Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

Laziqiyyə limanıdan Avropaya ilk avtomobil tranziti başladı

Bu proses ötən ilin sonunda tamamlanan genişmiqyaslı modernizasiya işlərinin nəticəsidir və Laziqiyyə limanını regionun əsas logistik mərkəzlərindən birinə çevirməyi hədəfləyir.

Aprel 29, 2026 4:54 axşam
Paylaş
Paylaş

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gələrək Nəsib sərhəd keçid məntəqəsi vasitəsilə Suriyaya daxil olan 200-dən çox avtomobilin Avropa bazarlarına daşınması üçün Laziqiyyə limanında gəmilərə yüklənməsinə başlanılıb.

ArabAZ xəbər verir ki, bu haqda Suriyanın SANA agentliyi məlumat verib. Bu addım Suriya limanlarının logistik fəaliyyətindəki kəskin artımın və strateji əhəmiyyətinin göstəricisi kimi qiymətləndirilir.

Körfəz-Avropa xəttində strateji marşrut

Ərəb Körfəzi ölkələrini Suriya üzərindən Avropaya bağlayan inteqrasiya olunmuş tranzit marşrutu çərçivəsində İspaniya və Belçika da daxil olmaqla müxtəlif Avropa ölkələrinə 200-dən çox nəqliyyat vasitəsi yola salınır. Laziqiyyə Limanı Anbar İdarəsinin müdiri Məhəmməd Əbdürrəhman bildirib ki, bu, sözügedən marşrut üzrə limanda həyata keçirilən ilk bu növ yükləmə əməliyyatıdır. O, bu əməliyyatın Laziqiyyə limanını beynəlxalq ticarət dövriyyəsində perspektivli loqistik mərkəz kimi ön plana çıxardığını vurğulayıb.

Tranzit trafiki şaxələnir

Limanın texniki imkanlarının və heyətinin yükləmə proseslərini səmərəli şəkildə idarə etdiyini qeyd edən Əbdürrəhman, hərəkətliliyin təkcə avtomobillərlə məhdudlaşmadığını bildirib. Hazırda İraq və BƏƏ-dən gələn yanacaq daşımaları, eləcə də müxtəlif növ məhsullar limanın tranzit imkanlarına daxil edilib.

Yeni daşıma xətləri və 4 min avtomobillik sifariş

Ərəb Nəqliyyat Şirkətinin baş direktoru Abdulla əl-Nablusi limanın cəlbediciliyini artırmaq üçün yeni dəniz xətlərini şəbəkəyə əlavə etdiklərini bildirib. Türkiyə mərkəzli “Sidra Line” və bəzi Çin gəmiçilik xətlərinin dövrəyə girməsi ilə qlobal ticarət yollarındakı aksamalara qarşı praktiki alternativlər təqdim etdiklərini deyən əl-Nablusi: “Gəmi sahiblərini Laziqiyyə limanının etibarlı xidmət təqdim etdiyinə inandırdıq. Hazırda Körfəz ölkələri ilə Avropa və Şimali Afrika limanları arasında hərəkət edəcək 6 gəmi və 4 mindən çox avtomobil üçün rezervasiya mövcuddur”, – deyə qeyd edib.

İqtisadiyyata birbaşa töhfə və infrastrukturun yenilənməsi

Əl-Nablusi vurğulayıb ki, tranzit əməliyyatları gəmi rüsumları, anbar və logistik xidmətlər vasitəsilə dövlət xəzinəsinə birbaşa gəlir gətirməklə yanaşı, sərhəd keçid məntəqələri ilə bağlı olan quru yolu nəqliyyatını da canlandırır. Bu proses ötən ilin sonunda tamamlanan genişmiqyaslı modernizasiya işlərinin nəticəsidir və Laziqiyyə limanını regionun əsas logistik mərkəzlərindən birinə çevirməyi hədəfləyir.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

QətərSuriyaYaxın Şərq

Qətərin daxili işlər naziri suriyalı həmkarı ilə görüşüb

Müəllif:
ArabAZ News
LivanSuriya

Suriya və Livan investisiya sahəsində razılaşdı

Müəllif:
mail.azerpress@gmail.com
Digər xəbərlərFələstinRedaktorun seçimiSuriyaYaxın Şərq

Bu gün Altıgünlük müharibə başladı

Müəllif:
mail.azerpress@gmail.com
Suriya

Suriya enerji tranzit mərkəzinə çevrilə bilərmi?

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.