Bazar ertəsi, 20 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Redaktorun seçimi » Əraqçidən etiraf – Ali Rəhbərin ofisində təhlükəsizlik boşluğu var

Əraqçidən etiraf – Ali Rəhbərin ofisində təhlükəsizlik boşluğu var

İyul 19, 2026 5:23 axşam
Paylaş
Paylaş

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, fevralın 28-də başlayan Amerika və İsrail hücumları hakimiyyətin ən yüksək səviyyələrində hələ də davam edən bir “təhlükəsizlik boşluğu”nun mövcudluğunu üzə çıxarıb. O qeyd edib ki, bu nüfuz etmə təkcə məlumatların sızdırılması ilə məhdudlaşmayıb. Bu problem həm də qərarların qəbul edilməsi prosesinə təsir göstərməyə qədər uzanıb. Eyni zamanda idarəetmə təsisatları daxilindəki psixoloji ab-havanı yönləndirməyə qədər genişlənib.

Əraqçi uzun bir mətbuat müsahibəsində qeyd edib ki, saniyələr ərzində 3 hücum baş verib. Bu hücumlar İranın Ali Rəhbəri ilə bağlı ofisləri və qərargahları özündə birləşdirən Pasteur bölgəsindəki “Rəhbərlik” kompleksini hədəf alıb.

O belə deyib: “Nüfuz etmə təkcə məlumat əldə etməklə məhdudlaşmır. Bu boşluq həm də qərar qəbulu prosesində və psixoloji ab-havanın yönləndirilməsində özünü göstərir”. O, “Beyt” kompleksinin bombalanmasının bir “təhlükəsizlik boşluğu” vasitəsilə həyata keçirildiyini bildirib. Nazir heç bir təfərrüat təqdim etmədən bu boşluğun “hələ də qaldığını” vurğulayıb.

Əhmədinejad “Məhv etmək” istədiyi İsrailin casusu çıxdı – şok detallar

Bu, Əraqçinin yerli media ilə apardığı və son müharibədən bəhs etdiyi ilk müsahibədir. Müsahibə “İslam İnqilabı Keşikçiləri Korpusu”na (SEPAH) yaxın olan sənədli film rejissoru Cavad Moğui ilə reallaşdırılıb. Moğui ötən il baş verən 12 günlük müharibədən sonra da bir sıra müsahibələr aparmışdı. Həmin görüşlərdə iştirak edən iranlı rəsmilərin bəziləri fevralda başlayan müharibədə həlak olublar. Onun rəsmi media tərəfindən dəstəklənən müsahibələri daxili ictimai rəyə xitab etmək məqsədi daşıyırdı. Həmçinin İran hakimiyyətinin müharibə, eləcə də onun siyasi və hərbi qərarları barədəki rəsmi narrativini möhkəmləndirməyə yönəlmişdi.

Əraqçi deyib: “Saniyələr ərzində komandanlıq kompleksinə 3 hücum baş verdi”. O qeyd edib ki, bu zərbələr eyni vaxtda üç mühüm iclası hədəf alıb. Bura Kəşfiyyat Nazirliyinin müavinlər şurasının iclası daxildir. Həmçinin İranın Ali Rəhbərinin ofisindəki Xarici Siyasət üzrə Strateji Şuranın iclası hədəf seçilib. Eyni zamanda Əli Şamxaninin rəhbərliyi ilə keçirilən müdafiə iclası da vurulub. Zərbələr həmçinin Ali Rəhbərin hərbi işlər üzrə köməkçisi Məhəmməd Şirazinin ofisinə dəyib. Ali Rəhbərin icraçı işlər üzrə köməkçisi Əli Əsgər Hicazinin ofisi də dağıdılıb.

Əraqçi hücum başlayan and Cenevrə danışıqları barədə hesabat təqdim etmək üçün Hicazinin ofisində olub. O, atmosferin əvvəlki gecədən etibarən danışıqlardan müharibəyə doğru dəyişdiyini izah etdiyini bildirib. Nazir “qəfildən hücumun orada başladığını” qeyd edib. Əraqçi əlavə edib ki, Hicazi “demək olar ki, dağıntılar altından” çıxarılıb. Onun taleyi ilə bağlı ilkin dövrdə ziddiyyətli xəbərlər yayılmışdı. Lakin sonradan Hicazi İranın Ali Rəhbərinin dəfn mərasimində görünüb.

