4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Bioqrafiya: Tanınmış simalar
Bioqrafiya: Tanınmış simalar

Fəlsəfə, dilçilik və siyasət kəsişməsində...Noam Çomski kimdir?

Noam Avram Çomski 7 dekabr 1928-ci ildə ABŞ-ın Filadelfiya şəhərində, yəhudi mühacir ailəsində dünyaya gəlib. Atası Vilyam Çomski Rus imperiyasından (indiki Ukrayna ərazisi) hərbi xidmətdən yayınmaq üçün 1913-cü ildə ABŞ-a köçüb, əvvəlcə sexlərdə və ibtidai yəhudi məktəblərində işləyib, sonra tanınmış yəhudi alimi və müəllimi olub. Anası Elsie də Şərqi Avropadan – bu günkü Belarus bölgəsindən köçmüş yəhudi ailəsində doğulmuşdu. Evdə yəhudi mədəniyyəti mühüm yer tutsa da, valideynlər Yidiş dilini evdə danışmağı demək olar ki, qadağan etmişdilər.

7 Dekabr 2025 15:00
Fəlsəfə, dilçilik və siyasət kəsişməsində...Noam Çomski kimdir?

BAKI,AzerVoice

Noam Avram Çomski 7 dekabr 1928-ci ildə ABŞ-ın Filadelfiya şəhərində, yəhudi mühacir ailəsində dünyaya gəlib. Atası Vilyam Çomski Rus imperiyasından (indiki Ukrayna ərazisi) hərbi xidmətdən yayınmaq üçün 1913-cü ildə ABŞ-a köçüb, əvvəlcə sexlərdə və ibtidai yəhudi məktəblərində işləyib, sonra tanınmış yəhudi alimi və müəllimi olub. Anası Elsie də Şərqi Avropadan – bu günkü Belarus bölgəsindən köçmüş yəhudi ailəsində doğulmuşdu. Evdə yəhudi mədəniyyəti mühüm yer tutsa da, valideynlər Yidiş dilini evdə danışmağı demək olar ki, qadağan etmişdilər.

Noam ailənin böyük oğlu idi, qardaşı Devid sonradan kardioloq oldu. Onlar yəhudi ənənələrinə bağlı, eyni zamanda sol görüşlü, sosial ədalətə həssas bir mühitdə böyüdülər. Evdə həm sionizm, həm də sol yəhudi ideyaları müzakirə olunurdu. Çomski uşaqlıqdan antisemitizmə də şahid olub, xüsusilə Filadelfiyadakı irland və alman icmalarından.

O, açıq fikirli, “Deweyçi” pedaqogika ilə işləyən Oak Lane Country Day Schoolda, daha sonra isə elit Central High Schoolda oxuyub. Eyni zamanda atası dərs dediyi Gratz Kollecində yəhudi dini məktəbinə də gedirdi. Çox erkən yaşlardan siyasətə marağı yaranmışdı: 10 yaşında İspaniyada Barselonanın süqutu və anarxo-sindikalist hərəkatın məğlubiyyəti barədə ilk məqaləsini yazdı. Bu dövrdə Nyu-Yorkda dayısının qəzet köşkünə gedir, sol və anarxist ədəbiyyat oxuyur, yəhudi solçularla mübahisələrə qoşulurdu. Tezliklə bolşevizmdən də, Stalinizmdən də kəskin şəkildə uzaqlaşdı və özünü anarxizmə yaxın hiss etməyə başladı.

Universitet illəri
1945-ci ildə, 16 yaşında Pensilvaniya Universitetinə daxil oldu. Burada fəlsəfə, məntiq və dillər üzrə ümumi proqram keçdi, ərəb dilinə xüsusi maraq göstərdi. Oxumaqla yanaşı evdə ivrit dərsi verməklə öz təhsilini maliyyələşdirirdi. Universitetdən məyus olub təhsilini dayandırmağı və Fələstində kibbutsa köçməyi də düşünüb, lakin tanınmış dilçi Zellig Harris ilə tanışlıq onun fikrini dəyişdi. Harris onu nəzəri dilçiliyə cəlb etdi və Çomski bu sahədə ixtisaslaşmağa başladı.

