13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Kim-Kimdir?
Kim-Kimdir?

Teflon Don - Mafiya başçısı Con Qotti kimdir?

İtaliyalı immiqrant nəslindən gələn Qotti 13 uşaqlı kasıb ailədə böyüyüb. Gənclik illərində Bruklində mafiozlar üçün xırda işlər görür, sonra Fulton-Rockaway Boys adlı küçə dəstəsinə qoşulur və 16 yaşında məktəbi tərk edir.Erkən yaşlarından oğurluq və digər xırda cinayətlərə görə dəfələrlə həbs olunsa da, ciddi cəza almır. 1968-ci ildə isə Nyu-Yorkun Kennedi (o vaxt “Idlewild”) aeroportu yaxınlığında yük maşınlarının qaçırılmasına görə günahını etiraf edir və 3 il həbs cəzası alır.

1 Noyabr 2025 20:00
Teflon Don - Mafiya başçısı Con Qotti kimdir?

BAKI, AzerVoice

ABŞ-ın ən tanınmış mafiya liderlərindən biri, “zərif geyimi” və bahalı kostyumları ilə məşhur olan “Dapper Don” (Zərif Don) ləqəbli Con Cozef Qotti (John Joseph Gotti Jr.) Nyu-Yorkun Bruks rayonunda dünyaya gəlib.

İtaliyalı immiqrant nəslindən gələn Qotti 13 uşaqlı kasıb ailədə böyüyüb. Gənclik illərində Bruklində mafiozlar üçün xırda işlər görür, sonra Fulton-Rockaway Boys adlı küçə dəstəsinə qoşulur və 16 yaşında məktəbi tərk edir.Erkən yaşlarından oğurluq və digər xırda cinayətlərə görə dəfələrlə həbs olunsa da, ciddi cəza almır. 1968-ci ildə isə Nyu-Yorkun Kennedi (o vaxt “Idlewild”) aeroportu yaxınlığında yük maşınlarının qaçırılmasına görə günahını etiraf edir və 3 il həbs cəzası alır.

Gambino ailəsinə yüksəliş

1974-cü ildə Qotti, mafiyanın rəhbəri Karlo Gambinonun qardaşı oğlunun qaçırılıb öldürülməsinə cavab olaraq törədilən qətldə iştirak etdiyi üçün yenidən həbs olunur. Rüşvət müqabilində həbsxanadan tez-tez çıxmağa icazə alır və 1977-ci ildə azadlığa çıxandan sonra Gambino ailəsinin “Bergin” qrupunda kapitan rütbəsinə yüksəlir.Bu, ABŞ-ın ən güclü və nüfuzlu cinayət ailələrindən biri idi.

1985-ci ilin dekabrında Qotti, Manhettendə bir restoran qarşısında ailənin o zamankı rəhbəri Pol Kastellanonu öldürtdürərək Gambino ailəsinin yeni başçısına çevrilir.

“Teflon Don”

ABŞ federal hökuməti Qottini illərlə izləyir və telefon danışıqlarını dinləyərək ona qarşı dəlillər toplayır. 1986-cı ildə ona qarşı reketlik ittihamı irəli sürülür, lakin Qotti məhkəmədən bəraət alır.
Mətbuat bu hadisədən sonra onu “Teflon Don” - yəni “üzərinə heç nə yapışmayan Don” adlandırır, çünki o, dəfələrlə həbs olunmasına baxmayaraq cəza almırdı.
Sonradan məlum olur ki, məhkəmə münsifi rüşvət müqabilində Qottinin bəraətinə səs verib.

Qotti öz üslubu, bahalı geyimləri və mətbuatla davranışı sayəsində ABŞ mətbuatının sevimli fiquruna çevrilmişdi. O, milyonlarla dollar qazansa da, özünü “santexnika avadanlıqları satıcısı” kimi təqdim edirdi.
Lakin gizli dinləmələr göstərdi ki, onun arxasında amansız, qəddar bir mafioz durur və o, ən kiçik hörmətsizliyə belə dözmürdü.

1990-cı ilin dekabrında Qotti və yaxın çevrəsi Nyu-Yorkun “Little Italy” (Kiçik İtaliya) məhəlləsindəki Ravenite Sosial Klubunda həbs olunurlar. Mafiya üzvü Salvatore “Sammy the Bull” Gravano hökumətlə əməkdaşlığa gedir və Qottiyə qarşı ifadə verir.
1992-ci ilin aprelində məhkəmə Qottini 13 maddə üzrə - qətl və reketlik daxil olmaqla - günahkar elan edir. O, İllinoys ştatındakı Marion federal həbsxanasına göndərilir və gündə 23 saat kamerasında saxlanılır.

Con Qotti 10 iyun 2002-ci ildə, 61 yaşında, boğaz xərçəngindən ABŞ-ın Missuri ştatındakı Springfield Federal Tibb Mərkəzində vəfat edib.

Məqalədə: #Con Qotti kimdir? #Con Qotti #Dapper Don #Con Cozef Qotti #John Joseph Gotti Jr. #Fulton-Rockaway Boys #Teflon Don #Little Italy

Mövzu üzrə digər xəbərlər

Piri Rəis kimdir?
Tarixi şəxsiyyətlər

Piri Rəis kimdir?

16:23
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Ərəb qadın liderlər

Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?

14:57
Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
Ərəb müğənniləri

Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?

11 Sentyabr 12:06
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Ərəb qadın liderlər

Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri

10 Sentyabr 11:00

Son Xəbərlər

Piri Rəis kimdir?
Piri Rəis kimdir?
16:23
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
15:55
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
15:22
Hakan Fidan Suriyaya səfərə gedib
Hakan Fidan Suriyaya səfərə gedib
14:59
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
14:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.