Çərşənbə axşamı, 21 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Müəlliflər » İsraili dəli edən yeni Türkiyə-Suriya hərbi ittifaqı

İsraili dəli edən yeni Türkiyə-Suriya hərbi ittifaqı

İyul 15, 2026 11:51 səhər
Paylaş
Paylaş

BAKI,ArabAZ İbrahim Hamidi Əl-Məcəllə Jurnalı Baş redaktoru, siyasi şərhçi

İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtonun Ankara üçün “F-35” qırıcıları tədarük etməsi ehtimalına etiraz etməsi sadəcə olaraq keyfiyyətli silah sövdələşməsi ətrafında mübahisə deyil idi. Həmçinin ABŞ Prezidenti Donald Trampın “Şimali Atlantika Alyansı”nın (NATO) sammitində rəsmən Prezident Rəcəb Tayyib Ərdoğanı tərifləməsi də sadəcə qonağın ev sahibinə etdiyi növbəti bir nəzakət jesti deyildi.

Çünki bu iki siqnal daha böyük bir reallığı ortaya qoyurdu: Türkiyə və İsrail regionda yeni bir rəqabət mərhələsinə qədəm qoyublar və onların arasında uzanan Suriya bu rəqabətin ilk rəsmi poliqonuna çevrilib.


هل تركيا هي “إيران الجديدة” في سوريا؟

Bu müqayisə bir çoxları üçün qıcıqlandırıcı görünə bilər, lakin bu, Təl-Əvivdə baş verən köklü düşüncə dəyişikliyini əks etdirir. İrana qarşı müharibədən, Əsəd rejiminin süqutundan və “Hizbullah” ilə birlikdə “müqavimət oxu“nun zəiflədilməsindən sonra Türkiyə, İsrailin aqressiv siyasəti qarşısında regionda və xüsusən də “yeni Suriya”da “yeni düşmən” olmağa ən əsas namizəddir.

“Əsəd Suriyası” Təl-Əviv ilə Tehran arasında birbaşa münaqişə meydanı rolunu oynayırdı, Ankara isə daha çox Suriyanın şimalı və kürd faktoru ilə məşğul idi. Lakin bu gün xəritə tamamilə dəyişib və “yeni Suriya” Türkiyə-İsrail rəqabətinin meydanına çevrilib. Tərəflərin heç biri müharibə istəmir və dərk edirlər ki, birbaşa qarşıdurma hər ikisi üçün olduqca ağır bədəl gətirə bilər. Tramp da iki dostu – Netanyahu və Ərdoğan arasında hərbi toqquşmanın baş verməsini istəmir. Lakin əsas problem ondadır ki, bu iki tərəf cənubunda və şimalında yerləşdikləri bu strateji ölkəyə (Suriyaya) tamamilə fərqli baxışlar nümayiş etdirirlər.

Suriyada ümidsizlik “İŞİD”-in yeganə ümididir

Ankara Suriyaya özünün strateji dərinliyi və görməzdən gələ bilməyəcəyi bir qonşu kimi yanaşır. Türkiyə hesab edir ki, onun milli təhlükəsizliyi Suriya dövlətinin sabitliyindən, ərazi bütövlüyünün qorunmasından və cənub sərhədlərində hər hansı kürd rəsmi qurumunun yaradılmasının qarşısının alınmasından başlayır. O, həmçinin Suriyanı iqtisadi inteqrasiya qapısı, enerji və ticarət dəhlizi, habelə özünün regional nüfuzunu yenidən formalaşdırmaq üçün mühüm bir açar kimi görür. Məhz buna görə də Ankara ilk gündən Prezident Əhməd əş-Şəraanın rəhbərlik etdiyi yeni administrasiyanı dəstəkləyib və onunla uzunmüddətli siyasi, təhlükəsizlik və iqtisadi tərəfdaşlıq qurmağa çalışır.

