DOHA,ArabAZ

Qətər Mərkəzi Seçki İdarəsinin ,referendum Komitəsinin sədri Şeyx Xəlifə bin Həməd bin Xəlifə Al Tani ölkədə səsverədə iştirak edən vətəndaşlarının 90,6 faizinin konstitusiya dəyişiklikləri leyhinə səs verdiyini  bildirib. ArabAZ xəbər verir ki, sözlərinə görə, referendumda səsvermə hüququna malik vətəndaşların 84 faizinin iştirak edib.

Qeyd edək ki, dünək 5 noyabrda Qətərdə referendum keçirilib. Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Sani on səkkiz yaşını tamamlayan Qətər vətəndaşlarını ölkədə keçiriləcək konstitusiyaya dəyişikliklərlə bağlı ümumi referendumda iştiraka dəvət edən fərman verib.

Qətər Şurası (Parlament) ölkə əmirinin bu ayın ortalarında elan etdiyi və Şura üzvlərinin seçilməsi üçün “təyinat” sisteminə qayıtmağa səbəb olan konstitusiya dəyişiklikləri layihəsini yekdilliklə təsdiqləyib.

Bu il oktyabrın 14-də Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani ölkəsindəki konstitusiya dəyişiklikləri layihəsinin, o cümlədən Şura (Parlament) üzvlərinin təyin edilməsi sisteminə qayıdılması ilə bağlı lazımi addımların atılması üçün gösrətiş verib.

“Ölkəm və xalqım qarşısında məsuliyyət və borcuma əsaslanaraq, vətəndaşların hüquq və vəzifə bərabərliyi ilə bağlı konstitusiya dəyişiklikləri layihəsinin müzakirəyə çıxarılmasına göstəriş verirəm. Şura üzvlərinin təyin edilməsi sisteminə qayıdış lazımi tədbirlər görülməsi üçün hörmətli Şuraya (parlamentə) göndəriləcək. Artıq bununla bağlı tədbir görülüb”-deyə şeyx Təmim bin Həməd Al Tani deyib.

Şeyx Təmim bin Həməd Al Sani gözlənilən konstitusiya dəyişikliklərinin referenduma çıxarılacağını və seçki əvəzinə təyinat sisteminə qayıdılmasını ehtiva etdiyini bildirib.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version