Bakı,ArabAZ

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Talgo qatarının idxalı üçün İspaniya ilə milyon avroluq kredit müqaviləsini təsdiqləyib.

ArabAZ xəbər verir ki, tərəflər arasında müqavilə 2021-ci ildə imzalanıb.  Misir Nümayəndələr Palatası ölkənin köhnə dəmir yolu parkının təcili modernləşdirilməsinə ehtiyac olduğu üçün bu ilin iyun ayında sazişi təsdiqləyib.

Müqavilənin bütün xərclərini ödəmək üçün İspaniya hökuməti misirli həmkarına 200 milyon avroluq güzəştli kredit vəsaiti ayırıb.

Müqaviləyə əsasən, Talqo  ehtiyat hissələri və avadanlıqların mövcudluğunun təmin edilməsi də daxil olmaqla, 15 il ərzində texniki xidmət işlərinə cavabdeh olacaq.

Yeddi qatar daxili turizmi təşviq edərək, dəmir yolu şəbəkəsi xətlərində səfərlərin sayını artıracaq.

Hər qatarda beş birinci dərəcəli və 10 ikinci dərəcəli vaqona bölünən ümumilikdə 18 vaqon, lokomativ və bufet vaqonu olacaq.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version