Əsəddiz Suriya sonrası silahsız Hizbullah

Təl-Əviv isə Suriyaya tamamilə fərqli pəncərədən baxır. O, prinsip etibarilə sabit bir dövlətin qurulmasına qarşı deyil, lakin bu sabitliyin onun hərəkət azadlığını məhdudlaşdıracaq hərbi gücə çevrilməsini qətiyyətlə rədd edir. Məhz buna görə də İsrail ordusu Əsədin süqutundan dərhal sonra Suriyanın strateji hərbi aktivlərini məhv etdi, qabaqlayıcı zərbələri davam etdirir, cənubdakı işğal zonalarını genişləndirir, Süveydadakı druzlara himayədar rolunu oynayır və Suriyada hər hansı Türkiyə hərbi bazalarının yaradılması, hava hücumundan müdafiə sistemlərinin qurulması və ya Suriya ordusunun sərhəddəki güc balansını dəyişdirəcək şəkildə yenidən qurulması barədə hər hansı müzakirəyə qarşı həddindən artıq həssaslıq nümayiş etdirir.

Netanyahu hətta Dəməşqə qabaqcıl hava sistemləri və müasir silahlar verilməsinin qarşısını almaq üçün Putinlə də birbaşa danışıqlar aparıb.

İki baxış arasındakı rəsmi toqquşma məhz buradadır. Suriya dövlətinin sabitliyi, suverenliyi və ərazi bütövlüyü Türkiyə tərəfindən rəsmən dəstəkləndiyi halda, İsrail tərəfindən birbaşa təhdid kimi qiymətləndirilir. Təl-Əvivin “müdafiə tədbirləri” adlandırdığı addımlar isə Dəməşq və Ankara tərəfindən suverenliyin pozulması və yeni dövlətin sabitləşmə imkanlarının baltalanması kimi görülür.

Ərdoğan dövrünün böyük layihələri- Yeni Türkiyə

Böyük regional rəqabət

Suriya uğrunda gedən bu rəqabət Şərqi Aralıq dənizində, enerji xəritələrində, dəniz dəhlizlərində və müdafiə sənayesində gedən daha geniş regional mübarizənin sadəcə kiçik bir hissəsidir. Türkiyə yüksələn bir regional gücdür, NATO və “Böyük İyirmilik” (G20) üzvüdür. İsrail isə regionda özünün mütləq hərbi üstünlüyünü qoruyub saxlamaq, onun hərəkətlərini məhdudlaşdıracaq və ya İran və onun oxunun zəifləməsindən sonra yaranan boşluğu dolduracaq hər hansı gücün ortaya çıxmasının qarşısını almaq istəyir.

Bəs Türkiyə həqiqətən də Suriyada “yeni İran“a çevrilirmi? Böyük ehtimallarla yox, çünki onun layihəsi, alətləri və ittifaqları İranın layihəsindən köklü şəkildə fərqlənir. Ən mühüm məqam isə odur ki, “yeni Suriya“nın və regionun bu iki layihəyə (Türkiyə və İran) qarşı mövqeyi eyni deyil. Eynilə suriyalıların özlərinin də şimal qonşusu ilə cənub qonşusuna qarşı münasibətləri tamamilə fərqlidir.

Lakin tamamilə aydındır ki, İsrail artıq Türkiyəyə özünün şimal sərhədlərində dayanan növbəti böyük strateji təhlid kimi baxmağa başlayıb. Bu mənzərəni tənzimləməkdə ən təsirli faktor isə yenə də ABŞ-dir. Lakin Yaxın Şərqdə əsas problem odur ki, müharibələr hər zaman siyasi rəhbərliyin qəti qərarı ilə başlamır; onlar çox vaxt sahədəki kiçik bir hesab fərqi və ya taktiki səhv üzündən alovlanır. Tək bir aviazərbə, hərbi yerləşmə və ya yanlış qiymətləndirmə heç kimin istəmədiyi böyük bir müharibə alovunu başlatmaq üçün kifayətdir.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

İbrahim HamidiMüəlliflər

Yaxın Şərqin enerji xəritəsi-Sərhədləri birləşdirən iqtisadi model

Müəllif:
ArabAZ News
Azər HüseynovMüəlliflər

Qərbin təzyiqi Suriyada yeni vətəndaş müharibəsini alovlandırır?

Müəllif:
ArabAZ News
MüəlliflərRufiz Hafizoglu

İran nüvə proqramı üçün Hizbullahdan imtina edə bilər-Hafizoğlu

Müəllif:
ArabAZ News
MüəlliflərRufiz Hafizoglu

Bakının“humanitar körpü” modeli sistemli xarakter daşıyır

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.