Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

İraq millisi DÇ-2026-ya hazırlaşır-İlk rəqib Andorra olacaq

May 5, 2026 10:22 səhər
Paylaş
Paylaş

İraq milli komandası 2026-cı il Dünya Çempionatının finallarına hazırlıq mərhələsinə start verir. “Mesopotamiya aslanları” bu ayın sonunda İspaniyada keçiriləcək təlim-məşq toplanışı çərçivəsində Andorra yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

ArabAZ xəbər verir ki, İraq Futbol Federasiyasının rəsmi saytının yaydığı məlumata görə, federasiya rəhbəri Adnan Dirjal və onun andorralı həmkarı Feliks Alvares yoldaşlıq oyununun keçirilməsi ilə bağlı bütün detalları razılaşdırıblar. Bu razılıq Kanadanın Vankuver şəhərində keçirilən FİFA-nın 76-cı Konqresi çərçivəsində baş tutan görüş zamanı əldə olunub.

İraq və Andorra yığmaları arasındakı qarşılaşma mayın 29-da baş tutacaq. Bu oyun İraq millisinin mayın 18-də start götürəcək və iyunun 5-nə qədər davam edəcək İspaniya toplanışının bir hissəsidir.

Andorra ilə oyun İraqın dünya çempionatına hazırlıq proqramının ilk mərhələsi hesab olunur. Bu oyundan sonra, iyunun 4-də İraq millisini daha bir ciddi sınaq — İspaniya yığması ilə yoldaşlıq görüşü gözləyir.

Xatırladaq ki, “Mesopotamiya aslanları” 2026-cı il Dünya Çempionatında “I” qrupunda yer alıblar. İraq millisi bu qrupda Fransa, Seneqal və Norveç yığmalarına qarşı mübarizə aparacaq.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Arab SportArab+

Dohada “Hathab” turunda qaliblər bəlli oldu

Müəllif:
ArabAZ News
Arab SportArab+

Sənə söz vermişdim-ən gözəl eşq mahnısı

Müəllif:
mail.azerpress@gmail.com
صورة جماعية للاعبي نادي الاتحاد الليبي (winwin)
Arab SportArab+

Liviya kubokunda erkən final

Müəllif:
ArabAZ News
Arab SportArab+

Dünya Çempionatında ərəb azarkeşləri nə gözləyir

Müəllif:
ArabAZ News
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.