ABŞ-da immiqrasiya əməliyyatları keçirilir
ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem CBS News-un “Face the Nation” proqramına verdiyi müsahibədə İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməliyyatlarının genişləndirilməsi ilə bağlı açıqlamalar verib. Noem, xüsusilə Çikaqoda ICE-nin fəaliyyətlərinə daha çox resurs ayrılacağını bildirib. “Biz hazırda Çikaqo, İllinoys və digər ştatlarda ICE ilə əməliyyatlar həyata keçiririk və qanunların tətbiq olunmasını təmin edirik. Ancaq bu əməliyyatları daha da gücləndirmək üçün əlavə resurslar ayırmağı planlaşdırırıq.” - deyə o bildirib.
ABŞ Fələstin pasportu sahibləri üçün vizaları dayandırır
“The New York Times” qəzetinin dörd ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, ABŞ rəhbərliyi Qəzzalılar və İordan çayının qərb sahilində yaşayan, həmçinin Fələstin diasporundan olan şəxslər üçün qeyri-immiqrasiya vizalarının verilməsini müvəqqəti olaraq dayandırıb. Bu qərar avqustun 18-də ABŞ Dövlət Departamentinin bütün səfirliklərə göndərdiyi memorandumda rəsmi şəkildə bildirilib. Qərar müalicə, universitet təhsili, işgüzar səfərlər və ya şəxsi ziyarətlər kimi məqsədlərlə ABŞ-a səyahət etmək istəyən Fələstin pasportu sahiblərinə şamil edilir.
Tramp tənqidlərə cavab verdi - Mən diktator deyiləm
Tramp, təxminən 80 dəqiqəlik konfransda immiqrasiya və təhlükəsizlik siyasətlərinə görə tənqidlərə məruz qalıb. Milli Qvardiyanın Vaşinqton küçələrinə yerləşdirilməsini müdafiə edərək, “Məni respublikaya hücumda ittiham edirlər, halbuki təbrik etməlidirlər,” - deyə o bildirib. O, Müdafiə Nazirliyinin adını “Müharibə Departamenti” kimi dəyişdirmək planını açıqlayıb və bunun “qələbə tarixi” daşıdığını qeyd edib.
ABŞ qeyri-qanuni miqrantlar üçün çadır düşərgələri inşa edəcək
ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE), qeyri-qanuni miqrantların saxlanması və deportasiyası imkanlarını genişləndirmək məqsədilə böyük çadır düşərgələri inşa edərək onları müvəqqəti saxlama mərkəzi kimi istifadə etməyi planlaşdırır.
ABŞ deportasiya olunan miqrantlara nəzarət edir - El Salvador
El Salvador hökuməti ABŞ-dan deportasiya edilən və Tecoluca şəhərindəki "meqa həbsxana"ya yerləşdirilən mühacirlərin Birləşmiş Ştatların, xüsusilə də Tramp administrasiyasının nəzarətində olduğunu BMT-yə təqdim etdiyi sənədlərlə təsdiqləyib.
Trampın vergi islahatı Senatda ilkin maneəni keçib
Trampın 4,5 trilyon dollarlıq vergi planı Senatda ilk böyük əngəli keçib.
Kosovo ABŞ-dan deportasiya ediləcək miqrantları qəbul edəcək
Kosovo ABŞ-dan deportasiya edilən 50 miqrantı qəbul edəcək.
Los-Ancelesdə komendant saatı elan edilib
Los-Ancelesdə qeyri-qanuni miqrantlara dəstək aksiyaları zamanı baş verən hadisələrlə əlaqədar komendant saatı elan olunub.