13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İki dövlətli həll olmadan Yaxın Şərqdə sülh mümkün deyil - Starmer

Böyük Britaniyanın baş naziri Keir Starmer İsrail-Fələstin münaqişəsində davamlı sülhün yalnız iki dövlətli həll yolu ilə mümkün olduğunu bildirib.

11 İyul 2025 15:16
İki dövlətli həll olmadan Yaxın Şərqdə sülh mümkün deyil - Starmer

BAKI, AzerVoice

Böyük Britaniya iki dövlətli həllə sadiqliyini təsdiqlədi - Yaxın Şərqdə sülhün alternativi yoxdur.

AzerVoice xəbər verir ki, Böyük Britaniyanın baş naziri Keir Starmer İsrail-Fələstin münaqişəsində davamlı sülhün yalnız iki dövlətli həll yolu ilə mümkün olduğunu bildirib.

O, bu fikirləri Fransa prezidenti Emmanuel Makronla Londonda keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

Görüş zamanı Starmer qeyri-qanuni miqrasiyanın hər iki ölkə üçün böhran olduğunu vurğulayıb və yeni miqrasiya siyasətinin tətbiq ediləcəyini açıqlayıb. Onun sözlərinə görə, qanunsuz yolla İngiltərəyə daxil olanlar Fransaya geri göndəriləcək, əvəzində isə təhlükəsizlik yoxlamalarından keçmiş şəxslər qanuni yollarla ölkəyə qəbul olunacaq.

Baş nazir həmçinin Böyük Britaniya və Fransanın peyk texnologiyaları, süni intellekt və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığını dərinləşdirdiyini, Ukraynaya dəstəyin isə davam etdiriləcəyini qeyd edib.

“Britaniya xalqının təhlükəsizliyi Ukraynadan başlayır”, – deyə o bildirib.

“Hazırda yardımların çatdırılması və girovların azad olunması prioritetdir. Qəzzadakı vəziyyət tamamilə qəbuledilməzdir.” - deyə Qəzza zolağındakı humanitar vəziyyətə toxunan Starmer, bölgədə atəşkəsin vacibliyini vurğulayıb.

İşçi Partiyasının uzun müddətdir Fələstin dövlətinin tanınmasını dəstəklədiyini xatırladan Starmer bildirib ki, bu mövqe dəyişməyib.

Qeyd edək ki, Starmer və Makron, Avropa təhlükəsizliyinin təmin olunmasında Böyük Britaniya və Fransanın aparıcı nüvə gücləri kimi rolu barədə də ortaq mövqe ortaya qoyublar.

Məqalədə: #Fələstin #Qəzza zolağı #Fransa #Böyük Britaniya #Ukrayna #Emmanuel Makron #Yaxın Şərq #miqrasiya #Keir Starmer

Mövzu üzrə digər xəbərlər

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

18:03
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Pakistan

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər

15:22

Son Xəbərlər

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
19:40
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
18:43
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
18:36
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
18:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.