O əlavə edib: “Onlar bu iclasların keçirilməsindən xəbərdar idilər. Bu fakt bəlkə də hələ tam şəkildə aradan qaldırılmayan bir təhlükəsizlik boşluğunun mövcudluğunu göstərir”. O davam edərək bildirib ki, bu boşluq təkcə nüfuz etmə və məlumatlara çıxış əldə etməklə məhdudlaşmır. Bu problem həm də ölkənin qərar qəbulu proseslərinin idarə olunmasında mövcuddur. Eyni zamanda ölkənin psixoloji ab-havasının yönləndirilməsində də özünü göstərir.

Əraqçi bildirib ki, İran bu müharibəyə strateji baxımdan hazırlıqsız yaxalanmamışdı. Lakin ölkə xüsusilə rəsmilərin qorunmasında “taktiki sürprizlərə” məruz qalıb. O əlavə edib: “Özümüzü, xüsusilə də rəsmiləri qorumaq məsələsində müəyyən dərəcədə zəiflik göstərdik “.

Əraqçi müharibənin yenidən başlamasını ABŞ və İsrailin “hesablama səhvi” adlandırdığı amillə əlaqələndirib. Bu səhv Livandakı hadisələrdən sonra yaranıb. Həmçinin Həsən Nəsrullahın öldürülməsi və Suriya rejiminin süqutundan sonra bu təsəvvür güclənib. Qarşı tərəf İranın zəiflədiyini zənn edib. Onun regional çəkindiricilik qabiliyyətini itirdiyi qənaətinə gəlib.

O, Hörmüz boğazının bağlanmasının müharibədən əvvəl hazırlanan planın bir hissəsi olduğunu qeyd  edib. “Əgər komandanlıq hədəf alınardısa, boğazın dərhal bağlanması öncədən planlaşdırılmışdı”.-deyə bildirin nazir əlavə edib ki, İranın Ali Rəhbərinin hədəf alınması ssenarisi “110” şifrəsini daşıyırdı. Aidiyyəti rəsmilər bu kodun nə demək olduğunu dəqiq bilirdilər.

Əraqçi danışıqlar zamanı Amerikanın nümayəndəsi Stiv Vitkoffa dediklərini də qeyd edib: “Siz heç hər an bombalana biləcək bir iclasda iştirak etmisinizmi? Bizimlə fərqli şəkildə danışmalısınız. İranlıları nə təhdid edə bilərsiniz, nə də onlara şirnikləndirici təkliflər verə bilərsiniz”.

Müharibənin yenidən başlamasının səbəbləri

O bildirib ki, qarşı tərəf Tehranın bu geriləməni “nüvə çəkindiriciliyi” vasitəsilə kompensasiya edəcəyini güman edirdi. Buna görə də İranın bu mərhələyə çatmazdan əvvəl qarşısını almaq qərarına gəldi. Onun nüvə obyektlərini məhv etmək addımını seçdi. O əlavə edib ki, İsrail “məsələni həll etmək vaxtının gəldiyini” gördü. Bu əsasla 2025-ci ilin iyun ayında 12 günlük müharibəyə daxil oldu.

Əraqçi diqqətə çatdırıb ki, İranın zəiflədilməsi və zənginləşdirmənin dayandırılması tələbi həmin müharibədən əvvəl tamamilə irəli sürülmüşdü.

“Onların qanunsuz və əsassız olan sıfır zənginləşdirmə tələbi qarşısında müqavimət göstərdik və tab gətirdik. Onlar danışıqlar yolu ilə öz tələblərinə nail ola bilməyəcəklərini gördükdə müharibəyə başladılar”.-deyə nazir qedy edib.

O əlavə edib ki, Tehran nüvə obyektlərinin zərər görməsinə baxmayaraq, uzun illər boyu zənginləşdirmənin dayandırılmasını rədd edib. Çünki bunun qəbul edilməsi düşmənə müharibə aparmağa icazə vermək mənasına gəlirdi. Həmçinin düşmənin öz tələblərini asanlıqla əldə etməsi demək idi. “Bədəli müharibə olsa belə, danışıqlarda tab gətirdik və dayandıq”.- deyə, o qeyd edib.

