QAHİRƏ,ArabAZ

Misirdə narkomaniyanın müalicəsi üzrə məsləhətçi Dr. Abdul Rahman Hammad paytaxt Qahirədə sadə bir ailədən olan lakin narkotiklər istifadə edən bir uşağı müalicə edir. Uşaq həm də uzun zaman depresiyada olduğu üçün özünə qəsd erməyə cəhd edib lakin uğursuz olmuşdu. Dr.Hammad paytaxt Qahirədə yüzlərlə belə halların olduğunu bildirir və qeyd edir ki, bəzən valideynlər narkotiklərə qurşanan uşaqlarını müalicə etdirmək istəmirlər. Onların əksəriyyəti bu halın üzə çıxması ilə yarana biləcək icitmai qınaqdan ehtiyat edirlər.

Qeyd edək ki, Misirdə gənclər və yeniyetmələr arasında narkomaniya ilə yanaşı elektor siqaret istifadəsi də olduqca artıb. Misirdə narkomaniya  nisbətinin 13 faizi 15 yaşdan aşağı, 38 fazizi isə, 15-20 yaş aralarında olan yeniyetmələrdir.

Ərəb dünyasında narkotik məngənəsindəki gənclik

Suriyada narkotik “Captagon” ticarəti olduqca gəlirlidir. Təbii ki, zəhər tacirlərinin əsas hədəf kütləsi , daha doğrusu müşərisi gənclərdir. Suriyada “Captagon” ticarəti Meksika kartellərinin ticarətindən üç dəfə çox gəlir gətirir.

Misirdə aparılan araşdırmalar göstərir ki,  məktəbdə uşaqlar arasında narkomaniyaya gedən yol adətən siqaret və qəlyan, sonra həşiş, sonra  spirtli maddələrlə başlayır. Hal hazırda Misir məktəblərində  uşaqlar və yeniyetmələr arasında  “Vudoo“, “Astrox” və “toz“, həmçinin “Tramadol” olduqca məşhurdur.

Dr.Hammad hesab edir ki, bu maddələrin yayılma səbəbləri onların nisbətən ucuz olması və eymni zamanda test zamanı özünü biruzə verməməsidir.

Misirdə Narkomaniya və Sui-istifadə ilə Mübarizə Fondunun statistik məlumatlarına görə, sintetik narkotiklər, yəni “Estrox”, “Vodoo”, “Powder” və “Şabu” gənckər və yeniyetmələr arasında ən ços istifadə edilən narkotikırədir.

Dr. Abdul Rahman Hammad deyir ki, uşaqlar və yeniyetmələr arasında gənc yaşda narkotik və opiatlara aludəçilik beynin formalaşmasına mane olur və eyin qabığının qalınlığına təsir edərək onu  qalınlaşdırır ki,  nəticədə beyinin normal funksiyaları pozulur. Narkoman uşaqların bəzilərində vəziyyətə uyğun olmayan ağlama və ya gülmə partlayışları, depressiya əlamətləri və təhlükəli davranışlar görünür.

İraq narkotik ticarəti üçün regional “mərkəz”ə çevrilir

Tam məxfilik və təhlükəsiz könüllü evləri

Misir Narkomaniya ilə Mübarizə Fonduna görə, fonda müraciət edən narkomaniya xəstələrinin müalicəsi üçün “tam məxfilik şəraitində” qaynar xətt fəaliyyət göstərir. Fondda xəstələrə pulsuz müalicə verilir və tam şəkildə beynəlxalq standartlara uyğun məxfilik və narkomaniya və onların sui-istifadəsi fəsadları haqqında marifləndirmə aparılır.

Lakin təəssüflər olsun ki, məktəblərdə reabilitasiya proqramlarının olmaması səbəbindən uşaqlar və yeniyetmələr çox vaxt narkomaniyanın təhlükələri barədə lazımi məlumatlara malik olmurlar.

Digər tərəfdən yoxsulluq dərəcələri və məlumatsızlıq yeniyetmələrin narkotika aludəçiliyinə təsir edir. Misirin 18 qubernatorluğunda mindən çox kənddə narkomaniya problemi ilə məşğul olmaq və onların arasında xəstələri seminarlar və müalicəyə cəlb olunmaları üçün ən yoxsul kəndlərdə  maarifləndirmə işləri aparılıb.

2021-ci ildən etibarən “Narkotiklərisz kənd” kampaniyası çərçivəsində gənclər,uşaqlar üçün seminarlar və kənd sakinləri üçün evlərində maarifləndirmə kampaniyaları həyata keçirilib.

 Təbii ki, Misirdə də, digər ölkələrdə olduğu kimi narkomaniya müasir bəlalardan biridir. Dövlətin aidiyyatı qurumları bunlara qarşı nə qədər mübarizə aparsa da təəssüf ki, hələ istənilən efekti almaq mükün olmayıb.

Bu da narkokuryerlərin demək olar ki, hər yerdə olması ilə əlaqələndirilir. Misirdə DİN statistikaları araşdırılarkən 2023-cü ildə 150 məktəb avtobusu sürücüsünün narkokuryer kimi də fəaliyyəti aşkarlanıb.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version