Bazar, 26 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Yaxın Şərq » Minlərlə radikal  yəhudi və Ben-Qvir Əl-Əqsa məscidinə basqın etdi

Minlərlə radikal  yəhudi və Ben-Qvir Əl-Əqsa məscidinə basqın etdi

İyul 23, 2026 8:19 səhər
Paylaş
Paylaş

Radikal yəhidi  “Məbəd” qruplarının Əl-Əqsa məscidində mövcud status-kvonu dəyişdirməyə yönəlmiş planları ilə bağlı fələstinli tərəflərin xəbərdarlıqları kəskinləşib. Bu xəbərdarlıqlar cümə-axşamı günü yüzlərlə radikal məskunlaşan yəhudinin “Məbədin dağıdılması günü” adlandırdıqları tarixlə eyni vaxtda məscidə basqın etməsindən sonra verilib.

Əl-Əqsaya basqında İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və hakim “Likud” partiyasından olan Knesset üzvü Amit Halevi də iştirak edib. Halevi Qübbət əs-Səxrənin önündə İsrail bayrağını qaldırıb.

İsrail naziri Ben-Qvir və 2300-dən çox məskunlaşan Əl-Əqsaya basqın edərək təlmud ayinləri icra edib. Fələstin tərəfi və Ərəb Liqası status-kvonun pozulmasını kəskin pisləyib.

  • İraq diplomatiyasının ən tanınmış siması – Tariq Əziz kimdir?
  • Ərəb Əmirliklərində yol infrastrukturu genişləndirilir
  • İsraillə təhlükəsizlik sazişi üzərində işləyirik – Əhməd əş-Şəraa
  • Livanda qeyri-qanuni silah problemi necə həll olunacaq?
  • Səudiyyə Ərəbistanı 2026 İKT indeksində dünyada birinci oldu

Qüdslə bağlı tədqiqatçı-alimlərin bildirdiyinə görə, İsrail polisi məscidin şərq həyətində məskunlaşanlar üçün çadır-kölgəlik quraşdırıb. Bu, Əl-Əqsanın işğalından bəri ilk dəfə baş verən presedentdir və məkanın bölünməsi, ərazinin mərhələli şəkildə mənimsənilməsi yolunda yeni bir addımdır.

Qüds qubernatorluğu bəyan edib ki, “hazırkı ana qədər 2300-dən çox məskunlaşan yəhudi Əl-Əqsaya basqın edib və onların önündə Ben-Qvir gəlir. Yeni radikal qrupların axını davam edir; İsrail polisi basqınlar zamanı bir qrupda olan şəxslərin sayını artıraraq 150 nəfərə çatdırılmasına icazə verib”.

Qubernatorluq əlavə edib ki, işğalçı qüvvələr Əl-Əqsa məscidinin qapılarında və Qədim şəhər ətrafında sərt məhdudiyyətlər tətbiq etməkdə davam edir, zəvvarların məscidə daxil olmasına mane olurlar. Sübh namazı vaxtı məscidə yalnız çox məhdud sayda dindar daxil ola bilib, bundan sonra işğalçı qüvvələr bir neçə fələstinliyə fiziki zorakılıq tətbiq edib.

İsraildə yüksələn dini radikalizm və qadağan olunan siyasi islam

Həmçnin oxuyun: 
  • Beyrutda gərginlik-Hizbullah küncə sıxılır
  • Qətərdə ipoteka əməliyyatlarının həcmi 13 milyard riala çatıb
  • Ərəb pop kraliçası Nensi Ajram mənim favoritimdir-Ayliş
  • BƏƏ sakinləri ərəb dilinin qorunmasını tələb edir

Bildirilib ki, məskunlaşanlar basqınlar zamanı təlmud ayinlərini icra etməyə, “tefillin” sarğıları bağlamaq, Əl-Əqsanın şərq hissəsində “epik səcdə” etmək, yüksək səslə nəğmələr və dualar oxumaqla davam edirlər. Bu vaxt radikal “Məbəd” qrupları tərəfdarlarını səfərbər edərək basqınçıların sayını gün ərzində 5 min nəfərə çatdırmağı hədəfləyirlər.

