7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

Leyla Əliyeva və Alena Əliyeva “Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümünün təqdimat mərasimində iştirak ediblər

Aprelin 15-də Nizami Kino Mərkəzində İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü əsasında hazırlanan “Mən, Lalə, bir də Şerlok Holms 2” çoxseriyalı bədii televiziya filminin ikinci mövsümünün təqdimatı keçirilib.

16 Aprel 2026 10:20
Leyla Əliyeva və Alena Əliyeva “Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümünün təqdimat mərasimində iştirak ediblər

BAKI,VOA

Aprelin 15-də Nizami Kino Mərkəzində İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü əsasında hazırlanan “Mən, Lalə, bir də Şerlok Holms 2” çoxseriyalı bədii televiziya filminin ikinci mövsümünün təqdimatı keçirilib.

VOA xəbər verir ki, təqdimat mərasimində Leyla Əliyeva və Alena Əliyeva, mədəniyyət naziri Adil Kərimli, elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Nazir İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyətini yüksək qiymətləndirərək, son illər televiziya məkanında keyfiyyətli məzmunun təqdim olunmasının, xüsusilə təhsilyönümlü layihələrə göstərilən diqqətin təqdirəlayiq olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu kimi layihələr uşaqların maariflənməsinə, dünyagörüşünün formalaşmasına mühüm töhfə verir.

Layihənin ideya müəllifi Tural Sevdimalı çıxışında bildirib ki, layihənin əsas məqsədi uşaqlara düzgün dəyərləri aşılamaqdır. “Biz istəyirik ki, uşaqlar dostluğu düzgün seçməyi, doğru qəhrəmanları tanımağı və ən əsası, güvənə biləcəkləri insanları ayırd etməyi öyrənsinlər”, – deyə o vurğulayıb.

Tural Sevdimalı gələcək planlarla bağlı məlumat verərək qeyd edib ki, artıq Kino Agentliyi ilə əməkdaşlıq formalaşıb. Onun sözlərinə görə, layihə “pitching” mərhələsini uğurla keçib və yaxın zamanda “Mən, Lalə, bir də Şerlok Holms” filminin tammetrajlı versiyasının çəkilişi planlaşdırılır. Filmin gələcəkdə kinoteatrlarda nümayişi nəzərdə tutulur.

Qeyd edək ki, layihənin ideya müəllifi Tural Sevdimalı, ssenari müəllifləri isə Tural Sevdimalı və Vüqar Hüseynovdur. Ailəvi, detektiv və komediya janrlarını özündə birləşdirən serial hər biri 50 dəqiqə olmaqla 12 seriyadan ibarətdir.

Serialın birinci mövsümündə hadisələr Muradın yay tətilini keçirdiyi kənddə cərəyan edir. Onun kitablarla tanışlığı, xüsusilə Artur Konan Doylun əsərləri vasitəsilə Şerlok Holms obrazının təxəyyülündə canlanması süjetin əsas xəttini təşkil edir. Layihənin başlıca məqsədi mütaliənin insan həyatındakı rolunu ön plana çıxarmaqdır. Eyni zamanda, Muradın zəngin təxəyyülü vasitəsilə müxtəlif tarixi və mədəni şəxsiyyətlər canlandırılır ki, bu da seriala maarifləndirici məzmun qazandırır. Layihədə uşaqlara dürüstlük, məsuliyyət, böyüklərə hörmət, ətraf mühitə qayğı və ictimai davranış qaydaları kimi dəyərlər aşılanır.

Yeni mövsümdə hadisələr 11 yaşlı Muradın ətrafında inkişaf edir. O, “Əlaçı” bilik yarışmasının qalibi olmağı arzulasa da, qaydalara əsasən yarışmada iştirak hüququnu itirir. Buna baxmayaraq, Murad Lalənin öz kəndlərini təqdim etməsi üçün ona dəstək olur və hazırlıq prosesində fəal iştirak edir. Süjet xəttində uşaqlar arasında rəqabət, dostluq münasibətləri və seçim qarşısında qalmaq kimi mövzular ön plana çıxır. Muradın xəyali dostu olan məşhur detektiv Şerlok Holms bu mövsümdə də ona dəstəyini davam etdirir.

“Mən, Lalə, bir də Şerlok Holms 2” serialı aprelin 19-dan etibarən İctimai Televiziya və Radio Yayımları Şirkətinin efirində tamaşaçılara təqdim olunacaq.

Leyla Əliyeva və Alena Əliyeva “Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümünün təqdimat mərasimində iştirak ediblər Leyla Əliyeva və Alena Əliyeva “Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümünün təqdimat mərasimində iştirak ediblər Leyla Əliyeva və Alena Əliyeva “Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümünün təqdimat mərasimində iştirak ediblər Leyla Əliyeva və Alena Əliyeva “Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümünün təqdimat mərasimində iştirak ediblər Leyla Əliyeva və Alena Əliyeva “Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümünün təqdimat mərasimində iştirak ediblər Leyla Əliyeva və Alena Əliyeva “Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümünün təqdimat mərasimində iştirak ediblər Leyla Əliyeva və Alena Əliyeva “Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümünün təqdimat mərasimində iştirak ediblər Leyla Əliyeva və Alena Əliyeva “Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümünün təqdimat mərasimində iştirak ediblər Leyla Əliyeva və Alena Əliyeva “Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümünün təqdimat mərasimində iştirak ediblər Leyla Əliyeva və Alena Əliyeva “Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümünün təqdimat mərasimində iştirak ediblər Leyla Əliyeva və Alena Əliyeva “Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümünün təqdimat mərasimində iştirak ediblər Leyla Əliyeva və Alena Əliyeva “Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümünün təqdimat mərasimində iştirak ediblər
Məqalədə: #Elm və Təhsil Nazirliyi #Adil Kərimli #Emin Əmrullayev #İctimai Televiziya və Radio Yayımları Şirkəti #Nizami Kino Mərkəzi #Mən #Lalə #bir də Şerlok Holms 2 çoxseriyalı bədii televiziya filmi

Mövzu üzrə digər xəbərlər

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29
Bakı Qızlar Universitetinin tələbələrinin köçürülməsi ilə bağlı tədbirlərə başlanılıb
Cəmiyyət

Bakı Qızlar Universitetinin tələbələrinin köçürülməsi ilə bağlı tədbirlərə başlanılıb

3 Avqust 18:27
Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb
Cəmiyyət

Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb

30 İyul 18:12
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb
Mədəniyyət

Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb

27 İyul 22:53

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.