13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Kim-Kimdir?
Kim-Kimdir?

Qubadan beynəlxalq arenaya: Bir neyrocərrahın uğur hekayəsi - İsmayıl Qarayev kimdir?

İsmayıl Qarayev 1983-cü il martın 15-də Quba şəhərində həkim ailəsində anadan olub. O, ilk təhsilinə 1989-cu ildə Quba şəhər 3 saylı orta məktəbdə başlayıb. 2000-ci ildə Quba Özəl Türk Liseyindən məzun olan İsmayıl Qarayev həmin il Azərbaycan Tibb Universitetinə (ATU) daxil olub.

15 Mart 2026 15:00

Təhsili və ixtisaslaşma dövrü

İsmayıl Qarayev 2006-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Ali təhsilini tamamladıqdan sonra onun tibbi fəaliyyəti və ixtisaslaşma yolu aşağıdakı mərhələlərlə davam edib:

2006–2007: Təcili Tibbi Yardım Xəstəxanasında təcrübə keçib.
2007–2009: Ukraynanın paytaxtı Kiyev şəhərində Davamlı Təhsil Tipli Akademiyada neyrocərrahiyyə üzrə kliniki ordinatura keçib.

Elmi və pedaqoji fəaliyyəti

İsmayıl Qarayev 2009-cu ildən etibarən ATU-nun neyrocərrahiyyə kafedrasında çalışır. 2018-ci ildən kafedranın assistenti vəzifəsini icra edir. Elmi fəaliyyətini uğurla davam etdirən mütəxəssis 2021-ci ildə Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir.

Onun elmi işinin mövzusu “Onurğanın boyun nahiyəsi sinir elementlərinin diskogen kompressiyasının klinika diaqnostika və cərrahi müalicəsi” olmuşdur. Hazırda o, 20-dən artıq elmi məqalənin və bir kitabın müəllifidir.

Beynəlxalq təcrübəsi və konfranslar

Neyrocərrah İsmayıl Qarayev peşəkar fəaliyyəti dövründə bir çox xarici ölkələrdə ixtisasartırma kurslarında və əməkdaşlıq proqramlarında iştirak edib:

2010: Almaniyanın Berlin şəhərində neyrocərrahiyyə üzrə təcrübə.
2013: Türkiyənin İzmir şəhərində “Spinal neyroşirurji ileri” proqramı üzrə təcrübə.

Bundan əlavə; Misir, Almaniya, Ukrayna, Kolumbiya və Türkiyə kimi ölkələrdə keçirilən neyrocərrahiyyə üzrə beynəlxalq elmi konfranslarda dəfələrlə iştirak edərək Azərbaycan tibb elmini təmsil etmişdir.

Şəxsi həyatı

İsmayıl Qarayev ailəlidir, iki övladı var.

Məqalədə: #İsmayıl Qarayev kimdir? #Tibb üzrə fəlsəfə doktoru İsmayıl Qarayev kimdir? #Neyrocərrah İsmayıl Qarayevin həyatı və elmi yaradıcılığı #Azərbaycanda neyrocərrahiyyə: İsmayıl Qarayevin fəaliyyəti #Qubadan beynəlxalq arenaya: Bir neyrocərrahın uğur hekayəsi #Onurğa cərrahiyyəsi mütəxəssisi İsmayıl Qarayev haqqında faktlar

Mövzu üzrə digər xəbərlər

Piri Rəis kimdir?
Tarixi şəxsiyyətlər

Piri Rəis kimdir?

16:23
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Ərəb qadın liderlər

Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?

14:57
Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
Ərəb müğənniləri

Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?

11 Sentyabr 12:06
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Ərəb qadın liderlər

Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri

10 Sentyabr 11:00

Son Xəbərlər

Piri Rəis kimdir?
Piri Rəis kimdir?
16:23
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
15:55
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
15:22
Hakan Fidan Suriyaya səfərə gedib
Hakan Fidan Suriyaya səfərə gedib
14:59
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
14:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.