Doha,ArabAZ

Səudiyyə Ərəbistanının daxili işlər naziri şahzadə Əbdüləziz bin Səud bin Naif bin Əbdüləziz cümə axşamı Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Sani ilə görüşüb.
ArabAZ xəbər veir ki, görüş zamanı Şahzadə Əbdüləziz Kral Salmanın və Vəliəhd Şahzadə Məhəmməd bin Salmanın salamlarını, Qətər hökuməti və xalqı üçün davamlı tərəqqi və firavanlıq arzularını çatdırıb.
Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər və təhlükəsizlik sahəsində əməkdaşlıq da nəzərdən keçirilib.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version