Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

Səudiyyə BƏƏ-yə olan dron hucumlarını pisləyib

May 5, 2026 7:45 səhər
Paylaş
Paylaş

Səudiyyə Ərəbistanının Vəliəhdi və Baş naziri Şahzadə Məhəmməd bin Salman bazar ertəsi günü Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) öz təhlükəsizliyini və sabitliyini qoruması yolunda ölkəsinin hər zaman onun yanında olduğunu təsdiqləyib.

ArabAZ xəbər veirr ki, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed ilə baş tutan telefon danışığı zamanı Səudiyyə Vəliəhdi İranın BƏƏ-ni hədəf alan əsassız hücumlarını qətiyyətlə pisləyib. Şahzadə Məhəmməd bin Salman və Şeyx Məhəmməd bin Zayed regiondakı son hadisələri, habelə təhlükəsizlik və sabitliyin gücləndirilməsi yollarını müzakirə ediblər.

Regional təhlükəsizlikdə yeni gərginlik

BƏƏ Müdafiə Nazirliyinin bazar ertəsi yaydığı məlumata görə, ölkə ərazisinə İran istiqamətindən gələn 12 ballistik raket, 3 qanadlı raket və 4 pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib. Bu, regionda müşahidə olunan yeni və ciddi bir hərbi eskalasiyadır.

Xatırladaq ki, İran tərəfindən idarə olunan PUA-nın Fuceyra Neft Sənayesi Zonasına (FOIZ) hücumu nəticəsində 3 Hindistan vətəndaşı orta dərəcəli xəsarətlər alıb.

Səudiyyə Ərəbistanı XİN-in bəyanatı

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İranın raketlər və PUA-lar vasitəsilə BƏƏ-nin mülki və iqtisadi obyektlərini, eləcə də BƏƏ şirkətinə məxsus tankeri hədəf almasını ən sərt şəkildə pislədiyini bəyan edib. Nazirlik Səudiyyə Ərəbistanının BƏƏ-nin öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün atdığı bütün addımları dəstəklədiyini bildirib.

Bəyanatda həmçinin İran bu hücumları dayandırmağa, beynəlxalq hüquq prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə, eləcə də mehriban qonşuluq prinsiplərinə hörmət etməyə çağırılıb.

Diplomatiya və gərginliyin azaldılması çağırışı

Digər bir bəyanatda isə Səudiyyə Ərəbistanı regiondakı hərbi eskalasiyadan dərin narahatlığını ifadə edərək, tərəfləri təmkin nümayiş etdirməyə çağırıb. Krallıq Yaxın Şərqin daha böyük gərginliyə sürüklənməməsi üçün Pakistanın vasitəçilik səylərini və siyasi həllə yönəlmiş diplomatik cəhdləri dəstəklədiyini vurğulayıb.

Səudiyyə Ərəbistanı Hörmüz boğazında beynəlxalq dəniz naviqasiyasının fevralın 28-dən əvvəlki normal vəziyyətinə qayıtmasının vacibliyini qeyd edərək, gəmilərin təhlükəsiz və maneəsiz keçidinin təmin olunmasını tələb edib.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Səudiyyə Ərəbistanı

Məkkə bəyannaməsi Vaşinqtonda müzakirə olunub

Müəllif:
ArabAZ News
Səudiyyə Ərəbistanı

Səudiyyədə birja indeksi günü enişlə başa vurub

Müəllif:
mail.azerpress@gmail.com
Səudiyyə Ərəbistanı

Körfəzin təhlükəsizliyi qırmızı xəttimizidir-Səudiyyə

Müəllif:
ArabAZ News
Səudiyyə ƏrəbistanıSuriya

Ciddədə Səudiyyə-Suriya danışıqları baş tudu

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.