9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

2024-cü ildə hər 100 nəfərdən 3-ü şəhər dəyişib - TÜİK

Ötən il Türkiyədə 2,7 milyon insan şəhərlər arasında köç edib – ən çox miqrant İstanbulda cəmləşib.

14 İyul 2025 12:49
2024-cü ildə hər 100 nəfərdən 3-ü şəhər dəyişib - TÜİK

BAKI, , AzerVoice

Ötən il Türkiyədə 2,7 milyon insan şəhərlər arasında köç edib – ən çox miqrant İstanbulda cəmləşib.

AzerVoice xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) yaydığı “Daxili Miqrasiya Statistikası – 2024” hesabatına əsasən, ötən il ölkə daxilində 2 milyon 682 min 673 nəfər şəhərlər arasında köç edib.

Köç edənlərin 47,6 faizini kişilər, 52,4 faizini isə qadınlar təşkil edib.

Ən çox miqrant qəbul edən və göndərən şəhər İstanbul olub

Statistikaya əsasən, ən çox miqrant qəbul edən şəhər 395 min 485 nəfərlə İstanbul olub. Onu Ankara (202 min 402 nəfər) və İzmir (117 min 889 nəfər) izləyib. Ən az miqrasiya qəbul edən şəhər isə Ardahan (4 min 570 nəfər), Bayburt (5 min 644 nəfər) və Tunceli (6 min 739 nəfər) olub.

Ən çox miqrant göndərən şəhərlər sırasında da İstanbul (369 min 453 nəfər) liderliyi qoruyub. Ankara (150 min 373 nəfər) və İzmir (102 min 040 nəfər) ikinci və üçüncü yerdədir. Ən az miqrant göndərən bölgələr isə Ardahan (6 min 441 nəfər), Kilis (8 min 41 nəfər) və Bayburt (8 min 639 nəfər) olub.

Ən çox köç 20-24 yaş qrupunda baş verib

2024-cü ildə ən yüksək miqrasiya hərəkəti 549 min 43 nəfərlə 20-24 yaş qrupunda qeydə alınıb. Bu yaş qrupunda köçənlərin 58,1 faizi qadın, 41,9 faizi kişi olub. Əsas səbəb təhsil göstərilib – bu yaş aralığında 209 min 40 nəfər universitet və ya digər təhsil məqsədilə köç edib.

Köçün səbəbləri: Ailə asılılığı, mənzil şəraiti və təhsil

579 min 507 nəfər ailə üzvündən asılı olduğu üçün,

512 min 370 nəfər daha yaxşı yaşayış və mənzil şəraiti üçün,

479 min 622 nəfər isə təhsil məqsədilə şəhər dəyişib.

Cins baxımından, kişilər arasında ən çox köç səbəbi daha yaxşı yaşam şəraiti (255 min 846 nəfər), qadınlar arasında isə ailəyə bağlılıq (343 min 342 nəfər) olub.

Zəlzələ sonrası qayıdışlar da təsnif olunub

TÜİK həmçinin 6 fevral 2023-cü il zəlzələsi sonrası miqrasiyaları da “ailə/məmləkətə qayıdış” başlığı ilə ayrıca qeyd edib.

Məqalədə: #Türkiyə #TÜİK #miqrant #miqrasiya #miqrant kvotası #Türkiyə Statistika Təşkilatı (TÜİK) #Miqrasiya prosedurları #Miqrasiya idarəçiliyi

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

BMT Liviyada seçkilərlə bağlı razılaşmanı müsbət qiymətləndirib
BMT Liviyada seçkilərlə bağlı razılaşmanı müsbət qiymətləndirib
09:41
Səudiyyədə mədəniyyətin intellektual təhlükəsizliyin gücləndirilməsində rolu müzakirə olunub
Səudiyyədə mədəniyyətin intellektual təhlükəsizliyin gücləndirilməsində rolu müzakirə olunub
09:26
Səudiyyə Ərəbistanı və Xorvatiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Səudiyyə Ərəbistanı və Xorvatiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
09:23
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
09:00
Saç yağı təqdim edən 6 ərəb brendi
Saç yağı təqdim edən 6 ərəb brendi
08:09
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.