Regionda yaşanan müharibəyə və İranın Küveyt və Körfəz ölkələrinə qarşı davam edən təcavüzünə baxmayaraq, Küveyt mürəkkəb regional mühitdə də “qlobal kapital üçün cəlbedici məkana” çevrilməkdə davam edir.
- Qətərin dəniz nəqliyyatı sektorunda 28 faizlik artım
- Küveyt iqtisadiyyatı regional böhran fonunda böyüyür
- Futbol tarixinin ən güclü hücumçularından biri – Benzema kimdir?
ArabAZ xəbər verir ki, “Bloomberg” agentliyinin verdiyi məlumata görə, hərbi və mülki obyektləri, elektrik stansiyalarını, suyun şirinləşdirilməsi qurğularını hədəf alan hərbi əməliyyatlar və neft ixracındakı fasilələr fonunda beynəlxalq investorlar Küveytin biznes üçün açıq qaldığı qənaətindədirlər.
Populyar xəbərlər
Agentlik Küveytdə son zamanlar müşahidə olunan diqqətçəkən iqtisadi canlılığı vurğulayıb. Bu çərçivədə Küveyt Neft Korporasiyasının törəmə müəssisəsi olan “Kuwait Oil Company” yerli xam neft ixracı boru kəmərləri şəbəkəsinin icarəsi və geri icarəsini nəzərdə tutan 16 milyard dollarlıq “Şahin layihəsi” müqaviləsini imzalayıb.
Saziş “Blackstone”, “Brookfield” və “KKR” şirkətlərinin idarə etdiyi investisiya fondlarının rəhbərlik etdiyi aparıcı qlobal infrastrukturlar və investisiya təsisatlarından ibarət konsorsiumla bağlanıb.
“Bloomberg” həmçinin Küveytin istiqraz satışından 6 milyard dollar vəsait topladığını və daxil olan sifarişlərin bu məbləğdən iki dəfədən çox olduğunu qeyd edib. Bundan əlavə, “Blackstone” şirkətinin Küveytdə yeni ofis açacağını bəyan etdiyi bildirilir.


