Sədr hərəkatının lideri Muqtada əs-Sədr İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) və qanunsuz silahlı qruplaşmaları İraq ərazilərini atəşə tutmamağa, ölkəni regional münaqişəyə sürüməməyə çağırıb.
- Muqtada əs-Sədr İrana çağırış etdi-İraqı münaqişəyə çəkməyin
- Səudiyyə İraqdakı İrançı qruplaşmalara zərbələr endirib
- Qətərdə kənd təsərrüfatı sektoru sürətlə inkişaf edir
ArabAZ xəbər verir ki, sədr mətbuat bəyanatında bildirib ki, İraq ərazisi İrana hücum üçün meydan olmadığı müddətcə SEPAH ölkə torpaqlarını bombalamaqdan çəkinməlidir. O, həmçinin silahlı qruplaşmaları Fars körfəzi ölkələrinə İraqı hədəf almaq üçün bəhanə verməməyə səsləyib.
Ən çox oxunan
Hərəkat lideri tərəfləri sülh prinsiplərinə riayət etməyə və ölkəni müharibəyə çəkmək planlarına uymamağa çağırıb. O, İraq ərazilərinin hər hansı tərəfdən vurulmasını və qruplaşmaların ölkəni mənasız müharibəyə sürükləyən əməllərini qətiyyətlə pisləyib.
Sədr İraq hökumətini təhlükəsizliyi təmin etməyə, suverenliyi qorumağa və xalqı müdafiə etməyə çağırıb. O, daxildəki və xaricdəki gizli terror hüceyrələrinə qarşı ayıq-sayıq olmağın vacibliyini vurğulayaraq, qonşu ölkələrlə sülh şəraitində yaşamağın zəruriliyini qeyd edib.
Bu bəyanat İraqda “Həşdi Şabi” qərargahlarına endirilən hərbi zərbələrdən dərhal sonra verilib. Baş nazir Əli əz-Zeydi təhlükəsizlik şurasının təcili iclasını çağırıb.
Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İraqda İran yönümlü qruplaşmaların hədəflərinə dəqiq zərbələr endirdiklərini təsdiqləyiblər. Cavab olaraq İranın ABŞ qüvvələrinə tərəf atdığı balistik raketlər isə hava hücumundan müdafiə sistemləri tərəfindən dəf edilib.



