Bağdad,ArabAZ

İran prezidenti Məsud Pezeşkian ilk rəsmi xarici səfəri üçün İraqa gedib.ArabAZ xəbər verir ki,bu haqda yarı rəsmi İran Tələbələr Xəbər Agentliyi məlumat verib. Pezeşkianın İraqa səfəri zamanə ölkə rəsmiləri ilə görüşəyəzi bildirilir.
Qeyd edək ki, İraqda İranla müttəfiq olan bir neçə partiya və silahlı qruplaşma var. 2003-cü ildə ABŞ-ın başçılıq etdiyi işğal onun düşməni Səddam Hüseyni devirdikdən sonra Tehran İraqda təsirini artırmağa çalışır.
İran rəsmi mediasına görə, səfərdən əvvəl nisbətən mötədil Pezeşkian deyib: “Biz bir sıra sazişlər imzalamağı planlaşdırırıq”. “Biz Bağdadda İraqın yüksək səviyyəli rəsmiləri ilə görüşəcəyik”.

Bağdad həm də Vaşinqtonun yaxın müttəfiqidir.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version