İraq Respublikasının Baş naziri Əli Faleh əl-Zeydi bu gün səhər saatlarında qardaş Qətər dövlətinə işgüzar səfərə gəlib. ArabAZ xəbər verir ki, onun rəhbərlik etdiyi nümayəndə heyəti paytaxt Dohaya çatıb.
Baş naziri və onu müşayiət edən şəxsləri Doha Beynəlxalq Hava Limanında Qətərin xarici işlər naziri yanında dövlət naziri Məhəmməd bin Əbdüləziz bin Saleh əl-Xuleyfi qarşılayıb. Qarşılama mərasimində İraqın Qətərdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Cəfər əs-Sədr də iştirak edib.

