Cümə axşamı, 23 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Təhlil » İsraildə yüksələn dini radikalizm və qadağan olunan siyasi islam

İsraildə yüksələn dini radikalizm və qadağan olunan siyasi islam

İyul 23, 2026 3:37 səhər
Paylaş
Paylaş

İsraildə seçki kampaniyaları keçən cümə günündən start götürdü. Knesset özünü buraxaraq müxtəlif dini və siyasi partiyalar, cərəyanlar arasında seçki mübarizəsinin başladığını elan etdi. Bu mübarizə bu ilin oktyabr ayının sonuna qədər davam edəcək. Həmin vaxt israil seçicisi növbəti mərhələdə ölkəyə kimin rəhbərlik edəcəyinə, yenidən həmin radikal sağçı qüvvələri seçəcəyinə, yoxsa daha az radikal və daha az zərərli siyasi qüvvələrə üstünlük verəcəyinə qərar verəcək.

İsraildə erkən seçkilər radikal sağın və “siyasi yəhudilik” cərəyanının təsiri altında keçir. İranla münaqişə və regional böhran fonunda yeganə çıxış yolu dini siyasətdən imtina etməkdir.

Məntiq israil seçicisindən siyasi xəttini və kursunu dəyişməyi tələb edir. Çünki radikal sağçılar öz siyasətləri ilə nə onun arzuladığı təhlükəsizliyi, nə də çatmaq istədiyi çiçəklənən iqtisadiyyatı təmin edə bildi. Əksinə, onların bir neçə lideri Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışa verildi ki, bu da onların milli tarixində bir ilkdir. Dünyada, xüsusən də ABŞ və Avropada İsrailə olan xalq rəğbətinin kəskin azalmasını demirik. Bütün bunlar məntiqi olaraq seçicinin ölkənin siyasi yönümünü dəyişməsini, yenidən gərginliyi azalda, rifah yarada və cəmiyyəti son aylarda yaşadığı qorxu və vahimə vəziyyətindən çıxara biləcək partiya qüvvələrini axtarmasını tələb edir.

İsraildə Bennett–Lapid ittifaqı nə anlama gəlir?

Lakin seçki sorğularının əksər göstəriciləri bunun əksini göstərir. Aydın görünür ki, “siyasi yəhudilik” yəhudi cəmiyyətində dərin kök salıb. Bu cəmiyyət iki yerə bölünür: haredimlərin təmsil etdiyi dini sağçılar və dini sionizmin təmsil etdiyi radikal dini sağçılar. Vaxtilə sülh prosesinə rəhbərlik etmiş sol və mərkəz-sol partiyalar isə gözəçarpan dərəcədə zəifləyib.

Bu iki sağçı cərəyan arasındakı fərq başqalarına münasibətdə özünü göstərir. Haredimlər (istər şərq “sefardlar”, istərsə də qərb “aşkenazlar”) dövlətin hazırkı və gələcək siyasi taleyini düşünmədən, yalnız xalis dini tələblərini yerinə yetirməyə üstünlük verirlər. Buna görə də dini istəkləri təmin olunduğu təqdirdə, regionda sülhü bərqərar edə biləcək hər hansı siyasi layihəyə tam qarşı çıxmırlar.

Dini sionizm tərəfdarları isə başqalarını inkar edən, onlara qarşı en amansız üsullardan istifadə edən, məskunlaşma dairəsini genişləndirən, fələstinliləri İordan çayının qərb sahili və Qəzzadan köçürməyə çalışan, hətta Tövrat İsrailini reallaşdırmaq kimi böyük məqsədlərinə çatmaq üçün İsrail dövlətinin sərhədlərini genişləndirməyə çalışan təcridedici dini, siyasi və sosial layihə həyata keçirirlər. Bu, onların hazırkı davranışlarından, Qəzza zolağındakı soyqırımı cinayətləri, İordan çayının qərb sahilindəki fələstinli kəndlərinin sistemli mühasirəsi kimi beynəlxalq aləmdə cinayət sayılan bir çox əməllərindən, eləcə də hökumətdəki nümayəndələri – nazir Smotriç, Ben-Qvir, Netanyahunun və başqalarının fəaliyyətindən aydın görünür.