Fələstin mediası tərəfindən yayımlanan videokadrlar məskunlaşan yəhudilərin Əl-Əqsa həyətində təlmud duaları etdiklərini, nəğmələr oxuyub rəqs etdiklərini aydın göstərir.

Qüds qubernatorluğu hesab edir ki, bu hadisələr artıq təkcə radikal qrupların fəaliyyəti deyil, məscidin tarixi və hüquqi statusunu pozmağa, yeni reallıqlar tətbiq etməyə yönəlmiş “rəsmi İsrail siyasətinin” bir hissəsidir.

Qüdsdəki İslam Vəqfləri İdarəsi Ben-Qvir və yüzlərlə məskunlaşanın Əl-Əqsaya basqınını mövcud tarixi və hüquqi status-kvonun pozulması kimi qiymətləndirib. Vurğulanıb ki, bu addım məscidin zaman və məkan baxımından bölünməsi planlarının tərkib hissəsidir və Əl-Əqsa yalnız müsəlmanların mutləq haqqıdır.

İslam Vəqfləri İdarəsi beynəlxalq ictimaiyyətdən təcili hərəkətə keçməyi və Qüdsdəki müqəddəs məkanlara qarşı pozuntuları dayandırmaq üçün İsrailə təzyiq göstərməyi tələb edib, həmçinin ərəb və islam ölkələrini Qüdsdəki fələstinlilərin müqavimətinə dəstək verməyə çağırıb.

Öz növbəsində Ərəb Dövlətləri Liqası “Məbədin dağıdılması günü” ilə eyni vaxta təsadüf edən kütləvi basqınları kəskin şəkildə pisləyib, bunu təhlükəli eskalasiya və məscidin tarixi-hüquqi statusunun pozulması kimi dəyərləndirib.

Ərəb Liqasının Baş Katibliyi bəyan edib ki, bu çağırışlar işğal olunmuş Qüdsdə qanunsuz reallıqlar yaratmağa yönəlmiş İsrail siyasətinin tərkib hissəsidir və işğalçı dövlət olaraq İsrail bu pozuntuların bütün fəsadlarına görə tam məsuliyyət daşıyır.

5 minlik plan nədir?

“Məbəd” qrupları 23 iyul tarixində həyata keçirilən basqın üçün tərəfdarlarını səfərbər edərək keçən ilin eyni günündə qeydə alınan 4 minlik göstəricini keçməyi hədəfləyir.

Qüds qubernatorluğunun məlumatına görə, bu qruplar 2021-ci ildən bəri sayı mərhələli şəkildə artırırlar: 2022 və 2023-cü illərdəki 2200 nəfərdən 2024-cü ildə 3 minə, 2025-ci ildə 4 minə çatıblar və bu ilki hədəf 5 min nəfərdir.

Bu rəqəm yalnız ədədi artım deyil; bu, məskunlaşanların məscid daxilindəki varlığını genişləndirmək, qrupların həcmini və daxilolma saatlarını artırmaq, həyətdə daha çox ayinin icrasına şərait yaratmaq cəhdidir.

“İbrani İyul/Avqust ayının 9-u” nədir və niyə iyulda keçirilir?

Bu tədbir yəhudi təqvimində Qriqorian təqvimi ilə avqust ayına deyil, İbrani təqviminin “Av” ayının 9-cu gününə təsadüf edir.

Bu il həmin tarix 22 iyul çərşənbə axşamından 23 iyul cümə-axşamı axşamına qədər davam edir. Yəhudilər bu gündə öz rəvayətlərinə görə Birinci və İkinci Məbədin dağıdılması gününü qeyd edirlər.

Son illərdə bu tarix Əl-Əqsaya kütləvi basqınların ən əsas mövsümlərindən birinə çevrilib; “Məbəd” qrupları öz tərəfdarlarını toplayaraq həyətdə ayinlər icra edirlər.

Narahatlıqlar niyə yalnız rəqəmlərlə bağlı deyil?

Cümə-axşamı basqını məscid daxilində yəhudi ayinlərinin icrası üçün ayrılan sahənin genişləndirilməsi fonunda baş verir.

2025-ci ildəki analoji basqın zamanı İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa həyətində dua etdiyini bəyan etmişdi. İsrail mediası onun açıq duaya rəhbərlik etdiyini, səcdə ayinlərinin icra olunduğunu, mahnıların oxunduğunu və İsrail bayraqlarının qaldırıldığını bildirmişdi.

