11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkmənistan
Türkmənistan

Türkmənistan və İran arasında beynəlxalq dəmir yolu əlaqələri inkişaf edir

1 Aprel 2025 13:19
Türkmənistan və İran arasında beynəlxalq dəmir yolu əlaqələri inkişaf edir

BAKI,AzerVoice

İran İslam Respublikasının Yol və Şəhərsalma naziri Farzani Sadiq Türkmənistanda səfərdə olub və Arkadag şəhərində keçirilən "Sülh və etibar ili: uşaqların xeyrinə beynəlxalq əməkdaşlığın inkişafı" adlı beynəlxalq konfransda iştirak edib.

AzerVoice xəbər verir ki, Türkmənistana etdiyi səfər çərçivəsində bir neçə görüşlər keçirən İran naziri, iki ölkə arasında sınaq məqsədli sərnişin dəmir yolu əlaqələrinin qurulması və yük daşımalarının həcminin artırılması barədə razılığa gəldiklərini bildirib.

Nazir, öz ölkəsinə qayıtdıqdan sonra jurnalistlərə açıqlama verərək, sınaq məqsədli sərnişin dəmir yolu daşımalarının Maşat-Serahs (İran) və Mary (Türkmənistan) marşrutu üzrə həyata keçirilməsi və gələcəkdə bu marşrutun Özbəkistana qədər genişləndirilməsi təklif edildiyini qeyd edib.

Sərnişin dəmir yolu daşımalarının qurulması ilə paralel olaraq, dəmir yolu nəqliyyatı ilə yük daşımalarının həcmini 2 dəfə, yəni 200-dən 400 vaqona çatdırmaq barədə fikir mübadiləsi aparılıb.

İranın naziri Aşqabadda Türkmənistanın Xarici İşlər naziri və nəqliyyat sahəsinin nümayəndələri ilə görüşüb. Görüşlərdə təbii qazın ixracı, elektrik enerjisi təminatı, texniki və mühəndislik xidmətlərinin ixracı, Etrek-Gumdag avtomobil yolunun layihəsi barədə müzakirələr aparılıb.

Həmçinin tərəflər gələn 2 ay ərzində Tehranda iqtisadi əməkdaşlıq üzrə Türkmənistan-İran işçi qrupunun birgə iclasının keçirilməsi barədə razılığa gəldilər.

Məqalədə: #İran #Türkmənistan #Ayətulla Seyid Əli Xamenei #dəmir yolu #Məsud Pezeşkian #Sərdar Berdiməhəmmədov #Farzani Sadiq #İran İslam Respublikasının Yol və Şəhərsalma nazirliyi #Türkmənistanın Xarici İşlər nazirliyi

Mövzu üzrə digər xəbərlər

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib
Türkmənistan

Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib

2 Sentyabr 16:08
MDB İqtisadi Şurasının növbəti iclası Aşqabadda keçiriləcək
Türkmənistan

MDB İqtisadi Şurasının növbəti iclası Aşqabadda keçiriləcək

29 Avqust 14:46
Türkmənistan vətəndaşları Türkiyədə daşınmaz əmlak alışlarını artırıb (ÖZƏL)
Türkiyə

Türkmənistan vətəndaşları Türkiyədə daşınmaz əmlak alışlarını artırıb (ÖZƏL)

28 İyul 13:00

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.