5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ qeyri-qanuni miqrantlar üçün çadır düşərgələri inşa edəcək

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE), qeyri-qanuni miqrantların saxlanması və deportasiyası imkanlarını genişləndirmək məqsədilə böyük çadır düşərgələri inşa edərək onları müvəqqəti saxlama mərkəzi kimi istifadə etməyi planlaşdırır.

19 İyul 2025 18:38
ABŞ qeyri-qanuni miqrantlar üçün çadır düşərgələri inşa edəcək

BAKI, AzerVoice

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE), qeyri-qanuni miqrantların saxlanması və deportasiyası imkanlarını genişləndirmək məqsədilə böyük çadır düşərgələri inşa edərək onları müvəqqəti saxlama mərkəzi kimi istifadə etməyi planlaşdırır.

AzerVoice “The Wall Street Journal” qəzetinin əldə etdiyi sənədlərə istinadən xəbər verir ki, ABŞ Prezident Donald Tramp administrasiyası qeyri-qanuni miqrantların sürətlə deportasiyasına əsas maneə kimi mövcud müvəqqəti saxlama mərkəzlərində yer çatışmazlığını görür.

Nəşr yazır ki, Trampın bu ilin yanvarında Ağ Evə qayıtdığı vaxt ICE-in cəmi 40 min çarpayı yeri var idi. Qurum cari ilin sonuna qədər bu rəqəmi 100 minə çatdırmağı hədəfləyir. Hal-hazırda idarənin diqqət mərkəzində İndiana, Kolorado, Nyu-Cersi və Texas daxil olmaqla bir sıra ştatlarda 9 yeni layihə yer alır.

ABŞ hakimiyyəti yaxın gələcəkdə hərbi bazaların və mövcud miqrant saxlama mərkəzlərinin ərazilərində minlərlə çadır qurmağı planlaşdırır. Qəzetin yazdığına gprə, çadır düşərgələri ideyası artıq Tramp administrasiyasında ziddiyyətlərə səbəb olub. Bəzi vəzifəli şəxslər miqrantların iri və mərkəzləşdirilmiş mərkəzlərdə saxlanmasının daha səmərəli olduğunu düşünsə də, digərləri bu cür müvəqqəti düşərgələrdə uzun müddətli saxlanmanın xüsusilə daşqın və qasırğa riski olan bölgələrdə humanitar fəlakətlə nəticələnə biləcəyini bildirirlər.

Qeyd edək ki, hazırda ICE ABŞ ərazisində 200-dən çox müvəqqəti miqrant saxlama mərkəzini idarə edir. 4 iyul tarixində Tramp bu məqsədlə ICE-in imkanlarının genişləndirilməsi üçün 45 milyard dollar ayrılmasını nəzərdə tutan dövlət xərcləri haqqında qanun imzalayıb.

Əlavə edək ki, Donald Tramp dəfələrlə miqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bəyan edib. O, andiçmə mərasimindən dərhal sonra ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi barədə fərman imzalayıb. Tramp, həmçinin ABŞ tarixində ən geniş deportasiya əməliyyatını həyata keçirməyi planlaşdırdığını və bu çərçivədə 1 milyon qeyri-qanuni miqrantın ölkədən çıxarılacağını bildirib.

Məqalədə: #ABŞ #Donald Tramp #miqrasiya #qeyri-qanuni immiqrasiya #ABŞ-da immiqrasiya siyasəti #ABŞ immiqrasiya siyasəti #Qeyri-qanuni miqrantlar #Qeyri-qanuni miqrasiya və qaçaqçılıqla mübarizə #ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE)

Mövzu üzrə digər xəbərlər

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

19:56
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
Bəhreyn

ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb

19:49
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Digər Dövlətlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub

18:45
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
Digər Dövlətlər

ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb

18:25

Son Xəbərlər

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
19:54
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
19:49
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
19:32
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.