2026-cı ilin yanvarında İsrail polisi əvvəllər müsadirə etdiyi yəhudi duaları və təlimatlarını ehtiva edən broşürlərin məscidə daxil edilməsinə icazə verdi.

Fələstin tərəfi hesab edir ki, bu addımlar məsələni sadəcə ziyarətdən məscid daxilində yəhudi ayinlərinin miqyasını genişləndirməyə doğru dəyişir.

Həmçinin HƏMAS həərəkatı məskunlaşan qrupların şərq həyətindəki daşlar üzərinə öz rəmzlərini çəkdiklərinə diqqət çəkib.

Səhra dəyişikliyi rəsmi siyasətə çevrilirmi?

İsrail hökuməti İordaniyanın Qüds İslam Vəqfləri İdarəsinin məscidi idarə etdiyi, İsrail polisinin isə girişlərə nəzarət etdiyi, qeyri-müsəlmanlara dua etmədən yalnız ziyarət icazəsinin verildiyi status-kvoya sadiq olduğunu iddia edir.

Lakin son illərdə dua, səcdə, mahnı oxumaq və dini mətnlərin daxil edilməsinə getdikcə daha çox göz yumulur ki, bu da rəsmi mövqe ilə sahadakı əməllər arasında dərin fərq yaradır.

Qüds qubernatorluğu bu prosesin siyasi dəstəklə müşayiət olunduğunu bildirir. Məlumata görə, iyulun ortalarında Knessetdə 3 nazir və 7 deputatın iştirakı ilə konfrans keçirilib və burada status-kvonun dəyişdirilməsi çağırışları edilib.

Bundan əlavə, basqınları təşkil edən polis birbaşa Əl-Əqsada yəhudi dualarının genişləndirilməsini fəal müdafiə edən Ben-Qvirin rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyinə tabedir.

Fələstin tərəfinin reaksiyası necə oldu?

HƏMAS Əl-Əqsa məscidinin yəhudiləşdirilməsi, Qüdsün dini və tarixi kimliyinin dəyişdirilməsi cəhdlərinə qarşı xəbərdarlıq edib və İsrailin Əl-Əqsanı ərəb-islam kimliyindən ayırmaqda uğursuzluğa düçar olacağını vurğulayıb.

Hərəkat fələstinliləri Əl-Əqsaya axın etməyə, namazları intensivləşdirməyə çağırıb, eləcə də ərəb-islam ölkələrindən və beynəlxalq təşkilatlardan praktiki addımlar tələb edib.

Qüds qubernatorluğu ən böyük kütləvi basqın riskinə qarşı xəbərdarlıq edib, İslam Vəqfləri İdarəsi isə basqınların dərhal dayandırılmasını tələb edir.

Qubernatorluq vurğulayır ki, 144 dönümlük sahəsi ilə Əl-Əqsa məscidi tamamilə islam məkanına aiddir və onun tarixi-hüquqi statusunu dəyişdirməyə yönəlmiş bütün addımlar batildir.

Bütün diqqətlər “Məbəd” qruplarının toplayacağı yekun sayı, polisin məscid daxilində icazə verəcəyi ayinlərin xarakterinə, fələstinlilərin girişinə qoyulan məhdudiyyətlərə və nazirlərin ya da Knesset üzvlərinin ehtimal olunan iştirakına yönələcək.

Bu göstəricilər basqının yeni rekord vurmaq cəhdi, yoxsa Əl-Əqsanın status-kvosunun pozulmasını rəsmiləşdirən növbəti addım olduğunu aydınlaşdıracaq.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

BƏƏSuriyaYaxın Şərq

BƏƏ Dəməşqdə törədilən terror partlayışını pisləyib

Müəllif:
ArabAZ News
Arab+ArabLyricsSuriyaYaxın Şərq

Dəməşq Opera Evində Bethoven və Əndəlüs musiqisi

Müəllif:
ArabAZ News
LivanSuriyaTəhlilYaxın Şərq

Əş-Şəraa Hizbullah haqqında  nə düşünür

Müəllif:
ArabAZ News
FələstinRedaktorun seçimiYaxın Şərq

Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.