Hizbullah sadəcə Livanın yox, bütün ərəb dünyasının problemidir

İndi anlayışlar müstəvisində köklü bir dəyişikliklə üz-üzəyik. Ərəb dünyası siyasi islam partiyaları ilə mübarizə apardığı və onları qanunla qadağan etdiyi bir vaxtda, İsraildə dini sionizmin simasında “siyasi yəhudilik” dəstəklənir. Bu cərəyan ABŞ-dakı neokonservativlərdən (istər evangelistlər, istərsə də başqaları) dəstək alır. Onlar İsrailə dəstəyi siyasi deyil, dini baxımdan verirlər. Bu ilin əvvəlində İran-Amerika-İsrail müharibəsi başlayarkən şahzadə Türki əl-Feysəlin “CNN”ə müsahibəsində xəbərdarlıq etdiyi və fəsadlarını bu gün də yaşadığımız faciə məhz budur.

  • Uber Səudiyyənin qida çatdırılması bazarını ələ keçirir
  • Ərəb caz sənəti: Şərq məqamları ilə Qərb ritmlərinin sintezi
  • Qatar Airways Bəhreyn, Küveyt və Ərbilə uçuşları dayandırıb
  • Liviyada küçədə qamçılanan qadın etiraza səbəb olub – video
  • Lidd hücumunun icraçısı Kozo Okamoto Beyrutda vəfat etdi

Hazırkı baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi radikal sağçılar fevral ayının sonunda İranı hədəf almaqla bu müharibənin fitilini atəşlədilər, ABŞ-ı öz yanlarına çəkə bildilər və Körfəz Əməkdaşlıq Şurası ölkələrini də bu münaqişəyə cəlb etməyə çalışdılar. İstədiklərinə nail olduqdan sonra isə öz əlləri ilə alovlandırdıqları müharibə ocağında regionu tək qoyub geri çəkildilər. Lakin Səudiyyə Ərəbistanı, Qətər, Oman və Şuranın digər ölkələri İsrailin məqsədini anladıqları üçün bu cəhd boşa çıxdı. İsrail az sonra ABŞ-ı da İranla təkbətək qoyub geri çəkildi. İran isə, təəssüf ki, ABŞ bazaları ilə mübarizə adı altında ərəb körfəzi ölkələrinə və İordaniyaya hücum etməyə davam etdi. O, İsrailin ən böyük ABŞ bazası olduğunu və müharibə alovunu yandıranın, onların “alilərini” və yüksək rütbəli komandirlərini öldürənin məhz İsrail olduğunu unutdu.

Bu kontekstdə İsrail seçkilərinin ərəb şərqinin ən ağır siyasi və təhlükəsizlik vəziyyətində olduğu bir vaxta təsadüf etməsi təəssüf doğurur. İraq böhrandan çıxa bilməyib, Suriya yaralarını sarımaq və varlığını qorumaq üçün var gücü ilə çalışır, Körfəz ölkələri müsəlman qonşularının təcavüzünə qarşı səbir nümayiş etdirir, İordaniya və Misir iqtisadi imkanlarını yeniləməklə məşğuldur. Səudiyyə Ərəbistanı isə bir əli ilə məşəli uca tutur, digər əli ilə kömək edir, dəf edir və bütün regionu böhranların yükündən çıxaracaq inkişaf layihəsi qurmaq üçün yol açır. Təcrübə isə göstərir ki, nə İsraildə nə də əeə dünyasında dini xarakterli hər hansı siyasi cərəyanın gələcəyi yoxdur.

Digər təhlillər

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Redaktorun seçimiTəhlil

Qadınlar niyə uşaq dünyaya gətirməkdən imtina edir?

Müəllif:
ArabAZ News
Ərəb siyasətçilərKim-kimdirPrezidentlərRedaktorun seçimi

Müasir Qətərin memarı-Əmir Şeyx Həməd bin Xəlifə Al Sani

Müəllif:
ArabAZ News
BƏƏRedaktorun seçimi

Azərbaycan və BƏƏ əməkdaşlıq planlarını yenilədi

Müəllif:
ArabAZ News
LivanSuriyaTəhlilYaxın Şərq

Suriya ordusu Hizbullaha qarşı göndərilə bilərmi?

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.