O qeyd edib ki, İran zənginləşdirmənin əsl hüququnu saxlamaq niyyətində idi. Bununla yanaşı, zənginləşdirmə səviyyəsi və nüvə materiallarının istifadəsi ilə bağlı məhdud tənzimləmələr təklif edib.

Əraqçi bildirib ki, İran rəhbərliyi hətta danışıqlar zamanı belə müharibənin yenidən başlamasını gözləyirdi. Danışıqlara qayıtmaqda məqsəd kompromisə nail olmaq ehtimalını yoxlamaq idi. Həmçinin Tehranın qarşıdurmadan əvvəl diplomatik yolu sınadığını nümayiş etdirmək məqsədi daşıyırdı.

O davam edərək bildirib ki, danışıqlarla bağlı qərarlar xüsusi komitə daxilində müzakirə olunurdu. Bu struktur Ali Milli Təhlükəsizlik Şurasının katibliyinə tabe idi. Həmin qurum sonradan “Altılıq Komitəsi”nə çevrilmişdi. Ona Ali Rəhbərin keçmiş müşaviri Əli Şamxani rəhbərlik edirdi. Daha sonra isə Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi Əli Laricani bu vəzifəni icra edib. Əraqçinin sözlərinə görə, onun qərarları Ali Milli Təhlükəsizlik Şurasının qərarlarının keçdiyi eyni hüquqi yoldan keçirdi.

Əraqçi qeyd edib ki, İsrailin qiymətləndirməsində nüvə məsələsi müharibənin yeganə məqsədi deyil. Bu iddia bəlkə də daha geniş bir strateji məqsəd üçün “örtük” rolu oynayırdı.

O bu kontekstdə əlavə edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu 12 günlük müharibədən bəri xüsusi bir hədəfdən danışırdı. Bu hədəf “İslam Respublikasını sıradan çıxarmaqdan” ibarət olan “yarımçıq qalmış bir iş” idi. Nazir vurğulayıb ki, İsrail ABŞ Prezidenti Donald Trampı tamamilə inandırmışdı. Onlar İranın zəifliyinin pik həddinə çatdığını iddia edirdilər. Müharibənin iki və ya üç gün ərzində asanlıqla həll edilə biləcəyini deyirdilər.

Beyrut və Bağdadın dövlət qərarları – şiə hilalının süqutu

Yanvar etirazları

Əraqçi bildirib ki, yanvarın 8-i və 9-da Tehranı sarsıdan etirazlar ABŞ və İsraili hərəkətə keçirdi. Onlar müharibənin sosial zəmininin artıq tam hazır olduğuna inanmağa başladılar. O, hakimiyyət orqanlarının etirazların miqyasına və ya sürətlə yayılmasına hazır olmadığını etiraf edib. Nazir deyib: “Biz qəbul etməliyik ki, zəif nöqtələrimiz var“.

Lakin o iddia edib ki, etirazlar sonradan “xarici sui-qəsd“ə çevrilib. Bu zaman ölkəyə silahlar və təlim keçmiş ünsürlər daxil olub. Onlar ölənlərin sayını artırmaq məqsədi güdürdülər. ABŞ-ni hərbi müdaxiləyə sövq etmək üçün qüvvələrə və insanlara atəş açıblar.

O bildirib ki, bu hadisələr qarşı tərəfdə yanlış inam yaratdı. Onlar sistemin sosial kapitalının tamamilə bitdiyini zənn etdilər. İranlıların xarici hücumu dəstəkləmək üçün küçələrə axışacağı inamına qapıldılar.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

İran

Danışıqlara hazırıq – İran

Müəllif:
mail.azerpress@gmail.com
Redaktorun seçimi

Qətər gələcəyə milyonlarla yatırım etdi

Müəllif:
ArabAZ News
MisirRedaktorun seçimiŞimali Afrika

Misir “Yeni Delta” layihəsinə start verdi

Müəllif:
ArabAZ News
İran

İranın bəzi vilayətlərində imtahanlar ləğv edilib – Nazilrik

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.