SƏNA,ArabAZ

Husilərin iqtisadi müharibəsi hərbi münaqişədən daha ağır zərbə vurur,ArabAZ xəbər verir ki, bunu Yəmənin Baş nazir Əhməd Avad bin Mübarək deyib.

“Husilərin iqtisadi müharibəsi indi Yəmən xalqının gündəlik həyatına hərbi münaqişədən daha çox zərbə vurur”-deyən, Mübarək, Yəmənin birləşmək və husilərin nəzarətindən azad edilməsi üçün milli səyləri dəstəkləyib.

Mübarək sabitlik, suverenlik və güclü, vahid Yəmənin qurulmasına yönəlmiş milli baxış altında birliyin zəruriliyini vurğulayıb.

“Biz qarşıda duran çətinlikləri bilirik, lakin öz işimizə və xalqımızın iradəsinə inamımızla fərq yarada bilərik” deyib.

Baş nazir bildirib ki, husilərin başlatdığı müharibə , vətəndaşların həyatına zərər vurub, dövlət resursları xərcləyib, yoxsulluq və işsizlik səviyyəsinin yüksəlməsinə, həmçinin əsas xidmətlərin iflasına gətirib çıxarıb.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version