Onun bakalavr işi – “Müasir ivritin morfofonemikası” – Harris metodlarının ivrit dilinə tətbiqi idi. Bu iş daha sonra magistr dissertasiyası və kitab kimi dərc olundu. Paralel olaraq o, Nelson Qudman və digər filosofların yanında fəlsəfə zövqü formalaşdırdı.

1951–1955-ci illərdə Harvard Universitetinin nüfuzlu Society of Fellows proqramında çalışdı, burada sonradan doktorluq işi olacaq transformasiya qrammatikası nəzəriyyəsinin əsaslarını işləyib hazırladı. 1955-ci ildə “Transformational Analysis” mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi və həmin il Massaçusets Texnologiya İnstitutunda (MIT) müəllimliyə başladı.

1947-ci ildən tanıdığı Karol Şatsla 1949-cu ildə evləndi. Karol 2008-ci ilə qədər onun ən yaxın həyat yoldaşı və intellektual tərəfdaşı oldu. Onların üç övladı var: Aviva, Diana və Harry.

1950–60-cı illərdə Çomski dilçilik elmini kökündən dəyişdi. O vaxta qədər ABŞ dilçiliyində davranışçılıq (behaviorizm) üstünlük təşkil edirdi – dil tamamilə öyrənilmiş vərdiş kimi təsəvvür olunurdu. Çomski isə iddia etdi ki, insan beynində dil üçün bioloji əsaslı, doğuşdan gələn struktur var:

Siyasi fəallıq və dissident mövqeyi
Çomski təkcə dilçi deyil, həm də ABŞ-da sol intellektual ənənənin əsas simalarından biri idi. Özünü ən çox anarxo-sindikalist və ya libertar sosialist kimi təqdim edir. Kapitalizmin və korporativ hakimiyyətin sterssiz tənqidçisidir, eyni zamanda sovet tipli avtoritar sosializmdən də kəskin uzaq dayanır.

1960-cı illərdən etibarən ABŞ-ın Vyetnamdakı müharibəsinə qarşı açıq çıxış etməyə başladı. 1967-ci ildə yazdığı “The Responsibility of Intellectuals” məqaləsi onu ölkə miqyasında tanınan müxalif səslərdən birinə çevirdi.
O verginin bir hissəsini ödəməkdən imtina edir,hərbi çağırışdan yayınan gəncləri müdafiə edir, Pentagon qarşısında etiraz aksiyalarında iştirak etdiyinə görə saxlanılır və Nixson administrasiyasının “siyasi opponentlər siyahısına” düşür.

Sonrakı onilliklərdə o, ABŞ xarici siyasətinə, xüsusilə Latın Amerikasında, Yaxın Şərqdə və Cənub-Şərqi Asiyada çevrilişlərə və müharibələrə dair ard-arda kitablar yazdı. Edward Hermanla birgə yazdığı “Manufacturing Consent” (1988) media haqqında “propaganda modeli”ni formalaşdırdı: rəsmi senzura olmadan da korporativ media beş filtr vasitəsilə (mülkiyyət, reklam, “ekspert” mənbələr, intizam mexanizmləri və antikommunizm/ideoloji çərçivə) ictimai şüuru yönləndirir.

Çomski ABŞ-ın İsrail–Fələstin münaqişəsində rolunu, Yaxın Şərqdə müharibələri, Şərqi Timorun işğalını, NATO müdaxilələrini və s. sərt tənqid edib. İsrailin Fələstinlilərə münasibətini tez-tez aparteiddən də pis model kimi təsvir edir, ABŞ-ın isə bu siyasəti hərbi və siyasi cəhətdən qoruduğunu deyir.

Onun söz azadlığı mövqeyi dəfələrlə mübahisə yaradıb: məsələn, fransız tarixçisi Faurissonun Holokostu inkar edən fikirlərini müdafiə etmir, amma belə fikirlərin ifadə hüququnun qorunmasını zəruri sayır və buna görə geniş hücuma məruz qalmışdı.

