Bakı,ArabAZ

Bazar günü səhər saatlarında İsrail ordusu Qəzza zolağında Xan Yunisdəki fələstinlilərə yeni ərazilərin boşaldılması və humanitar zonanın sərhədlərinin dəyişdirilməsi əmri verib.ArabAZ xəbər verir ki, İsrail ordusu verdiyi açıqlamada Xan Yunisdəki Əl-Cəla bölgəsinin artıq “humanitar zona” adlandırdığı ərazinin bir hissəsi olmadığını deyib və qüvvələrinin bu bölgədə HƏMAS hərəkatına qarşı hərbi əməliyyatlar həyata keçirəcəyini bildirib.

İsrailin bu tələbi  “humanitar zona”nın sərhədlərinin dəyişdirilməsinin HƏMAS-ın bölgədə strukturun yaradılması ilə bağlı dəqiq kəşfiyyat məlumatlarına görə olduğu ilə izah edilib.

Qeyd edək ki, Qəzzada Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin 10 aydan çoxdur ki apardığı müharibə , əksəriyyəti mülki şəxslər, qadın və uşaqlardan ibarət 40 minə yaxın insanın ölümünə səbəb olub.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version