Səudiyyə Ərəbistanının İslam İşləri, Dəvət və İrşad naziri Şeyx Dr. Əbdüllətif Al əl-Şeyx rəqəmsal hökumət xidmətlərinin genişləndirilməsi səylərinin bir hissəsi olaraq nazirliyin rəqəmsal “Yeni Müsəlman” kartı xidmətini istifadəyə verib.
ArabAZ xəbər verir ki, yeni xidmət İslam dinini qəbul etmək üçün müraciət edən şəxslər üçün prosesin bütün mərhələlərini avtomatlaşdırır və müraciətlərin təqdim edilməsindən təsdiqlənməsinə qədər elektron qaydada həyata keçirilməsinə imkan yaradır.
Nazirlik bildirib ki, rəqəmsal kart “Tawakkalna” tətbiqi ilə inteqrasiya olunub. Təsdiqdən dərhal sonra tətbiqdə əlçatan olan kart Səudiyyə Məlumat və Süni Intellekt Qurumu (SDAIA) ilə inteqrasiya vasitəsilə istifadəçilərə ona elektron qaydada daxil olmaq və doğrulamaq imkanı verir.
Layihə, həmçinin məlumatların keyfiyyətini yaxşılaşdırmaq, planlaşdırma və qərarqəbuletmə proseslərini dəstəkləmək üçün dəqiq hesabatlar və statistikalar formalaşdırmaq məqsədi daşıyır.
Hər bir rəqəmsal kartda aidiyyəti qurumlara onun həqiqiliyini doğrulamağa və rəsmi olaraq İslam İşləri Nazirliyi tərəfindən verildiyini təsdiqləməyə imkan verən QR kod yer alır.

