QAHİRƏ,ArabAZ

Misirin müxtəlif əyalətlərində keçirilənm xüsusi əməliyyat zamanı, 38 narkotik alvermisi saxlanılıb.

Bu haqda ArabAZ Misir Daxili İşlər Nazirliyinə istinadən xəbər verir. Məlumata əsasən ümumilikdə 150 kiloqramdan çox narkotik müsadirə olunub.

Əməliyyatlar Misirin Asvan, Dakahlia, Qena, Giza, Beni Suef, Beheira, Gharbia, Luksor, Cənubi Sinay və İsmailiyyədə vilayətlərində həyata keçirilib.

Qeyd edək ki, Oktyabr ayında Misirdə böyük narkotik qaçaqmalçılığı cəhdinin qarşısı alınıb və dəyəri 250 milyon avro olan 3,5 ton narkotik ələ keçirilib.

2024-cü ilin ilk səkkiz ayı ərzində 107 mindən çox insan Misir Narkotiklərə Nəzarət və Asılılığın Müalicəsi Fondunun (FDCTA) qaynar xətti vasitəsilə pulsuz və məxfi müalicə alaraq kömək istəyib.

FDCTA, 2015-ci ildən 2020-ci ilə qədər Misirdə narkomaniya nisbətlərinin əhəmiyyətli dərəcədə azaldığını bildirdi .

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version