Birləşmiş Ərəb Əmirliklərinin Yanacaq Qiymətlərini Tənzimləmə Komitəsi 2026-cı ilin may ayı üçün benzin və dizel yanacağının yeni satış qiymətlərini rəsmən açıqlayıb. Yeni qiymətlər mayın 1-dən etibarən qüvvəyə minəcək.
ArabAZ xəbər verir ki, komitənin qərarına əsasən, may ayı üçün yanacaq qiymətləri aşağıdakı kimidir:
Super 98: hər litr üçün 3.25 AED
Special 95: hər litr üçün 3.14 AED
E-Plus 91: hər litr üçün 3.07 AED
Dizel: hər litr üçün 3.15 AED
BƏƏ-də yanacaq qiymətləri qlobal neft bazarındakı dalğalanmalara uyğun olaraq hər ayın sonunda yenidən nəzərdən keçirilir. Aprel ayı ilə müqayisədə qiymətlərdə cüzi dəyişikliklər müşahidə olunur ki, bu da beynəlxalq xam neft qiymətlərinin dinamikası ilə əlaqələndirilir. Qeyd edək ki, BƏƏ yanacaq qiymətlərini liberallaşdıran ilk Körfəz ölkələrindən biridir və bu sistem bazar şəffaflığını təmin etmək məqsədi daşıyır.

