Cümə axşamı, 25 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

Məkkədə nəhəng şəhərsalma layihəsinə strat verildi

İyun 25, 2026 7:12 səhər
Paylaş
Paylaş

“Məkkə Şəhəri və Müqəddəs Məkanlar üzrə Kral Komissiyası” müqəddəs şəhərdə şəhərsalma və infrastrukturun inkişafı proqramının yeni mərhələsinə start verib. Səudiyyə Ərəbistanı Rəsmi İnformasiya Agentliyinin (WAS) məlumatına görə, bu mərhələ çərçivəsində müqəddəs paytaxtda həyat keyfiyyətini yüksəltmək və investisiya cəlbediciliyini artırmaq məqsədilə irəliləyiş sazişləri imzalanıb və yeni layihələr elan edilib.

ArabAZ xəbər verir ki, yeni mərhələ Məkkənin mərkəzində və ətrafında yerləşən 7 fərqli ərazini əhatə edir. Belə ki, “Cürhüm əl-Cənubiyyə”, “Əl-Həclə”, “Əl-Xalidiyyə”, “Şərqi Hindaviyyə”, “Cənubi Hindaviyyə”, “Qərbi Hindaviyyə” və “Əz-Zühur”. Ümumilikdə 4,4 milyon kvadratmetrdən çox sahəni əhatə edən bu yenidənqurma işlərinə 16,3 milyard riyaldan (təxminən 4,3 milyard dollar) çox investisiya yönəldiləcək.

“Vision 2030” və 30 milyon zəvvar hədəfi

Bu irihəcmli layihələr Məkkə şəhərinin qəbuletmə imkanlarını genişləndirmək, həmçinin hacı və ümrə zəvvarlarının gediş-gəliş şəraitini yaxşılaşdırmaq məqsədi daşıyan “Səudiyyə Ərəbistanı Vision 2030” proqramının tərkib hissəsidir. Bu çərçivədə Məkkədə mərkəzi zonada nəqliyyat, bütöv infrastruktur və daşınmaz əmlak layihələri ilə yanaşı, “Kral Salman qapısı” kimi strateji obyektlərin inşası da davam etdirilir.

Səudiyyə Ərəbistanı 2030-cu ilə qədər xaricdən gələn ümrə zəvvarlarının sayını illik 30 milyon nəfərə çatdırmağı hədəfləyir. Bu artım gözlənilən tələbatı qarşılamaq üçün daşınmaz əmlak, otelçilik və ticarət sahələrində təkliflərin artırılmasını iqtisadi və struktur baxımından zəruri edir.

İnvestisiya mühitinin gücləndirilməsi

Kral Komissiyasının çərşənbə günü verdiyi bəyanatda qeyd olunur ki, layihələr ilkin statuslu məhəllələrin modernləşdirilməsi, şəhər mühitinin səmərəliliyinin artırılması və yerli şirkətlərlə tərəfdaşlıq vasitəsilə daha cəlbedici, dayanıqlı investisiya mühitinin yaradılması hədəflərinə xidmət edir.

Kral Komissiyasının bəyanatına əsasən, layihələrin icrasını Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən ibarət konsorSiumlar (müttəfiqliklər) həyata keçirəcək:

“Cürhüm əl-Cənubiyyə” layihəsi: “Maad International” və “Al Rajhi Real Estate Union” birgəliyi.

“Əl-Həclə” layihəsi: “Zood Al Oula Real Estate”, “Muhammad Abdulaziz Al Habib & Sons Holding” və “Jadwa Investment” konsorSiumu.

“Əl-Xalidiyyə” layihəsi: “Laden Investment” və “Al Ayuni Investment and Contracting” tərəfdaşlığı.

“Şərqi Hindaviyyə” layihəsi: “Al Jada Al Oula Real Estate Development”, “Dar Al Majid Real Estate”, “Rikaz Real Estate” və “Jadwa Investment” ittifaqı.

“Cənubi və Qərbi Hindaviyyə” layihələri: “Umm Al Qura for Development and Construction”, “Makkah Construction and Development” və “Al Rajhi Real Estate Union” konsorSiumu.

“Əz-Zühur” layihəsi: “Tavafuq” və “Muton” şirkətləri tərəfindən icra olunacaq.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Redaktorun seçimiSəudiyyə Ərəbistanı

Səudiyyə Həcc modelini kökündən yenilədi

Müəllif:
mail.azerpress@gmail.com
Səudiyyə Ərəbistanı

Körfəzdə sukuk emissiyası artdı – Səudiyyə liderdir

Müəllif:
ArabAZ News
Səudiyyə Ərəbistanı

Riyadh Air beş yeni istiqamətə uçacaq

Müəllif:
ArabAZ News
Səudiyyə Ərəbistanı

Səudiyyə BƏƏ-yə olan dron hucumlarını pisləyib

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.