Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

MENA iqtisadiyyatına yön verən 6 nüfuzlu qadın CEO

May 11, 2026 2:02 axşam
Paylaş
Paylaş

Yaxın Şərq və Şimali Afrika (MENA) regionunda altı qadın rəhbər ümumi bazar dəyəri 173,3 milyard dollar olan ən iri şirkətlərə başçılıq edir. Enerji, bankçılıq, səhiyyə və investisiya kimi mühüm sektorlarda fəaliyyət göstərən bu şirkətlər regionun iqtisadi artımında və maliyyə bazarlarında həlledici rol oynayır. ArabAZ xəbər verir ki, 2026-cı ilin yanvar ayına olan birja məlumatlarına əsasən hazırlanan bu siyahı, qadınların regionun ən dəyərli biznes strukturlarındakı artan nüfuzunu nümayiş etdirir.

Fatma Əl-Nuaymi — ADNOC Gas BƏƏ-nin enerji nəhəngi “ADNOC Gas”ın baş icraçı direktoru olan Fatma Əl-Nuaymi 75,4 milyard dollar bazar dəyəri olan bir şirkəti idarə edir. Şirkət BƏƏ-nin qaz ehtiyacının 60%-ni qarşılayır və 20-dən çox ölkəyə ixrac həyata keçirir. Qaz sənayesində 25 ildən çox təcrübəsi olan Əl-Nuayminin rəhbərliyi ilə şirkət son vaxtlar “EMSTEEL” ilə 4 milyard dollarlıq, Hindistanın “HPCL” şirkəti ilə isə 3 milyard dollarlıq nəhəng müqavilələr imzalayıb. 2025-ci ildə şirkət 23,5 milyard dollar gəlir və 5,2 milyard dollar xalis mənfəət əldə edib.

Hana Əl-Rüstəmani — First Abu Dhabi Bank (FAB) Bazar dəyəri 56 milyard dollar olan BƏƏ-nin ən böyük bankı “FAB”-a Hana Əl-Rüstəmani rəhbərlik edir. 2021-ci ildə bankın tarixində ilk qadın CEO olan Əl-Rüstəmani bankın rəqəmsallaşması və müştəri təcrübəsinin təkmilləşdirilməsində mühüm rol oynayıb. 2025-ci ildə bankın xalis mənfəəti 24% artaraq 5,8 milyard dollara, ümumi aktivləri isə 382,3 milyard dollara çatıb.

Samiyə Buazza — 2PointZero Group Əbu-Dabidə yerləşən və 21,3 milyard dollar dəyəri olan “2PointZero Group” investisiya şirkətinə livanlı Samiyə Buazza rəhbərlik edir. “International Holding Company”nin (IHC) törəmə müəssisəsi olan şirkət 2025-ci ilin noyabrında baş verən böyük birləşmədən sonra aktivlərini 36,5 milyard dollara çatdırıb. Şirkət 2025-ci ildə İspaniyanın “Tendam” moda şirkətinin səhmlərinin 67,91%-ni almaqla beynəlxalq mövqeyini gücləndirib.

Şaista Asif — PureHealth Group Bazar dəyəri 8,3 milyard dollar olan “PureHealth Group”un həmtəsisçisi və CEO-su Şaista Asifdir. Şirkət regionda 110-dan çox xəstəxana, yüzlərlə klinika və diaqnostika mərkəzini idarə edir. Onun rəhbərliyi altında şirkət 2025-ci ildə Yunanıstan və Kiprin iri səhiyyə provayderi “Hellenic Healthcare Group”un 60% səhmini 933 milyon dollara alıb. Şirkətin 2025-ci ildə xalis mənfəəti 17,7% artaraq 550 milyon dollar olub.

Nəziha Belkeziz — BCP Group Mərakeşin 6,2 milyard dollar dəyərindəki “BCP Group” bank holdinqinə Nəziha Belkeziz rəhbərlik edir. 32 ölkədə fəaliyyət göstərən geniş Afrika bank şəbəkəsinə malik olan qrup, 2025-ci ildə “Atlantic Business International”ın qalan səhmlərini 207 milyon dollara alaraq tam mülkiyyət hüququ əldə edib. Bankın 2025-ci il üzrə xalis gəliri 616 milyon dollar, ümumi aktivləri isə 62,6 milyard dollar təşkil edib.

Randa Sadik — Arab Bank Group Bazar dəyəri 6,1 milyard dollar olan “Arab Bank Group”un sükanı arxasında Randa Sadik dayanır. 1930-cu ildə Fələstində qurulan və hazırda baş qərargahı İordaniyanın Əmman şəhərində yerləşən bank 27-dən çox ölkədə fəaliyyət göstərir. Sadikin rəhbərliyi ilə bankın dünyada 600-dən çox filialı və 12 mindən çox işçisi var. 2025-ci ildə bankın əməliyyat gəliri 3,6 milyard dollar, ümumi aktivləri isə 78,2 milyard dollar olub. Şirkət həmçinin “Arab Bank Iraq” vasitəsilə İraq bazarında da rəsmi fəaliyyətə başlayıb.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Digər xəbərlərSəudiyyə Ərəbistanı

Azərbaycan və Səudiyyə ağıllı şəhərlərləri müzakirə edib

Müəllif:
ArabAZ News
Digər xəbərlər

Bu gün “Neptun nizəsi” əməliyyatı başladı və Ben Laden öldürüldü

Müəllif:
ArabAZ News
Digər xəbərlərİraq

Bu gün ABŞ İraqa qarşı müharibəyə başladı

Müəllif:
mail.azerpress@gmail.com
Digər xəbərlərTəhlil

Ağıllı şəhərlər üçün trilyonlarla dollar

Müəllif:
ArabAZ News
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.