5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

İranın 1979-cu il strateji doktrinasının iflası və aşınma mərhələsi

Çoxları dramatik və aydın bir mənzərə gözləyirdi: "Ali Rəhbər" Əli Xameneinin ölümündən dərhal sonra İran rejiminin süqutu, yaxud Bəşər Əsədin qaçışından sonra olduğu kimi strukturun qəfil dağılması, yaxud Nikolas Maduronun həbsindən sonra Delsi Rodriqezin etdiyi kimi "yaxın çevrədən" birinin çevriliş edərək Vaşinqtonla sövdələşməyə getməsi.

13 Aprel 2026 10:00
İranın 1979-cu il strateji doktrinasının iflası və aşınma mərhələsi

BAKI,VOA Analitik Təhlil Mərkəzi

Çoxları dramatik və aydın bir mənzərə gözləyirdi: "Ali Rəhbər" Əli Xameneinin ölümündən dərhal sonra İran rejiminin süqutu, yaxud Bəşşar Əsədin qaçışından sonra olduğu kimi strukturun qəfil dağılması, yaxud Nikolas Maduronun həbsindən sonra Delsi Rodriqezin etdiyi kimi "yaxın çevrədən" birinin çevriliş edərək Vaşinqtonla sövdələşməyə getməsi.
Hətta 2003-cü ildə İraqın işğalında olduğu kimi Tehrana birbaşa hərbi yürüş və ya 1945-ci ildə Yaponiya imperatoru Hirohitonun etdiyi kimi qeyd-şərtsiz təslimiyyət bəyanatı gözləyənlər də var idi.

Lakin bunlardan heç biri baş vermədi. Həqiqətən də, İran rejiminin strukturu fərqlidir. Tehran süqut etmədi. Rejim dağılmadı. Ağ bayraqlar qaldırılmadı. Müxalifət və Amerika qüvvələri paytaxta daxil olmadı. Bəs bu, rejimin bu müharibədə qalib gəldiyi deməkdirmi?

Rejimlər bir anlıq çöküş anı ilə deyil, itirdikləri güc elementləri ilə ölçülürlər. Burada itki dramatik bir an deyil, rejimin mahiyyətinə toxunan dərin bir aşınma prosesidir.
Səddamın 2003-cü ildəki süqutu 1991-ci il müharibəsindən başlamışdı. Qəddafinin 2011-ci ildəki çöküşü 2003-cü ilin sonunda start götürmüşdü. Əsədin 2024-cü ildəki qaçışı isə 2011-ci ildə, yaxud ordusunun Livandan çıxdığı 2005-ci ildə başlamışdı; başqa nümunələr də var.

Tehran rejiminə endirilən ilk Amerika zərbələri 2020-ci ildə Qasım Süleymaninin öldürülməsi ilə "qırmızı xətlərin" keçilməsi oldu. İkinci zərbə 2025-ci ilin iyununda nüvə obyektlərinin bombalanması və "kölgə müharibəsindən" birbaşa qarşıdurmaya keçidlə gəldi. Üçüncü dalğa isə 2026-cı ildə düz mərkəzi hədəf aldı: Əli Xameneinin və "İslam İnqilabı Keşikçiləri Korpusu"nun (SEPAH) çox sayda komandirinin öldürülməsi.

Bu, ötəri bir detal deyil, qərar qəbulu mərkəzinə və rejimin söykəndiyi sadiqlik şəbəkəsinə endirilən bir zərbədir. İdeoloji rejimlər yalnız institutlarla deyil, həm də təhlükəsizlik elitasının birliyi və liderliyin simvolikası ilə yaşayırlar. Bu təbəqə vurulduqda, dərhal üzə çıxmasa belə, aşınma başlayır.
Daha sonra hava hücumları gəldi: nüvə obyektlərinin məhvi, hava hücumundan müdafiə sisteminin ciddi şəkildə zəiflədilməsi və İran səması üzərində nəzarətin ələ keçirilməsi, hərbi dəniz qüvvələrinin məhvi və hərbi infrastrukturun vurulması.

Bu o deməkdir ki, İran həm çəkindirmə, həm də müdafiə qabiliyyətinin mühüm hissəsini itirib. O, artıq öz dərinliyini qorumağa və ya hədəfə alınmasının qarşısını almağa qadir olan o güc deyil. Burada ən böyük itki üzə çıxır: İran "inqilabı"nın 1979-cu ildən bəri inşa etdiyi strateji sütun uçub.
Fikir aydın idi: Döyüş xarici meydanlarda aparılmalı, qonşu paytaxtların qərarları ələ keçirilməli və dövlətlərin sərhədləri aşılmalı idi. Bu gün isə əksinə oldu: Zərbələr İranın daxilinə endirilir. Tehran bombalanır. Sərhədlər və hava məkanı müdafiəsizdir.

Daha bir mühüm göstərici isə "proksi" (vəkil) şəbəkəsinin başına gələnlərdir. İlk müdafiə xətti olmaq, nüfuzu yaymaq və sərhədləri aşmaq üçün dizayn edilmiş bu şəbəkə lazım olduğu kimi işləmədi və sınaq anında uğursuzluğa düçar oldu. "Husilər" müharibəyə həlledici şəkildə daxil olmadılar. İranın ən güclü qolu hesab edilən "Hizbullah" isə müharibə və ya danışıqlar barədə qərar verən tərəf ola bilmədi. İraqdakı milislər isə münaqişənin gedişatını dəyişdirəcək real addımlar atmadan, yalnız təhdid və kiçik toqquşmalar çərçivəsində qaldılar.

