Cümə, 17 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Xəbər lenti » Səudiyyə-Azərbaycan ittifaqı strateji müstəviyə yüksəlib – XİN

Səudiyyə-Azərbaycan ittifaqı strateji müstəviyə yüksəlib – XİN

İyul 16, 2026 5:07 axşam
Paylaş
Səudiyyə Ərəbistanı XİN "ArabAZ" portalına bəyan edib ki, Azərbaycanla siyasi dialoq ən yüksək səviyyədədir və Krallıq ölkəmizin ərazi bütövlüyünü beynəlxalq müstəvidə tam rəsmən dəstəkləyir.
Paylaş

Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası arasındakı ikitərəfli münasibətlər rəsmi olaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu barədə Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyindən ArabAZ -a eksklüziv olaraq bildiriblər. Rəsmi Ər-Riyad iki qardaş ölkə arasındakı bağların qlobal və regional müstəvidə nümunəvi xarakter daşıdığını xüsusi vurğulayıb.

Krallığın Xarici İşlər Nazirliyindən verilən rəsmi bəyanatda ölkələr arasındakı siyasi dialoqun ən yüksək səviyyədə olduğu qeyd edilib və iki dövlət arasındakı bağların fundamental əsasları belə xarakterizə olunub.

“Krallıq Azərbaycanla olan əlaqələrini olduqca yüksək qiymətləndirir. Bu əlaqələr qardaş xalqların maraqlarına xidmət edir. Bizim siyasi əlaqələrimiz sadəcə diplomatik münasibətlər deyil, sarsılmaz tərəfdaşlıq və qardaşlıq üzərində qurulub. Səudiyyə Ərəbistanı hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib.”-deyə nazirlikdən verilən açıqlamada deyilir.

Nazirlik həmçinin əlavə edib ki, iki ölkənin beynəlxalq platformalarda nümayiş etdirdiyi ortaq mövqe qlobal təhlükəsizliyə mühüm töhfə verir. Birləşmiş Millətlər Təşkilatı (BMT) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) daxilində nümayiş etdirilən qarşılıqlı dəstək bu sarsılmaz və rəsmi birliyin ən bariz və sarsılmaz nümunəsidir.

XİN-dən verilən bəyanatda o da vurğulanıb ki, strateji tərəfdaşlıq səviyyəsi təkcə siyasi müstəvi ilə məhdudlaşmır, həm də irimiqyaslı iqtisadi, energetika və investisiya layihələrini əhatə edir.

 “Səudiyyə Ərəbistanının nəhəng şirkətlərinin Azərbaycandakı yaşıl enerji, infrastruktur və kənd təsərrüfatı layihələrində iştirakı iki ölkə arasındakı rəsmi əməkdaşlığı daha da gücləndirir”-deyə nazirliyin açıqlamasında deyilir.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Səudiyyə Ərəbistanı

Səudiyyə və Çin 7 yeni nəqliyyat müqaviləsi imzaladı

Müəllif:
ArabAZ News
İranOmanRedaktorun seçimiTəhlil

Xameneini ilk təbrik edən Omanın İran ilə dostluğu bitdimi?

Müəllif:
ArabAZ News
Səudiyyə Ərəbistanı

Riyadh Air beş yeni istiqamətə uçacaq

Müəllif:
ArabAZ News
İranRedaktorun seçimi

Tramp elan etdi – İran böyük Şeytanın əlini öpdü

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.