Çomski 2002-ci ildə MIT-dən formal olaraq təqaüdə çıxdı, amma uzun illər elmi seminarlara davam etdi. 2010-cu illərdə Braziliya ilə daha sıx bağlar qurdu, orada ev aldı, həm ABŞ-da, həm Braziliyada yaşadı. 2017-dən etibarən Arizona Universitetində mühit və sosial ədalət proqramı çərçivəsində professor kimi fəaliyyət göstərdi. 2014-cü ildə braziliyalı tərcüməçi Valeriya Vassermanla ikinci dəfə ailə qurdu.

2023-cü ildə insult keçirib və artıq hərəkət və ünsiyyət imkanlarını xeyli itirib; Braziliyada müalicə və reabilitasiya alır. Buna baxmayaraq, yaxınları onun hələ də dünyadakı siyasi prosesləri izlədiyini bildirirlər.

Çomski həm humanitar, həm də sosial elmlərdə ən çox sitat gətirilən müasir müəlliflərdən biridir. 1980–1990-cı illərdə sitat indekslərində Shakespeare, Marks və Bibliya ilə yanaşı çəkilir.
O Kyoto mükafatı, Benjamin Franklin medalı, Helmholtz medalı, Erich Fromm mükafatı, Sidney Sülh Mükafatı kimi çoxsaylı beynəlxalq mükafatlar alıb;

ABŞ Milli Elmlər Akademiyası, Amerika İncəsənət və Elmlər Akademiyası, Britaniya Akademiyası da daxil olmaqla bir sıra nüfuzlu elmi qurumların üzvü və onlarla universitetin fəxri doktorudur.

Onun şərəfinə arı və qurbağa növləri, asteroid və bir sıra binalar adlandırılıb. Çomski, bir tərəfdən, dil və ağıl haqqında elmi inqilabın müəllifi, digər tərəfdən isə ABŞ-ın və Qərb güclərinin siyasətini kəskin tənqid edən, dünyadakı anti-kapitalist və anti-imperialist hərəkatlara güclü təsir göstərən intellektual sima kimi tarixə düşüb.

Məqalədə: #Noam Çomski: Müasir dilçiliyin atası və qlobal vicdanın səsi #Noam Çomski kimdir? Dilçiliyi dəyişən alim və imperiyaya meydan oxuyan intellektual #Müasir dil elmini yenidən yazan adam: Noam Çomskinin həyatı və ideyaları #Noam Çomski: Universal qrammatika #media tənqidi və imperiyaya qarşı söz mübarizəsi #Fəlsəfə #dilçilik və siyasət kəsişməsində: Noam Çomskinin dünya baxışı #Dünyanı başqa cür görməyi öyrədən professor: Noam Çomski haqqında bilmədikləriniz #İmperiyanın səsini susduran dilçi: Noam Çomski necə qlobal ikonaya çevrildi? #Noam Çomski #Noam Chomsky bioqrafiya #Noam Çomski kimdir və nə ilə məşhurdur #Azərbaycan oxucuları üçün Noam Çomski haqqında geniş məqalə #модель пропаганды СМИ #father of modern linguistics #who is Noam Chomsky and why is he important #诺姆·乔姆斯基 #诺姆·乔姆斯基是谁 他为什么重要 #Noam Chomsky #Noam Chomsky biyografi #Noam Chomsky kimdir ve neden önemlidir

Mövzu üzrə digər xəbərlər

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?
Ərəb idmançılar

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?

13:00
Fazil Küçük kimdir?
Tarixi şəxsiyyətlər

Fazil Küçük kimdir?

30 Avqust 13:25
İƏT-in yeni baş katibi İsmail Vələd Şeyx Əhməd kimdir?
Digər şəxsiyyətlər

İƏT-in yeni baş katibi İsmail Vələd Şeyx Əhməd kimdir?

27 Avqust 17:56
Fələstin sənətinin canlı yaddaşı Süleyman Mənsur kimdir?
Ərəb yazıçılar və filosoflar

Fələstin sənətinin canlı yaddaşı Süleyman Mənsur kimdir?

25 Avqust 10:10

Son Xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.