Doğrudur, İran bu aşınmanın son nəfəsində başqa yollarla cavab verməyə çalışdı: Körfəzin təhlükəsizliyini təhdid etdi, dronlardan istifadə etdi, "yatmış hüceyrələri" oyatdı və Hörmüz boğazını bağladı. Lakin bunlar həlledici deyil, yalnız "narahatlıq yaradan" alətlərdir. Onlar bədəli yüksəldir, amma nəticəni dəyişmir. Əksinə, bu hücumlar Körfəz ölkələrinin əvvəllər xəbərdarlıq etdiklərini sübut etdi və həmin dövlətləri öz imkanlarını gücləndirməyə, qabaqcıl müdafiə sistemləri qurmağa, Çin, Rusiya, Pakistan və Türkiyə kimi beynəlxalq və regional güclərlə təhlükəsizlik tərəfdaşlıqlarını genişləndirməyə sövq edəcək. Həmçinin neft və qazın Hörmüz boğazı və Bab əl-Məndəbdən uzaq, boru kəmərləri vasitəsilə nəqli üçün strateji alternativlər axtarmağa məcbur edəcək.

İran rejimi dağılmadı. Ağ bayraqlar qaldırılmadı. Lakin o, qalib də gəlmədi. Baş verənləri daha dərindən anlamaq üçün çox da uzaq olmayan tarixi təcrübəyə qayıtmaq olar. 1967-ci il müharibəsindən sonra ərəb rejimləri İsrailə böyük ərazilər itirdilər, buna baxmayaraq, onların nəzəriyyəçiləri deyirdilər ki, onlar "məğlub olmayıblar", çünki hədəf rejimlərin devrilməsi idi və bu baş tutmadı. Lakin bu ritorika tab gətirmədi. Reallıq budur ki, həmin müharibə şüarlar nə qədər bəzəsə də, regionu onilliklər boyu yenidən formalaşdıran dərin bir strateji məğlubiyyət idi.

İndi eyni şüarlar yenidən tirajlanır: İran uduzmadı, çünki rejim süqut etmədi. Amma həqiqət budur ki, rejim qalsa belə, daxildən dəyişib. Liderləri öldürülüb, strukturu zədələnib, güc alətləri geriləyib. O, daha sərtləşə bilər, lakin bu sərtlik gücdən deyil, zəiflikdən doğan bir sərtlikdir.

Və ən aydın siyasi dönüş: ABŞ ilə danışıqları qəbul etmək. İllər boyu İranın ritorikası "Böyük Şeytan"la iş birliyindən imtina üzərində qurulmuşdu. Bu gün isə bu ritorika artıq keçərli deyil. Danışıqların qəbul edilməsi və parlament sədri Məhəmməd Baqir Qalibafın Pakistanda vitse-prezident C.D. Vens ilə görüşməsi – bu, "inqilab"dan bəri ən yüksək səviyyəli birbaşa görüşdür. "Ali Rəhbərin" ölümünün qırxıncı günü ərəfəsində keçirilən bu marafon danışıqlar sadəcə bir taktika deyil, İran səmasının müdafiəsizliyi və müharibənin yenidən başlanması ehtimalları qarşısında gücün limitlərini etiraf etməkdir.

İran yalnız hərbi bir raundu uduzmur, o, 1979-cu ildən bəri qurduğu bütün strateji arxitekturanı itirir: nüfuz şəbəkəsini, çəkindirmə sistemini və müharibəni başqalarının torpağında aparmaq taktikasını. O, liderlərini itirib, imkanları zədələnib, daxili qatı açılıb, milisləri zəifləyib, "qırmızı xətləri" yox olub və danışıqlara məcbur edilib. Bu, qələbə şəkli deyil. Bu, aşınma mənzərəsidir.

Məqalədə: #Bəşşar Əsəd #Bəşşar Əsəd rejimi #Bəşşar Əsədin keçmiş nazirləri yeni hökumətə daxil olubmu? #Ali Rəhbər və güc mexanizmi: İranın təhlükəsizlik sistemi içəridən #Yaxın Şərqdən Cənubi Asiyaya: Xameneinin ölümündən sonra yeni təhlükəsizlik tənliyi #Ali Xameneinin ölümündən sonra İranda hakimiyyət dəyişikliyi #İranın kölgə kabineti: Ali Rəhbər Müctəba Xameneinin yoxluğunda dövləti idarə edən hərbi elita #İranın 1979-cu il strateji doktrinasının iflası və aşınma mərhələsi #Əli Xameneinin ölümü #Ali Rəhbər Xameneinin ölümündən sonra İranın hərbi müdafiə imkanları #SEPAH rəhbərliyinin məhvi və İranın proksi şəbəkəsinin zəifləməsi analizi

Mövzu üzrə digər xəbərlər

Dəməşq məhkəməsi Bəşşar Əsəd barədə ölüm hökmü çıxarıb
Suriya

Dəməşq məhkəməsi Bəşşar Əsəd barədə ölüm hökmü çıxarıb

11 Avqust 14:12
İsrail həbsxanalarında 46 suriyalı saxlanılır
Yaxın Şərq

İsrail həbsxanalarında 46 suriyalı saxlanılır

4 Avqust 11:19
Beyrutda İran erasının sonu – Vaşinqton Hizbullahı bitirir?
ArabAZ təhlil mərkəzi

Beyrutda İran erasının sonu – Vaşinqton Hizbullahı bitirir?

30 İyul 13:36
Terror aktının üstü açıldı: Qətliamının arxasında Əsəd kəşfiyyatı dayanıb
Türkiyə

Terror aktının üstü açıldı: Qətliamının arxasında Əsəd kəşfiyyatı dayanıb

23 İyun 14:41

Son Xəbərlər

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
19:54
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
19:49
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
19:32
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.