6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

İranın müqavimət maskası – Nə üçün Körfəz ölkələri hədəf alınır?

Bir aydan artıqdır davam edən müharibə dövründə ABŞ və İsrailin hava hücumlarına cavab olaraq atılan İran raketləri Körfəz ölkələrinin limanlarını, hava limanlarını, elektrik stansiyalarını, iqtisadi obyektlərini və mülki turizm mərkəzlərini hədəf alıb. Maraqlıdır ki, İranın öz "ideoloji düşməni" elan etdiyi İsrailə qarşı zərbələri daha məhdud və ehtiyatlı xarakter daşıyır.

5 Aprel 2026 17:00
İranın müqavimət maskası – Nə üçün Körfəz ölkələri hədəf alınır?

BAKI,VOA Analirik Təhlil Mərkəzi

Bir aydan artıqdır davam edən müharibə dövründə ABŞ və İsrailin hava hücumlarına cavab olaraq atılan İran raketləri Körfəz ölkələrinin limanlarını, hava limanlarını, elektrik stansiyalarını, iqtisadi obyektlərini və mülki turizm mərkəzlərini hədəf alıb. Maraqlıdır ki, İranın öz "ideoloji düşməni" elan etdiyi İsrailə qarşı zərbələri daha məhdud və ehtiyatlı xarakter daşıyır.

İranın cavab zərbələrinin xarakterini izləyən qeyri-rəsmi statistikaya görə, Tehranın "özünümüdafiə" adı altında atdığı raket və PUA-ların təxminən 85 faizi Körfəz ölkələrinin mülki infrastrukturuna yönəlib. İsrailə atılan raketlərin payı isə indiyədək 15 faizi keçməyib.

Tehranın "Müqavimət" maskası və reallıq

Bu rəqəmlər İran rejiminin "müdafiə" prioritetinin qonşu ölkələrin sabitliyini pozmaq üzərində qurulduğunu sübut edir. Eyni zamanda, bu vəziyyət rejimin onilliklər boyu öz legitimliyini üzərində qurduğu "sionist-amerikan layihəsinə qarşı müqavimət" ritorikasının riyakarlığını ifşa edir. Hərbi nöqteyi-nəzərdən bu davranış strateji qazanc gətirən hərbi hədəflər əvəzinə, mülki infrastrukturu vurmaqla emosional zorakılıq nümayiş etdirən "ibtidai müdafiə instinkti" kimi qiymətləndirilir.

Yandırılmış torpaq: Qonşudan qisas almaq

İran rejimi meydanda düşmənlə üz-üzə gələ bilmədikdə, çıxış yolunu yaxın qonşularından öz evlərində qisas almaqda — "yandırılmış torpaq" siyasətində görür. Rejim öz daxili böhranları sıxdıqda, bölgədə süni gərginliklər yaradaraq münaqişə zonalarını genişləndirməyi özü üçün xilas kəməri hesab edir. Bu siyasət təkcə qonşu ölkələrə baha başa gəlmir, həm də İranın struktur böhranının və siyasi çıxılmazlığının ən bariz ifadəsidir.

Hazırkı "yandırılmış torpaq" siyasəti İrandakı idarəetmə böhranını da əks etdirir. Qərar qəbulu mərkəzlərinin vurulması, yüksək rütbəli komandirlərin suiqəsdləri və yüksək texnologiyalar vasitəsilə təhlükəsizlik sisteminin deşilməsi hakimiyyət piramidasında dərin çatlar yaradıb. Artıq vahid və mütəşəkkil bir qərar mərkəzi yoxdur; meydanda qalan "sağ qalanlar" qrupu nəzarəti itirdikləri şəraitdə öz acizliklərini kor-koranə eskalasiya ilə kompensasiya etməyə çalışırlar.

Digər tərəfdən, ABŞ və İsrail də İrana qarşı eyni "yandırılmış torpaq" siyasətini tətbiq edir Belə ki ,İranda infrastrukturun hədəf alınması ölkəni fəlakətli iqtisadi uçuruma sürükləyib. Xəzər sahilindəki Astaradan tutmuş Körfəzdəki Buşəhr və Bəndər Abbasa qədər bütün strateji limanlar fəaliyyətini dayandırıb. Raket zərbələri bütün vilayətlərdə mülki enerji mərkəzlərini, su və elektrik təminatını, yanacaq çənlərini sıradan çıxarıb.
Hörmüz boğazı böhranı ilə birlikdə dövlət gəlirləri tarixi minimuma düşüb və İran xalqının gündəlik iqtisadi həyatı iflic olub.

Müharibənin bu mənzərəsi qəribə bir paradoksu ortaya qoyur: ABŞ və İsrail İrana qarşı "yandırılmış torpaq" siyasəti apardığı halda, İran rejimi bu sahəni öz qonşularına doğru genişləndirir. Bu qarşılıqlı fəaliyyət "müharibə üçlüyü"nün (Vaşinqton, Təl-Əviv və Tehran) metodlarının eyniliyini üzə çıxarır.

Zahirən tərəflər arasında kəskin münaqişə görünsə də, dərində məqsədlərin kəsişdiyi və ya gizli bir razılığın olduğu təəssüratı yaranır. Bu "müharibə oyunu" sonunda tək bir nöqtədə birləşir: Körfəz ölkələrinin iqtisadiyyatını zəiflətmək, nəsillər boyu böyük zəhmətlə qurulmuş mülki, şəhər və sivilizasiya infrastrukturunu məhv etmək.

Məqalədə: #Vaşinqton #torpaq sürüşməsi #İraq Müqavimətinin Koordinasiyası #ABŞ və İsrail #VOA Azərbaycan #İranın müqavimət maskası #Nə üçün Körfəz ölkələri hədəf alınır #özünümüdafiə #sionist-amerikan layihəsinə qarşı müqavimət #yandırılmış torpaq #Təl-Əviv və Tehran

Mövzu üzrə digər xəbərlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

4 Sentyabr 17:41
İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu
Rəy

İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

3 Sentyabr 09:48
BƏƏ daşqın və torpaq sürüşmələrindən zərər çəkən Nepal üçün ikinci yardım təyyarəsini göndərib
BƏƏ

BƏƏ daşqın və torpaq sürüşmələrindən zərər çəkən Nepal üçün ikinci yardım təyyarəsini göndərib

2 Sentyabr 14:51
ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian
İran

ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian

2 Sentyabr 09:15

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.