi kəskin şəkildə azalıb.
Türkiyədə irimiqyaslı miqrasiya əməliyyatları keçirilib
Türkiyədə keçirilən miqrasiya əməliyyatlarında 32 miqrant qaçaqçısı və 572 qeyri-qanuni miqrant tutulub.
2024-cü ildə hər 100 nəfərdən 3-ü şəhər dəyişib - TÜİK
Ötən il Türkiyədə 2,7 milyon insan şəhərlər arasında köç edib – ən çox miqrant İstanbulda cəmləşib.
İki dövlətli həll olmadan Yaxın Şərqdə sülh mümkün deyil - Starmer
Böyük Britaniyanın baş naziri Keir Starmer İsrail-Fələstin münaqişəsində davamlı sülhün yalnız iki dövlətli həll yolu ilə mümkün olduğunu bildirib.
ABŞ deportasiya olunan miqrantlara nəzarət edir - El Salvador
El Salvador hökuməti ABŞ-dan deportasiya edilən və Tecoluca şəhərindəki "meqa həbsxana"ya yerləşdirilən mühacirlərin Birləşmiş Ştatların, xüsusilə də Tramp administrasiyasının nəzarətində olduğunu BMT-yə təqdim etdiyi sənədlərlə təsdiqləyib.