XARTUM,ArabAZ

Sudan ordusunun lideri Əbdülfəttah əl-Burhan, yarımhərbi birləşmələrlə müharibədə, xarici işlər və media nazirləri də daxil olmaqla, dörd naziri əvəz edən kabinet dəyişikliyini elan edib.ArabAZ xəbər verir ki, bu haqda Sudanın hakim suverenlik şurası özünün rəsmi Facebook səhifəsində yazıb.

Əvvəllər Sudanın Çin və Cənubi Afrikadakı səfiri vəzifəsində çalışmış, təqaüddə olan diplomat, səfir Əli Yusif əl-Şərif xarici işlər naziri təyin edilib.O, bu vəzifədə yeddi ay işləmiş Hüseyn Avad Əlini əvəz edib.
Londonda yaşayan jurnalist və teleaparıcı Xalid Əli Aleisir mədəniyyət və media naziri təyin edilib.Dəyişiklikdə həmçinin Ömər Banfir ticarət nazirliyinə, Ömər Baxit isə dini işlər nazirliyinə təyin edilib.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version