5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Bioqrafiya: Tanınmış simalar
Bioqrafiya: Tanınmış simalar

Əl-Kindi Kimdir?

Əbu Yusif Yəqub ibn İşaq əl-Kindi (VIII əsrin sonu – 860-879-cu illər) — ərəb dünyasının məşhur alim-ensiklopedisti və fəlsəfə tarixində “Ərəblərin filosofu” kimi tanınan dahi şəxsiyyətdir.

8 İyun 2025 16:31
Əl-Kindi Kimdir?

BAKI,AzerVoice

Əbu Yusif Yəqub ibn İşaq əl-Kindi (VIII əsrin sonu – 860-879-cu illər) — ərəb dünyasının məşhur alim-ensiklopedisti və fəlsəfə tarixində “Ərəblərin filosofu” kimi tanınan dahi şəxsiyyətdir. O, 8-ci əsrin sonlarında İraqın Bəsrə və ya Kufə şəhərlərində xəlifənin valisinin ailəsində anadan olub. Əl-Kindi əvvəlcə Bəsrə və Bağdadda təhsil almış və zəmanəsinin ən nüfuzlu elm adamlarından biri kimi tanınmışdır.

Əl-Kindi, ilk kəlam məktəbinin nümayəndələri olan mötəzililəri himayə edən xəlifə əl-Məmun (813-833) və əl-Mötəsim (833-842) dövründə sarayın sevimlisi olub. Lakin Mütəvəkkil dövründə (842-ci ildən sonra) təqiblərə məruz qalıb və 860-879-cu illərdə Bağdadda vəfat edib.

Alim metafizika, məntiq, etika, riyaziyyat, astronomiya, tibb, meteorologiya, optika və musiqi sahələrinə aid təxminən 250 elmi əsərin müəllifidir. O, Aristotelin “Metafizika”sını, Ptolemeyin “Coğrafiya”sını və Evklidin əsərlərini ərəb dilinə tərcümə edərək böyük xidmətlər göstərib.

Əl-Kindinin əsərlərinin əksəriyyəti itmiş hesab olunur. Lakin 1930-cu illərdə alman şərqşünası H. Ritter İstanbulda onun 29 traktatını özündə əks etdirən əlyazma nüsxəsini aşkar edib. Bu əsərlər daha çox “Birinci fəlsəfə”, məntiq və idrak məsələlərinə aiddir. Onun “Ağıl haqqında”, “Birinci fəlsəfə”, “Ruh haqqında söhbətlər” və digər traktatları XI əsrə qədər böyük nüfuz qazanıb. Əl-Kindinin bəzi əsərləri sonradan latın dilinə də tərcümə edilmişdir.

Əl-Kindi İslam dünyasında Aristotelin fəlsəfi əsərlərinə xüsusi diqqət yetirən ilk alim olub. O yazırdı: “Haqqın hardan gəlməsindən asılı olmayaraq, onu qəbul etməkdən çəkinməməliyik... Həqiqəti axtaran üçün həqiqətin özündən dəyərli heç nə yoxdur, biz həqiqətə laqeyd yanaşmamalı, onu gətirənlərin şəxsiyyətinə baxıb qiymətləndirməməliyik.”

Əl-Kindi Aristotel irsini araşdıraraq müsəlman Şərqində peripatetizmin (Aristotel fəlsəfəsinin davamı olan fəlsəfi məktəb) əsasını qoyub. O, müsəlman fəlsəfə tarixində özünəməxsus yer tutaraq həm elmi, həm də fəlsəfi sahədə böyük nüfuz qazanıb.

Məqalədə: #Əl-Kindi kimdir? #Kim-kimdir

Mövzu üzrə digər xəbərlər

Bəlxdən Konyaya uzanan mənəvi işıq: Mövlana Cəlaləddin Ruminin həyatı və irsi
Tarixi şəxsiyyətlər

Bəlxdən Konyaya uzanan mənəvi işıq: Mövlana Cəlaləddin Ruminin həyatı və irsi

9 Avqust 07:15
Səddam Hüseyn kimdir?
Ərəb prezidentlər

Səddam Hüseyn kimdir?

28 Aprel 14:17
Bu gün onun ölüm günüdür - Papa Fransisk kimdir?
Bioqrafiya: Tanınmış simalar

Bu gün onun ölüm günüdür - Papa Fransisk kimdir?

21 Aprel 10:00
Alparslan Türkeş kimdir?
Bioqrafiya: Tanınmış simalar

Alparslan Türkeş kimdir?

4 Aprel 12:00

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.