6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

“Ölüm tələləri” – Rusiya afrikalıları Ukraynada döyüşə necə cəlb edir?

Dörd ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi təkcə regionla məhdudlaşmır. Məlumatlara görə, bu münaqişə minlərlə Afrika gəncini də təsiri altına alıb və onlar özləri ilə birbaşa əlaqəsi olmayan döyüşlərdə iştirak etməyə məcbur qalıblar.

6 May 2026 09:00
“Ölüm tələləri” – Rusiya afrikalıları Ukraynada döyüşə necə cəlb edir?

BAKI,VOA Analitik Təhlil Mərkəzi

Dörd ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi təkcə regionla məhdudlaşmır. Məlumatlara görə, bu münaqişə minlərlə Afrika gəncini də təsiri altına alıb və onlar özləri ilə birbaşa əlaqəsi olmayan döyüşlərdə iştirak etməyə məcbur qalıblar.

The New York Times qəzetinin məlumatına görə, minlərlə afrikalı gənc Ukrayna ərazisində Rusiya ordusunun tərkibində döyüşür və onlardan bəziləri artıq həlak olub.

Bu tendensiya ciddi suallar doğurur. Coğrafi baxımdan Afrika münaqişə zonasından minlərlə kilometr uzaqda yerləşir. Siyasi baxımdan isə qitə ölkələrinin əksəriyyəti müharibəyə neytral yanaşır. Buna baxmayaraq, minlərlə gənc necə olur ki, bu müharibəyə cəlb olunur?

Aldatma və cəlbetmə mexanizmi

Məlumatlara əsasən, bəzi gənclər könüllü şəkildə muzdlular kimi döyüşlərə qatılır. Lakin çoxu Rusiyada mülki iş vədləri ilə aldadılır. Onlara mühafizəçi, aşpaz və ya texniki işçi kimi işlər təklif olunur, lakin ölkəyə çatdıqdan sonra döyüşlərə göndərilirlər.

Bu prosesdə əsas rolu etibarsız vasitəçi şəbəkələr oynayır. Bu “şirkətlər” özlərini turizm və ya işə düzəltmə agentlikləri kimi təqdim edir və sosial şəbəkələr üzərindən reklam aparırlar. Gənclərlə bağlanan müqavilələrin isə rus dilində olması onların şərtləri başa düşməsini çətinləşdirir.

Reklamlarda aylıq 3 min dollar maaş, əlavə olaraq 18 min dollara qədər bonus və 6 ay ərzində Rusiya vətəndaşlığı vəd olunur.

Rəqəmlər və faktlar

Dəqiq statistika olmasa da, ən azı 9 Afrika ölkəsində oxşar halların qeydə alındığı bildirilir. Məsələn:

Keniyada təxminən 1000 nəfərin Rusiyaya gedərək Ukraynada döyüşlərə cəlb olunduğu bildirilir

Onlardan yalnız 30 nəfərin sağ qayıtdığı qeyd olunur

Bu faktlar bir çox Afrika ölkəsində ciddi narahatlıq yaradıb və hökumətlər nəzarət tədbirlərini gücləndirməyə başlayıb.

Niyə bu tələyə düşürlər?

Analitiklər bu fenomeni iki əsas səbəblə izah edir:

Rusiyanın əlavə canlı qüvvəyə ehtiyacı – Müharibənin uzanması və itkilərin artması səbəbilə

Afrikada iqtisadi çətinliklər – Yüksək işsizlik və yoxsulluq gəncləri riskli təkliflərə açıq edir

Afrika dünyada ən sürətlə artan gənc əhaliyə malikdir və iş imkanlarının məhdudluğu xaricdə iş vədlərini cəlbedici edir.

Keniyalı senator Okiya Omtatah vəziyyəti belə təsvir edib:

“Bu gün Mombasaya ‘Qərbdə qul tələb olunur’ yazılmış gəmi gəlsə, boş yer qalmaz.”

Rəsmi mövqelər

Rusiya tərəfi isə bu iddiaları rədd edir. Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukraynadakı əməliyyatlarda xarici vətəndaşlar iştirak edir, lakin onlar könüllüdür və hər şey qanun çərçivəsində baş verir.

Kremlin sözçüsü Dmitry Peskov isə afrikalıların aldadılması ilə bağlı hallardan xəbərsiz olduqlarını deyib.

Buna qarşılıq, Ukraynanın Cənubi Afrikadakı səfiri Oleksandr Shcherba Rusiyanı iş axtaran afrikalıları istismar etməkdə ittiham edib.

Hansı ölkələr təsirlənib?

Məlumatlara görə, kimi Keniya, Tanzaniya, Zambiya, Cənubi Afrika, Nigeriya, Qana, Toqo, Botsvana, Mali kimi ölkələrdə saxta iş adı ilə cəlbetmə halları qeydə alınıb.

Afrika hökumətləri nə edir?

Bir sıra Afrika ölkələri artıq tədbirlər görməyə başlayıb:

Keniya Rusiyaya iş üçün gedən gənclərə nəzarəti gücləndirib

Cənubi Afrika vətəndaşlarının geri qaytarılması üçün Rusiya ilə danışıqlar aparır

Nigeriya və digər ölkələr vətəndaşlarına xəbərdarlıq edib

Keniyanın xarici işlər naziri Rusiyaya səfər edərək bu məsələni müzakirə edib və Moskvanın keniyalıların hərbi xidmətə cəlb olunmaması ilə bağlı razılıq verdiyi bildirilib.

Problem davam edir

Buna baxmayaraq, əsas səbəblər – işsizlik, yoxsulluq və xaricdə iş axtarışı – qalmaqda davam edir. Bu isə o deməkdir ki, minlərlə gəncin bu cür “ölüm tələlərinə” düşməsi riski hələ də yüksək olaraq qalır.

Ümumilikdə, bu proses müasir müharibələrin yalnız cəbhə xəttində deyil, sosial-iqtisadi zəifliklər üzərindən də aparıldığını göstərir.

Məqalədə: #Rusiya Ukrayna müharibəsi #afrikalı muzdlu döyüşçülər #saxta iş elanları Rusiya #Afrikadan hərbi cəlbetmə #müasir müharibədə insan resursları #Ukraynada xarici döyüşçülər #işsizlik və miqrasiya riski #Afrikada gənclər və işsizlik #Afrika-Rusiya münasibətləri #iqtisadi çətinliklər və miqrasiya

Mövzu üzrə digər xəbərlər

Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?

09:00
Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur - Peskov
Digər Dövlətlər

Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur - Peskov

29 Avqust 17:33
Rusiyanın Kiyevə hücumları davam edir - ölən və yaralananlar var
Digər Dövlətlər

Rusiyanın Kiyevə hücumları davam edir - ölən və yaralananlar var

28 Avqust 15:09
Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyanın cavabını gözləyir
Digər Dövlətlər

Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyanın cavabını gözləyir

14 Avqust 09:43

Son Xəbərlər

Omanda nəqliyyat və logistika sektorunda  yaşıl hidrogen dövrü başlayır
Omanda nəqliyyat və logistika sektorunda yaşıl hidrogen dövrü başlayır
10:54
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
10:45
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
10:00
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.