Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

Hizbullah Livanı yandıracaq odla oynayır-Kats

Lakin "sarı xətt" kimi tanınan sərhəd bölgələrində İsrailin dağıdıcı əməliyyatları və "Hizbullah"ın cavab hücumları atəşkəs razılaşmasını kövrək saxlayır.

Aprel 28, 2026 6:38 səhər
Paylaş
Paylaş

İsrailin Müdafiə naziri İsrail Kats bazar ertəsi günü bəyan edib ki, “Hizbullah” qruplaşmasının baş katibi Naim Qasım “odla oynayır” və bu od həm təşkilatı, həm də bütün Livanı yandıracaq. Bu barədə məlumat Müdafiə Nazirliyinin ofisindən verilib. Katsın bu xəbərdarlığı Naim Qasımın iki ölkə arasında birbaşa danışıqları rədd etməsi və İsrail hücumlarına qarşı cavab əməliyyatlarını davam etdirəcəyi ilə bağlı təhdidlərindən sonra səslənib.

ArabAZ xəbər verir ki, BMT-nin Livandakı xüsusi koordinatoru Janin Hennis-Plassxaert ilə görüşən Kats bildirib ki, “Naim Qasım odla oynayır və bu od Hizbullahı, eləcə də bütün Livanı yandıracaq… Əgər Livan hökuməti terrorçu “Hizbullah” təşkilatının qanadı altında gizlənməyə davam edərsə, alov daha da güclənəcək və Livanın sidr ağaclarını (rəmzini) külə döndərəcək”. Nazir həmçinin əlavə edib ki, Livanın şimalındakı Qaliley qəsəbələrinə və İsrail qüvvələrinə atəş açıldığı müddətcə atəşkəs reallığı mümkün olmayacaq.

Daha çox hərbi əməliyyat ehtiyacı

İsrailin Baş naziri Benyamin Netanyahu da bazar ertəsi verdiyi açıqlamada “Hizbullah”ın raket və PUA hücumlarının daha çox hərbi fəaliyyət tələb etdiyini vurğulayıb. Netanyahu qeyd edib ki, xüsusilə 122 mm-lik raketlər və dronlar mərkəzi təhdid təşkil edir və bu, operativ və texniki tədbirlərin birləşdirilməsini zəruri edir.

Livan daxilində fikir ayrılığı

Xatırladaq ki, “Hizbullah” lideri Naim Qasım Livan hakimiyyətinin İsrail ilə birbaşa danışıqlar aparmasını “böyük günah” adlandırıb və bunun ölkəni qeyri-sabitlik burulğanına salacağı barədə xəbərdarlıq edib. Buna cavab olaraq Livan Prezidenti Jozef Aun danışıqların məqsədinin müharibəni dayandırmaq olduğunu bildirib və Livanı bu müharibəyə sürükləyənləri (ad çəkmədən “Hizbullah”ı nəzərdə tutaraq) “xəyanətdə” ittiham edib.

Martın 2-də başlayan son müharibədən sonra Livan və İsrail səfirləri Vaşinqtonda son onilliklərdə ilk dəfə birbaşa təmaslar qurublar. Livan tərəfi ABŞ-ın vasitəçiliyi ilə aparılan bu danışıqlarda əsas məqsədin müharibənin dayandırılması, İsrailin ölkənin cənubundan çıxması və bir milyondan çox köçkünün öz yurduna qayıtması olduğunu bəyan edir. Lakin “sarı xətt” kimi tanınan sərhəd bölgələrində İsrailin dağıdıcı əməliyyatları və “Hizbullah”ın cavab hücumları atəşkəs razılaşmasını kövrək saxlayır.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

LivanSəudiyyə ƏrəbistanıYaxın Şərq

Səudiyyə Livana tətbiq etdiyi qadağanı ləğv edib

Müəllif:
ArabAZ News
LivanYaxın Şərq

Hizbullah: İsrail Livanı dərhal tərk etməlidir

Müəllif:
ArabAZ News
LivanTəhlil

Hizbullah sülhə YOX deyir-Beyrutda müharibə həyəcanı

Müəllif:
ArabAZ News
LivanTəhlil

Əsəddiz Suriya sonrası silahsız Hizbullah

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.