DƏMƏŞQ,ArabAZ

İsrail hərbi hava qüvvələrinin bu gün səhər saatlarında Hələb və İdlib şəhərılərinin bəzi bölgələrini bombalayıb.
ArabAZ xəbər verir ki, bombardman nəticəsində ilkin mılumatlara görə,Əsəd rejiminin onlarla əsgəri həlak olub.
Ölənlərinin sayının daha çox olduğu, lakin rejimin bu sayı gizlətdiyi ehtimal olunur.

Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, İsrail reydləri İran İnqilabı Keşikçiləri Korpusunun üzvləri və Tehrana sadiq radikal şiə qrupların olduğu Əl-Safira şəhərində rejim qüvvələrinə aid hərbi sənaye və elmi tədqiqat fabriklərini hədəf alıb.

İsrail illərdir Suriyada İranla əlaqəli hədəflərə hücumlar edir, lakin ötən il oktyabrın 7-də HƏMAS hərəkatının İsrailə etdiyi hücumdan sonra İsrailin Suriyaya hücümları intensivləşib.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version