Qahirə,ArabAZ

Misirin xarici işlər naziri Bədr Əbdül Ati bazar günü İsrail və Hizbullah arasında qarşılıqlı bombardmanların intensivliyinin artmasının “hərtərəfli regional müharibənin” başlanmasını təhdid etdiyini bildirərək, gərginliyin Qəzzada atəşkəs danışıqlarına “mənfi təsir göstərdiyini” vurğulayıb. ArabAZ xəbər verir ki , nazir qeyd edib ki, region ölkələri və dünya ictimaiyyəti  yaşanan hadisələrə biganə qalmamalı və müharibəni dayandırmalıdırlar.

“Misir bölgədə eskalasiyanın hərtərəfli regional müharibəyə gətirib çıxara biləcəyindən ehtiyat edir”-deyə o bildirib.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version