7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycan və Britaniya konsulluq məsələləri üzrə məsləhətləşmələr aparıb

31 oktyabr 2025-ci il tarixində London şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Ofisi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.

31 Oktyabr 2025 23:33
Azərbaycan və Britaniya konsulluq məsələləri üzrə məsləhətləşmələr aparıb

BAKI,AzerVoice, Orxan Qədirzadə

31 oktyabr 2025-ci il tarixində London şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Ofisi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.

AzerVoice xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə XİN-in Konsulluq idarəsinin rəisi Emil Səfərov, Britaniya tərəfinə isə Xarici İşlər, Birlik və İnkişaf Ofisinin Konsulluq və böhran məsələləri üzrə idarəsinin direktoru Sara Taylor və Mərkəzi Asiya və Şərq Qonşuluğu idarəsinin rəis müavini Mark Klayton rəhbərlik edib.

Görüşdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, hər iki ölkənin xarici siyasət qurumlarının nümayəndələri, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyinin nümayəndələri, eləcə də Britaniyanın Daxili İşlər Ofisinin miqrasiya, viza və hüquqi yardım üzrə əməkdaşları iştirak edib.

Məsləhətləşmələr zamanı konsulluq əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri, ikitərəfli sənədlərin imzalanması imkanları, konsulluq xidmətlərinin rəqəmsallaşdırılması, vətəndaşların hüquq və azadlıqlarının qorunması, viza və miqrasiya məsələləri, böhran vəziyyətlərində koordinasiya kimi məsələlər müzakirə olunub.

Tərəflər, ekstradisiya, mülki və cinayət işləri üzrə hüquqi yardım, miqrasiya, təhsil və ədliyyə sahələrində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Sonda Azərbaycan və Birləşmiş Krallıq arasında konsulluq məsləhətləşmələrinin növbəti iclasının Bakı şəhərində keçirilməsi barədə razılıq əldə olunub.

Azərbaycan və Britaniya konsulluq məsələləri üzrə məsləhətləşmələr aparıb Azərbaycan və Britaniya konsulluq məsələləri üzrə məsləhətləşmələr aparıb
Məqalədə: #Elm və Təhsil Nazirliyi #Böyük Britaniya #Azərbaycan XİN #London #Baş Prokurorluq #miqrasiya #viza #Ədliyyə nazirliyi #Emil Səfərov #Böyük Britaniya XİN #Sara Taylor #Mark Klayton #Elin Süleymanov #konsulluq məsləhətləşmələri

Mövzu üzrə digər xəbərlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Digər Dövlətlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub

5 Sentyabr 18:45
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Ərəbistanı

Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb

4 Sentyabr 15:30

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.