Bakı Qızlar Universitetinin tələbələrinin köçürülməsi ilə bağlı tədbirlərə başlanılıb
Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi prosesinə başlanılıb. 2026/2027-ci tədris ili üzrə universitetə yeni qəbul aparılmayacaq. Hazırda universitetdə 1568 tələbə təhsil alır və onların digər özəl ali məktəblərə köçürülməsi nəzərdə tutulur. Nazirlik bildirib ki, verilmiş diplomların hüquqi qüvvəsi dəyişməyəcək və bu ilki məzunlara diplomlar təqdim olunacaq. Universitetin əməkdaşlarının məşğulluğunun təmin olunması istiqamətində də tədbirlər görüləcək. Proseslə bağlı ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb
Bakı Qızlar Universiteti akkreditasiyadan keçə bilməyib. VOA xəbər verir ki, Akkreditasiya Şurası ali təhsil müəssisəsinin institusional və proqram akkreditasiyasını "uyğun deyil" kimi qiymətləndirib. Qiymətləndirmə zamanı dövlət təhsil standartları və keyfiyyət təminatı tələbləri üzrə ciddi uyğunsuzluqlar aşkarlanıb. Bunun əsasında Elm və Təhsil Nazirliyi universitetin fəaliyyətinin dayandırılması ilə bağlı hüquqi prosedurlara başlayıb. İqtisadiyyat Nazirliyi isə universitetə verilmiş lisenziyanı ləğv edib. Nazirlik tələbələrin təhsilinin yarımçıq qalmayacağını və onların digər ali təhsil müəssisələrinə köçürüləcəyini açıqlayıb. Rəsmi qurum akkreditasiyanın əsas məqsədinin ali təhsildə keyfiyyətin təmin olunması və tələbələrin hüquqlarının qorunması olduğunu vurğulayıb.
Azərbaycanda Türk Dünyası Həftəsi keçirilir
Elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq gerçəkləşir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günündə iştirak edib
İyunun 24-də “Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib.
Birinci Türkologiya Qurultayının 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
29 iyun – 3 iyul tarixlərində Azərbaycanda Birinci Türkologiya Qurultayının 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” təşkil olunacaq.
Qədir Xəlilov Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri təyin olundu
Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri vəzifəsinə yeni təyinat olub.Bu vəzifəyə hüquq elmləri üzrə fəlsəfə doktoru, dövlət idarəçiliyi sahəsində uzunmüddətli təcrübəyə malik Qədir Xəlilov təyin edilib. Qədir Xəlilov 2019–2023-cü illərdə Azərbaycan Respublikasının Gənclər Fondunda icraçı direktorun müavini, 2023–2025-ci illərdə isə icraçı direktor vəzifəsində çalışıb. Müxtəlif dövlət qurumlarında fəaliyyət göstərərək xüsusilə beynəlxalq əməkdaşlıq və tədbirlərin təşkili sahəsində mühüm təcrübə qazanıb. 10 ildən artıq müddətdə Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin katibi olub.
Leyla Əliyeva və Alena Əliyeva “Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümünün təqdimat mərasimində iştirak ediblər
Aprelin 15-də Nizami Kino Mərkəzində İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü əsasında hazırlanan “Mən, Lalə, bir də Şerlok Holms 2” çoxseriyalı bədii televiziya filminin ikinci mövsümünün təqdimatı keçirilib.
Firudin Qurbanov Türkmənistanın təhsil nazirinin müavinləri ilə görüşüb
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Türkmənistana səfəri çərçivəsində bu ölkənin təhsil nazirinin müavinləri ilə görüşüb. Nazir müavini iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb, görüş zamanı müasir texnologiyaların, eləcə də süni intellektin təhsildə tətbiqinin gücləndirilməsinə dair müzakirələrə xüsusi önəm verib.
Firudin Qurbanov Aşqabadda beynəlxalq olimpiadanın açılışında iştirak edib
Səfər çərçivəsində nazir müavini Türkmənistanın təhsil naziri Cumamırat Qurbangeldiyevin dəvəti əsasında Məhtimqulu adına Türkmən Dövlət Universitetində məktəblilər üçün təşkil edilmiş 3-cü Beynəlxalq Riyaziyyat Olimpiadasının açılış mərasimində iştirak edib. Olimpiada çərçivəsində Firudin Qurbanov şagirdlərin nümayiş etdirdiyi lövhələrə və guşələrə baxış keçirib.
Bakıda Azərbaycan və Tacikistan arasında konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Tacikistan Respublikasın Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr keçirilib.
Elm və təhsil naziri Şuşada tədris prosesini izləyib
Martın 11-də elm və təhsil naziri Emin Əmrullayev Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə olub.
Elm və təhsil naziri yeni direktorlarla məktəb idarəetməsini müzakirə etdi
Elm və təhsil naziri Emin Əmrullayev Bakı, Gəncə, Sumqayıt şəhərlərində və müxtəlif bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinə yeni təyin olunmuş direktorlarla görüşüb. Nazir əvvəlcə məktəb rəhbərlərini yeni vəzifəyə təyin olunmaları münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Emin Əmrullayev bildirib ki, Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən direktorların müsabiqə yolu ilə seçilməsində məqsəd məktəblərdə peşəkar və effektiv idarəetmənin təmin edilməsidir.