Beyrut,ArabAZ

İsrail ordusu bu gün (bazar ertəsi) “91-ci Qaliley” diviziyasının dünən Livanın cənubunda məhdud və hədəfli quru əməliyyatına başladığını, Hizbullah isə “İsrail təcavüzünü dəf etməyə davam edəcəyini, bildirib.

ArabAZ xəbər verir ki, İsrail ordusunun sözçüsü Avichai Adraee, “X” platformasındakı bir yazıda, “3-cü Ehtiyat Briqada, 8-ci Ehtiyat Briqada və 228-ci Şimali Nahal Briqadasının daxil olduğu diviziya Livanın cənubunda məhdud və hədəfli quru əməliyyatı keçirdi”-deyə açıqlama verib.

O qeyd edib ki, “müharibənin əvvəlindən Qaliley diviziyası Livanın cənubundakı düşməni və onun infrastrukturunu havadan və qurudan hədəfə almaq üçün bir çox hücum əməliyyatlarına uyğun olaraq müdafiə döyüşü aparır”.

Öz növbəsində, Hizbullah bu gün, 7 oktyabr hücumunun birinci ildönümündə, məruz qaldığı “ağır itkilərə” baxmayaraq, “İsrail təcavüzünü dəf etməyə” davam edəcəyini söylədi və İsraili bölgədə “xərçəng ” olaraq xarakterizə edib.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version