14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Firudin Qurbanov Aşqabadda beynəlxalq olimpiadanın açılışında iştirak edib

Səfər çərçivəsində nazir müavini Türkmənistanın təhsil naziri Cumamırat Qurbangeldiyevin dəvəti əsasında Məhtimqulu adına Türkmən Dövlət Universitetində məktəblilər üçün təşkil edilmiş 3-cü Beynəlxalq Riyaziyyat Olimpiadasının açılış mərasimində iştirak edib. Olimpiada çərçivəsində Firudin Qurbanov şagirdlərin nümayiş etdirdiyi lövhələrə və guşələrə baxış keçirib.

10 Aprel 2026 10:23
Firudin Qurbanov Aşqabadda beynəlxalq olimpiadanın açılışında iştirak edib

BAKI,VOA

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Türkmənistanın Aşqabad şəhərinə səfər edib.

VOA xəbər verir ki, səfər çərçivəsində nazir müavini Türkmənistanın təhsil naziri Cumamırat Qurbangeldiyevin dəvəti əsasında Məhtimqulu adına Türkmən Dövlət Universitetində məktəblilər üçün təşkil edilmiş 3-cü Beynəlxalq Riyaziyyat Olimpiadasının açılış mərasimində iştirak edib.

Olimpiada çərçivəsində Firudin Qurbanov şagirdlərin nümayiş etdirdiyi lövhələrə və guşələrə baxış keçirib.

Olimpiadanın açılış mərasimində çıxış edən nazir müavini Azərbaycan və Türkmənistan arasında dostluq münasibətləri, elm və təhsil sahəsində əməkdaşlıq barədə tədbir iştirakçılarını məlumatlandırıb. Çıxışı zamanı Firudin Qurbanov şagirdlərin inkişafında intellektual oyunların və bilik yarışmalarının rolunu xüsusi vurğulayıb. Nazir müavini olimpiada iştirakçılarına tövsiyələrini çatdıraraq uğurlar arzulayıb.

Olimpiadanın açılış mərasimindən sonra nazir müavini Mahtumqulu adına Türkmən Dövlət Universitetinin rəhbər heyəti ilə görüşüb, universitetin muzeyini, eləcə də dahi mütəfəkkir və şair Məhtimqulu Fəraqiyə həsr olunmuş guşəni ziyarət edib.

Qeyd edək ki, 3-cü Beynəlxalq Riyaziyyat Olimpiadasının açılış mərasimində, həmçinin Məhtimqulu adına Türkmən Dövlət Universitetinin rəhbər heyəti ilə keçirilmiş görüşdə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov da iştirak edib.

Firudin Qurbanov Aşqabadda beynəlxalq olimpiadanın açılışında iştirak edib Firudin Qurbanov Aşqabadda beynəlxalq olimpiadanın açılışında iştirak edib Firudin Qurbanov Aşqabadda beynəlxalq olimpiadanın açılışında iştirak edib Firudin Qurbanov Aşqabadda beynəlxalq olimpiadanın açılışında iştirak edib Firudin Qurbanov Aşqabadda beynəlxalq olimpiadanın açılışında iştirak edib Firudin Qurbanov Aşqabadda beynəlxalq olimpiadanın açılışında iştirak edib
Məqalədə: #Azərbaycan #Elm və Təhsil Nazirliyi #Aşqabad #Türkmənistan #Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət Gözəlov #Firudin Qurbanov

Mövzu üzrə digər xəbərlər

Yuxuda köstəbək görmək
Yuxuyozma

Yuxuda köstəbək görmək

08:00
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
BookHub: Kitab təhlilləri və xülasələr

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub

13 Sentyabr 21:23
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Texnologiya

Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq

13 Sentyabr 19:51
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

13 Sentyabr 09:00

Son Xəbərlər

Feysəl bin Fərhan hindistanlı həmkarı ilə regional məsələləri müzakirə edib
Feysəl bin Fərhan hindistanlı həmkarı ilə regional məsələləri müzakirə edib
10:59
Səudiyyə Ərəbistanı xarici siyasət və regional təhlükəsizlik üzrə danışıqlar aparıb
Səudiyyə Ərəbistanı xarici siyasət və regional təhlükəsizlik üzrə danışıqlar aparıb
10:50
Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
09:00
Yuxuda köstəbək görmək
Yuxuda köstəbək görmək
08:00
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
07:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.