Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

Zəvvarlar bu qaydalara riayət etməlidir

Aprel 22, 2026 7:10 səhər
Paylaş
Paylaş

Səudiyyə Ərəbistanı bu ilki Həcc mövsümü üçün bütün hazırlıqlarını tamamlayıb. Dünyanın müxtəlif yerlərindən gələn zəvvarların şənbə günündən etibarən ölkəyə daxil olması gözlənilir. Krallıq zəvvarların ibadətlərini rahat və təhlükəsiz şəkildə yerinə yetirmələri üçün inteqrasiya olunmuş xidmətlər paketini işə salıb.

ArabAZ xəbər verir ki, Səudiyyə Ərəbistanı Pasportlar Baş İdarəsi bu gün yaydığı bəyanatda bütün beynəlxalq hava, quru və dəniz limanlarının zəvvarları qəbul etməyə hazır olduğunu, prosedurların operativ və rəvan şəkildə həyata keçiriləcəyini təsdiqləyib.

Texnoloji dəstək və inteqrasiya olunmuş xidmətlər

İdarə zəvvarların ölkəyə girişini asanlaşdırmaq üçün bütün imkanların səfərbər edildiyini bildirib. Buraya limanlardakı platformaların ən müasir texnoloji cihazlarla təchiz edilməsi və müxtəlif dillərdə danışan ixtisaslı kadrların cəlb olunması daxildir.

Şənbə günü ilk zəvvar reysinin enişi ilə birlikdə, rəhbərliyin göstərişinə uyğun olaraq qonaqlara təhlükəsiz və asan təcrübə yaşatmaq üçün tam mütəşəkkil sistem fəaliyyətə başlayacaq. Uçuşların axını mayın 18-nə (Zilhiccə ayının əvvəlinə) qədər davam edəcək.

Zəvvarlara dair təlimatlar və “Nusuq” kartı

Həcc Nazirliyi zəvvarlara müxtəlif dillərdə hazırlanan rəqəmsal maarifləndirici vəsaitlərdən istifadə etməyi tövsiyə edib.

Nazirlik zəvvarları aşağıdakı qaydalara əməl etməyə çağırıb:

Uçuş vaxtlarına ciddi riayət etmək və az baqajla səyahət etmək;
Yüksək məbləğdə pul və ya xüsusi dərmanlar barədə gömrük bəyannaməsi vermək;
Səyahət sənədlərini və vizanı hazır saxlamaq;
Tibbi reseptləri və hesabatları özü ilə götürmək.

Nazirlik bu il də “Nusuq” (Nusuk) kartının tətbiqini davam etdirir. Həm fiziki, həm də “Nusuk” və “Tawakkalna” tətbiqlərində rəqəmsal formada mövcud olan bu kart zəvvarlara geniş xidmətlər spektrindən yararlanmaq imkanı verir.

“Baqajsız hacı” təşəbbüsü

Zəvvarların rahatlığını təmin etmək üçün “Baqajsız hacı” xidməti də təklif olunur. Bu xidmət vasitəsilə zəvvarlar öz əşyalarını ölkələrindən birbaşa Məkkə və ya Mədinədəki yaşayış yerlərinə göndərə, Həcc ziyarəti bitdikdən sonra isə təkrar geri şaxın edə bilərlər. Bu təşəbbüs zəvvarın ağır yük daşımadan daha rahat hərəkət etməsini, baqajın təhlükəsizliyini və izlənilməsini təmin edir.

Təyyarə ilə səyahət edənlərə isə tövsiyə olunur ki, əgər birbaşa Məkkəyə gedirlərsə, təyyarəyə minməzdən əvvəl ehram geyinsinlər və mikat həddindən keçərkən niyyət edib “təlbiyə” duasını oxumağa diqqət yetirsinlər.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Digər xəbərlərRedaktorun seçimi

Psixoloji risklər hər il 840 min can alır

Müəllif:
ArabAZ News
Redaktorun seçimi

Qətər Əmiri yüzlərlə məzununu mükafatlandırdı

Müəllif:
mail.azerpress@gmail.com
Arab+ArabShowRedaktorun seçimi

Bu Qətər filmləri 2026-cı il Kann Film Festivalında iştirak edəcək

Müəllif:
ArabAZ News
BƏƏKüveytOmanQətərRedaktorun seçimiSəudiyyə Ərəbistanı

Məhəmməd bin Salman Körfəz liderlərini topladı

Müəllif:
ArabAZ News
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.